Partiya sədri: "Prezidentin çıxışı hərbi proqram xarakteri daşıyır"

Partiya sədri: "Prezidentin çıxışı hərbi proqram xarakteri daşıyır""Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı çıxışı aktuallığı ilə seçilir. Mən deyərdim ki, ölkə başçısının dünənki çıxışı hətta hərbi proqram xarakteri də daşıyır".
Bunu "Report"a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Rusiya, Türkiyə, İsrail və s. ölkələrdən müasir silahlar alıbr: "Eyni zamanda, ordumuzun istifadəsində olan və sovet vaxtından qalan qurğular da modernləşdirilib. Dünən "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyev də vurğuladı ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Hesab edirəm ki, ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır".

Deputat qeyd edib ki, Azərbaycan Ordusunun maddi-texniki bazası günü-gündən möhkəmləndirilir: "Ordumuzun şəxsi heyətinin peşəkarlığının dayanmadan artırılması istiqamətində də çox böyük işlər görülüb. Məhz bu tədbirlərin nəticəsidir ki, ordumuzun şəxsi heyəti çox yüksək peşəkarlığa malikdir. Azərbaycan Ordusu istənilən vaxt ona həvalə edilən tapşırığın öhdəsindən peşəkarcasına gələ bilər. Biz Aprel döyüşlərində və uğurlu Naxçıvan əməliyyatında bunun bir daha şahidi olduq. Bu səbəbdən də Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi hər an ərazi bütövlüyümüzü bərpa etməyə hazır olmaq üçün döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır".

Partiya sədri: "Prezidentin çıxışı hərbi proqram xarakteri daşıyır"T.Kərimli deyib ki, ölkə başçısının çıxışında diqqət çəkən məqamlardan biri də işğal edilmiş torpaqlarda ermənilər tərəfindən qanunsuz məskunlaşma siyasətinin aparılmasının vurğulanmasıdır: "Prezident İlham Əliyev bildirdi ki, "Şərq Tərəfdaşlığı"nın sonuncu zirvə görüşündə, eləcə də bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırmaya son qoyulmalıdır. Biz beynəlxalq ictimaiyyəti buna çağırırıq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşdırma dayandırılsın. Prezident İlham Əliyev də qeyd etdi ki, Azərbaycan buna imkan verməyəcək, bunu hər kəs bilsin, münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Hesab edirəm ki, Prezident İlham Əliyev dünənki çıxışında dünyaya bir daha bəyan etdi ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək. Əminəm ki, yaxın vaxtlarda Azərbaycan torpaqlarının işğalına son qoyulacaq və Azərbaycanın suverenliyi bərqərar olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2106   Tarix: 26 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir

Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyətlər Məhkəmə-Hüquq Şurasına həvalə edilir. -ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentə tövsiyə olunan "Məhkəmələr və hakimlər haqqında" Qanuna təkli

29 mart
.

Hüquq və İnsan Haqları İnstitutu ilə keçmiş işçisi arasında qalmaqal

Hüquq və İnsan Haqları İnstitutu məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İnstitutun əməkdaşı olmuş Fərid Ələkbərovdur. Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Ayşən Sultanova-Məmmədovanın icraatındadır. Məhkəmə çəkişməsi əmək münasibətləri üzrə mübahisələrdən ibarətdir

29 mart
.

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb. -a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib v

29 mart
.

Xocalı qatili Azərbaycan kəndlərinə gəldi: təxribat hazırlanır - FOTO

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə "Ermənistan" fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib. xəbər verir ki, Ohanyanla birlikdə "Ermənistan" fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub. Bağani

29 mart
.

Şeksprin gizli bacısı məlum oldu - ARAŞDIRMA

Ədəbiyyat tarixində iz qoymuş XVI əsr ingilis şairi Uilyam Şekspirin naməlum qardaşının olduğu üzə çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, İngiltərənin Bristol Universitetində aparılan tədqiqatın nəticələri dərc olunub. Şekspirin atası tərəfindən yazıldığı düşünülən və uzun müddətdir itən sənədi

29 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

Ermənistandan Solovyovla bağlı QADAĞA

Ermənistan ölkə ərazisində rusiyalı teleaparıcı Vladimir Solovyovun "Rossiya 1" telekanalında yayımlanan müəllif verilişlərinin yayımını qadağan edib. Bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar son vaxtlar Vladimir Solovyovu

29 mart