Polis əməliyyat keçirdi, 60 kq-a yaxın narkotik aşkarlandı
Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Əli Məlikov saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, hündürlüyü 30-175 sm olan və ümumi çəkisi 57 kq 530 qram təşkil edən 81 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Polis Şöbəsi əməkdaşlarının eyni gündə keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Zəfər Qəniyev də saxlanılınıb.
Z.Qəniyevə məxsus həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 75-170 sm, ümumi çəkisi isə 2 kq-dan artıq olan 14 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.
Dindirilmə zamanı hər iki şəxs narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün yetişdirdiklərini etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal Baxılıb: 1456 Tarix: 27 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü
Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay
20 aprelAzərbaycanlı gənc parkinqə görə adam öldürdü
Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş
18 aprelArvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi
Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas
18 martTanınmış siyasətçi arvadını qətlə yetirdi
Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl
21 aprelKişi yatan dostunu bıçaqladı
Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs
26 martXankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu
Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye
23 aprel