COVİD-19-a yoluxanlarda bu kimi fəsadlar qala bilər - VİDEO

COVİD-19-a yoluxanlarda bu kimi fəsadlar qala bilər - VİDEOHazırda bütün dünya COVİD-19-la mübarizəni davam etdirməkdədir. Tibb adamları insanları bu bəladan tez bir zamanda xilas etmək üçün xəstəliyə qarşı ən effektiv müalicə üsulunu axtarır. Lakin bu virusa yoluxub sağalan insanlar da az deyil. Bəs maraqlıdır bu virusu keçirən insanların orqanizmində sonradan hər hansı bir fəsadlar qalırmı?

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramı maraqlı süjet hazırlayıb.

Nahid Məhərrəmov - Terapevt: "Ağciyərin kiçik bir payını zədəliyibsə və yaxudda ki, ağciyərin aşağı paylarında kiçik bir qismini zədəliyibsə o zaman o insanlarda gələcəkdə heç bir şəkildə, heç bir narahatlıq olmaya bilir".

Tibb işçiləri bildirirlər ki, bu yeni bir virus növü olduğundan bu xəstəliyin qalıcı fəsadları haqqında dəqiq məlumat vermək o qədər asan deyil. Lakin buna yaxın ağciyər xəstəliklərindən nəticə çıxararaq müəyyən fikirlər söyləmək olar. Bu fəsadlar hər bir şəxs üçün fərdi xarakter daşıyır. Ehtimal olunur ki, asma və digər agciyər xəstəliyi daşıyıcılarının yaşadığı oxşar problemlər koronavirusdan sağalmış insanlarda da qala bilər.

Nabil Seyidov - İSİM-in şöbə müdiri: "Tədqiqatlar göstərib ki, COVİD-19-la bağlı yox, digər infeksiyalarda kierdes (red: ağciyərin 2 tərəfli infeksiyası) olan xəstələrdə tədqiqatlar göstərir ki, uzun müddətli olaraq ağciyərlərin fibrozlaşması, yəni çapıqlanması baş verir və bu çapıqlanma nəticəsində həmin xəstələrdə ağciyərlərin ümumi tənəffüs həcmində azalma baş verir".

Qalıcı fəsadlardan ən çox təsadüf olunanı tənginəfəslikdir ki, buda daha çox çəkisi artıq olan insanlarda daha sıx müşahidə edilir.

Nahid Məhərrəmov - Terapevt: "Böyük bir qisim zədələnibsə, əgər ağciyərdə və zamanla adam inkubə olunubsa, yəni aparata qoşulubsa, həm də oksigen balonlarından istifadə edibsə, bu adamda yanaşı gedən digər xəstəlikdə olubsa, o zaman gələcəkdə bu adamlarda qalıcı şəkildə tənginəfəslik, halsızlıq, hərəkət zamanı ürəkdə çarpınma istilərdə nəfəs darlığı ola bilər olsun".

Adil Qeybulla - Həkim: "Ağciyərdəki fibroz sahəsindən asılı olaraq xəstələrdə ağciyər çatmazlığı ola bilər. Elə xəstə var ki, bu fiziki yük zamanı daha çox ortaya çıxa bilər, elə xəstə var o adi gəzintidə və yaxud da sakit oturan vaxtı müşahidə edilir. Bu ağciyər sahəsinin nə qədər zədələnməsindən asılıdır".

Ekspertlər həmçinin bildirir ki, bu cür insanlar uzun müddət ağır işlərdə işləyə bilmir, fiziki aktivlikləri aşağı düşür. Bundan başqa:

Adil Qeybulla - Həkim: "Böyrəklərin zədələnməsi xroniki böyrək çatmazlığına gətirib çıxara bilər. Təbii ki, immun sistemin çox güclü reaksiyası və orqanizmin vuruşması uzun müddət koronavirusu uzun keçirən xəstələrdə zəiflik yaradır orqanizm özünü toparlıyana qədər immun sistem özünü tam normaya slana qədər orqanizmdə bir zəiflik halsızlıq qalır".

Nabil Seyidov - İSİM-in şöbə müdiri: "Sepsis və septik şok olan xəstələrdə qısa müddətli olaraq insult hallarına rast gəlinir. Xüsusilə yaşlı əhalidə bununla yanaşı orta və uzun müddətli olaraq qaraciyərin zədələnməsi müşahidə edilir və böyük ehtimalla COVİD-19 xəstələrində də eyni olacaqdır".

Bütün bunlarla yanaşı nəinki koronavirus səbəbindən, ümumiyyətlə hər hansı bir xəsətlikdən uzun müddət reanimiasiyada qalan insanlarda nevrotik pozuntular meydana çıxa bilər . Ona görə də bu insanlar virusdan sağalandan sonra da onların psixoloji reabilitasiyaları davam etməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1970   Tarix: 29 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hind bayramı niyə Ginnesin Rekordlar Kitabına salındı? - Sərvət ilahəsi...

2023-cü ilin 12 noyabr tarixində keçirilən Hindistanın əsas bayramı Divali Ginnesin Rekordlar Kitabına salınıb. -ın xəbərinə görə, həmin gün 2,2 milyondan çox yağ lampası yandırılıb. Bundan əlavə, çıraqlar şəhərin 50-dən çox yerində yandırılıb. Hinduların inancına görə, həmin yerlər tanrı Ramın doğulduğ

22 aprel
.

Qazaxıstanda daşqınlar səbəbindən 8,8 mindən çox insan təxliyə məntəqələrində qalıb

Qazaxıstanda davam edən daşqınlar səbəbindən 8,8 mindən çox insan təxliyə məntəqələrində qalıb. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Askar Şarip bildirib. "Ümumilikdə, təxliyə məntəqələrindən 22 734 nəfər evlərinə qayıdıb. 8 809 nəfə

21 aprel
.

Şri-Lankada avtomobil yarışda azarkeşlərə çırpılıb, ölənlər var

Şri-Lankada keçirilən avtomobil yarışında avtomaşlardan birinin xətdən çıxaraq azarkeşlərə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newsfirst" portalı məlumat yayıb. Qəza adada keçmiş hərbi qarnizonun ərazisində keçirilə

21 aprel
.

Toy günü bəy gəlinin rəfiqəsinə qoşulub getdi

Çində toy gözlənilməz sonluqla bitib. Ölkə.Az "milliyet"ə istinadla xəbər verir ki, bəy və onun qohumları toya hazırlıq üçün səhər tezdən gəlinin evinə gəliblər. Gəlinin ailəsi gözlənilmədən bəyə bildirib ki, əgər onlara 500 min yuan verməsə, toy olmayacaq. Təəccüblənən bəy ona zarafat etdiklərin

22 aprel
.

Məktəbin ətrafında qadın paltarı geyinmiş kişi dolaşır, sən demə

Türkiyənin Burdur şəhərində olan məktəb ətrafında qadın geyimi ilə gəzənkişi saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, vətəndaşların şikayətindən sonra polis qruplarını hərəkətə keçirib. Budur valiliyindən verilən açıqlamada saxlanılan şəxsin psixoloji pozuntusu olduğu və xəstəxanada müalic

22 aprel
.

Məktəbə getmək üçün evdən çıxan 15 yaşlı qız iki gün sonra TAPILDI

İki gündür xəbər alınmayan 15 yaşlı qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə 2 gündür axtarılan 15 yaşlı qız polis tərəfindən parkda tapılıb. Əldə edilən məlumata görə, Kırıkkaledə yaşayan 9-cu sinif şagirdi cümə axşamı səhər saatlarında bir müddətdir qaldığı bacısının evində

23 aprel
.

14 yaşlı qız narkoman atasını yatarkən bıçaqlayaraq öldürdü - Səbəbi araşdırılır

Türkiyədə 14 yaşlı qız atasını yatarkən bıçaqlayaraq öldürüb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. Xəbər üzərinə hadisə yerinə sövq edilə

22 aprel
.

Litva və Polşa birgə hərbi təlimlərə başlayıb

Litva və Polşa hərbçiləri NATO müttəfiqlərinin iştirakı ilə Suvalki dəhlizi adlanan ərazidə təlimlər keçirir. "Report" xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb. Təlimlərdə Samogitiya motoatıcı briqadası və müttəfiq birləşmələrdən 1,5 min hərbi qulluqçu, həmçini

21 aprel
.

Rusiyanın bu bölgəsində insanlar təcili təxliyə edilir

Rusiyanın Kurqan vilayətinin Belozersk dairəsində yerləşən kəndlərin sakinləri Tobol çayında suyun səviyyəsinin qalxması səbəbindən təcili təxliyə edilir. xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb. "Söhbət Ekimovo, Reçkino və Pamyatnoyedən gedir. Dərhal, evakuasiya edin"

22 aprel