Çindən koronavirus peyvəndi ilə bağlı ŞAD XƏBƏR-VİDEO
Çin dərman şirkəti insanlarda koronavirus peyvəndini uğurla sınaqdan keçirib.
Sonxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni növ koronavirusa qarşı vaksin hazırlamış Çin şirkəti "China National Biotec Group", peyvəndin insanlar üzərində müvəffəqiyyətlə sınaqdan keçirildiyini açıqlayıb.
İlkin məlumata görə, CNBG-nin Pekin bölməsində hazırlanan peyvənd növü sınaqdan keçirilib və 120 sağlam insanın hamısında etibarlı şəkildə Kovid-19 antikorunun yaranmasına töhfə verdiyi vurğulanıb.
CNBG ayrıca Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) peyvənd sınağının son mərhələsinə keçmək üçün icazə verildiyini də açıqlayıb, ancaq bunun hansı peyvənd olduğu haqqında dəqiq bir məlumat verilməyib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl bu iki şirkətin peyvənd işlərində daha uğurlu olduğunu deyib. Açıqlamaya görə, İngiltərənin Kembric şəhərində yerləşən "Astrazeneca" şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndi və ABŞ-da fəaliyyət göstərən "Moderna" tərəfindən hazırlanan peyvənd hazırda dünyanın ən yaxşı hazırlanmış peyvənd namizədidir.
Bu peyvəndlərin klinik sınaqlarının ikinci və üçüncü mərhələlərə keçə biləcəyi ifadə edilir. Dünyada sınaqdan keçirilmiş təxminən 200 peyvənd namizədindən 15-i insanlarda sınaq mərhələsindədir.
F.Ağayeva
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 7940 Tarix: 29 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşXankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO
İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo
23 aprelSabah 31 dərəcə isti olacaq
Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq
24 aprelABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi
ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"
24 aprelBu ərazilərdə qaz olmayacaq
Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da
23 aprelBərdədə qaçırılan 23 yaşlı qız tapılıb
Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl
24 aprel