Bu əlamətlər yaransa, koronavirusa görə yoxlanmaq vacibdir-Baş infeksionistdən XƏBƏRDARLIQ

Bu əlamətlər yaransa, koronavirusa görə yoxlanmaq vacibdir-Baş infeksionistdən XƏBƏRDARLIQ"Koronavirusa yoluxan insanda əlamətlər bir neçə gün əvvəldən özünü göstərir, sadəcə olaraq, insanlar əhəmiyyət vermir".

Sonxeber.az bildirir ki, bunu Lent.az -a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib: "İnsan virusa yoluxur, amma gözləyir ki, ortaya çıxan əlamətlər bir neçə günə keçər. Daha sonra xəstəxanaya gələndə ağırlaşma baş verir. Ağırlaşma da hamıda baş vermir. Yanaşı gedən xəstəliyi, müəyyən patalogiyası olan insanlarda bunlar baş verə bilir".

Həkim bildirib ki, hərarət, boğazda ağrılar, öskürək, zəiflik, halsızlıq, sümük-əzələ ağrıları, iştahsızlıq, qusma və ishalın meydana çıxması kimi əlamətlər, xüsusilə temperatur fonunda ortaya çıxırsa, koronavirusa görə yoxlanmaq vacib şərtdir.

C.İsayevin sözlərinə görə, virusun ciyərlərə mənfi təsir etməsi fərdi xüsusiyyətlərdən asılıdır: "Ola bilər ki, kimdəsə bir həftəyə, başqa birində iki həftəyə özünü göstərir".

İnfeksionist zoğal mürəbbəsi, kəklikotu, zəncəfilli çaydan istifadənin koronaviruslu xəstələrə faydalı olduğunu, lakin ağır xəstələrin mütləq xəstəxana şəraitində müalicə olunmasının vacibliyini qeyd edib: "Evdə müalicəsinə qərar verilən xəstələr də mütləq həkim nəzarəti altında olmalıdır".

Baş infeksionist koronavirusa görə edilən test cavablarının gec çıxması məsələsinə də münasibət bildirib: "Əvvələr testlərin cavabı gec çıxsa da, son vaxtlar müəyyən qədər irəliləyiş var. Götürülən analizlərin nəticəsi bir-iki günə məlum olur və SMS-lə xəbər göndərilir.

Koronavirus başlayandan müzakirə olunurdu ki, yüngül xəstələr evdə özlərini karantin rejimində saxlasınlar evi tərk etməsinlər. Həm özlərini, həm də digər insanları qorusunlar. Bununla bağlı hələ ki, qərar verilməyib".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8794   Tarix: 28 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021