Rusiya peyvənd sınaqlarının nəticəsini AÇIQLADI
Rusiyanın Seçenov Universitetinin mütəxəssisləri könüllülər üzərində aparılan koronavirus peyvəndi sınaqlarının nəticələrini açıqlayıb.
Bu barədə "TASS" agentliyinə Seçenov Universiteti Dərmanların Klinik Tədqiqatı Mərkəzinin rəhbəri, baş tədqiqatçı Yelena Smolyarçuk məlumat verib. O bildirib ki, peyvənd sınaqlarının nəticələrində az sayda gözlənilən əlavə təsirlərdən başqa ciddi arzuolunmaz mənfi təsirlər müşahidə olunmayıb.
Onun sözlərinə görə, sözügedən əlavə təsirlər post-vaksin təsirləri olaraq bilinir, lokal və ümumi xarakter daşıyır və heç bir müdaxiləyə ehtiyac olmadan öz-özünə keçir. O qeyd edib ki, bu təsirlər peyvənd qəbul edildikdən dərhal sonra və ya sonrakı bir neçə saat ərzində baş verir.
Qeyd edək ki, Seçenov Universitetində koronavirus peyvəndinin klinik sınaqlarının ilk mərhələsi iyunun 18-də başlayıb. 20 könüllüdən ibarət ikinci qrup isə 23 iyun tarixində peyvənd edilib. Smolyarçukun sözlərinə görə, peyvənd iki alt hissədən ibarətdir.
Birinci qrupda könüllülərin yarısına peyvəndin bir alt hissəsi, digər yarısına isə ikinci hissəsi vurulub. Qalan 20 nəfərə isə peyvənd tam vurulub.
"Bununla müxtəlif könüllülərdə immunitetin inkişaf tempi və intensivliyi idarə edilir",- deyə mütəxəssis bildirib.
Xatırladaq ki, daha əvvəl Vektor mərkəzinin direktoru Rinat Maksyutov Rusiyada koronavirus vaksininin üç prototipinin immun reaksiya meydana gətirmə qabiliyyəti üzərində sınaqlardan uğurla keçdiyini və effektivliyini göstərdiyini açıqlamışdı. xezerxeber.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2129 Tarix: 30 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPaytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...
Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli
24 aprelTanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi
24 aprel"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb
23 aprelSabah 31 dərəcə isti olacaq
Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq
24 aprelVətən müharibəsi qazisi Türkiyədə öldü
Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın
24 aprelBaş nazir iclas keçirdi: Sədr məruzə etdi
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c
24 aprelBu ərazilərdə qaz olmayacaq
Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da
23 aprel