"Pandemiyadan sonra ABŞ-la Çin arasında liderlik savaşı daha da qızışacaq"-RƏY

"Pandemiyadan sonra ABŞ-la Çin arasında liderlik savaşı daha da qızışacaq"-RƏYBelarus Prezidenti Aleksandr Lukaşenko Çin və ABŞ-ın dünyanı yenidən bölüşdürmək uğrunda mübarizə apardıqlarını bildirib.
Bu barədə "Belarus 1" telekanalı məlumat yayıb.

A.Lukaşenkonun sözlərinə görə, "yeni fövqəldövlət" ABŞ-a meydan oxuyur. O, həmçinin, Çini "güclü nüvə nəhəngi" adlandırıb.

"Əlbəttə, bu, amerikalıları narahat edir. İnhisarçını narahat etmək nə deməkdir? Bu, yoxsullaşmaq deməkdir", - deyə A.Lukaşenko bildirib.

Belarus lideri, eyni zamanda, Çinin ixrac baxımından birinci, istehsal üzrə isə ABŞ-dan sonra ikinci yerdə olduğunu xatırladıb. Prezident əlavə edib ki, Çin ən müasir silahları mənimsəyib və "kosmosa çıxıb".

"ABŞ mövqelərini itirməyə başlaması təhlükəsini hiss edir", - deyə A.Lukaşenko vurğulayıb.

Bu barədə politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib.
"Pandemiyadan sonra ABŞ-la Çin arasında liderlik savaşı daha da qızışacaq"-RƏYPolitoloq bildirib ki, ABŞ-da Trampın prezidentlik müddəti ölkənin təkcə geosiyasi yox, eyni zamanda geoiqtisadi rəqibi Çinlə ticarət müharibələri dövrü kimi yadda qaldı və o, yenidən prezident seçilərsə, dünya iki güc nəhənginin hegemonluq uğrunda mübarizəsinin şahidi olacaq:

"ABŞ və Çin arasında rəqabət təkcə Trampla bağlı deyil, eyni zamanda koronavirus pandemiyasının nəticələrindən asılı olacaqdır. Pandemiyadan sonra yaranacaq dünya düzənində

ABŞ və Çin piramidanın zirvəsində olmaq uğrunda mübarizə aparmaqda davam edəcəklər.

Rusiya və digər iddialı dövlətlər liderlik iddialarında uğur qazana bilməyəcəklər, sanksiyalar, pandemiya onun potensialının güclü olmadığını göstərdi. Tramp Çini ABŞ-ın ən əsas rəqibi kimi görməkdə davam edir və pandemiya bunu daha da gücləndirdi. ABŞ və Çin arasında ticarət savaşı səngimək bilmir. Tramp hətta Rusiyanın Böyük Yeddiliyə qayıtmasına dəstək verdi. Çünki o, Çini öz ölkəsi üçün Rusiyadan daha təhlükəli rəqib hesab edir. Eyni zamanda, ölkəsinin istədiyi nəticəni əldə etmədiyi Yaxın Şərq siyasətində prosesi uğurla başa çatdırmaq, İranı təkləyib müttəfiqlərindən təcrid edib istənilən güzəştə məcbur etmək üçün Rusiyanın dəstəyinə ehtiyac var. Bu səbəbdən Tramp Rusiyanın "G7" klubuna qatılmasına səylə çalışdı.

Tramp daxili və xarici rəqiblərin müqavimətinə baxmayaraq, Rusiyanı dəstəklədi və bununla ABŞ prezidentinin növbəti seçkilər üçün yenidən Moskvadan dəstək almaq planlarının olması istisna edilmir. Çinlə mübarizənin qarşıdakı aylarda nəticəsi ABŞ-da prezident seçkilərinə təsir edə bilər. Əgər pandemiyanın ABŞ üçün ağır nəticələri aradan qaldırılmayacaqsa, Trampın prezidentlik məsələsi sual altında qalacaq. Eyni zamanda, ABŞ öz ərazisində baş verən iğtişaşlarda Çinin əlinin olmasını güman edir. İğtişaşlarda canfəşanlıq edən təşkilatlar solçu radikal təşkilatlardır və onların kommunist Çin tərəfindən yönəldilmiş olduğu şübhələri var. Çinin İsraildəki səfirinin ABŞ tərəfindən öldürülməsi ehtimalı da səslənmişdi.

ABŞ Çinlə 500 milyard dollarlıq ticarət müqaviləsini denonsasiya etdi, uyğur türklərinə qarşı Çinin soyqırımı həyata keçirməsinə dair həyəcan təbili çalaraq Çinə sanksiya tətbiq edəcəyini bildirdi. Təbii ki, burada ABŞ dövlət katibi, Çinə qarşı savaşın öncüllərindən biri Pompeonun atasının öldürülməsində Çin izinin olması da rol oynayır. Artıq dünyanın önəmli ölkələri, hətta ABŞ-ın müttəfiqləri iki güc arasında seçim barədə tərəddüd edirlər. İngiltərə, İsrail, Türkiyə və s. ölkələr hansı tərəfdə olmaq barədə qərar vermək mərhələsinə gəlib çatıblar və qalibin kim olmasına bunun da təsiri mütləq olacaqdır".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4467   Tarix: 29 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel