Azərbaycanda koronavirusun ikinci dalğasıdır? - SUALLARA CAVABLAR

Azərbaycanda koronavirusun ikinci dalğasıdır? - SUALLARA CAVABLARABŞ-da koronavirusa yoluxanların sutkalıq sayında yeni rekord qeydə alınıb: nə az, nə çox - düz 45 min nəfər. Almaniyada ət emalı zavodunda koronavirusa total yoluxma səbəbindən 600 min insan karantin rejimindədir. İyuna qədər durumun nisbətən normal olduğu İsraildə ötən həftədən bəri karantin rejimi sərtləşdirlib.

Bütün bunlar həkimlərin və mütəxəssislərin aylardan bəri bəhs etdiyi "ikinci dalğa"dır.

Əslində isə situasiya daha mürəkkəb, hətta qarışıqdır. Bəzi, çox azsaylı ölkələrdə COVİD-19 koronavirus pandemiyasının ikinci dalğası yaşanmır, əksər ölkələrdə isə nəinki ikinci, hətta üçüncü dalğa var. Yaşananların universal səbəbi yoxdur.

Mütəxəssislər hər şeyin epidemiya ilə aparılan mübarizənin sistemi, karantin rejiminin miqyası və şərtlərinin yox, vətəndaşların davranışının həll etdiyini deyirlər.

Azərbaycan istisna deyil. Söz yox, bir sıra ölkələrdə karantin rejiminin şərtləri yumşaldılır. Fəqət, bu qərarlar sırf iqtisadi amillərlə bağlıdır. Məhdudiyyətlər iqtisadi fəallığı dayandırır, dövlətlər bundan ciddi ziyan çıkir, gəlirlər azalır, əhalinin tələbatını ödəmək mümkün olmur. Bu perspektiv bir çox ölkədə sosial narazılığa yol açır. Bu ölkələrdə iqtisadi dayanıqlıq əhalinin sağlamlığı amilindən daha çox önəm kəsb etdiyinə görə, karantin rejimi yumşaldılır. Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Azərbaycan güclü dövlətdir, bütün çətinliklərə baxmayaraq bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün bütün tədbirlər görülüb və görülməkdə davam edir. Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz.

Yoluxma sayında artım dinamikasının səbəblərinə gəldikdə isə, hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısa müddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq.

Fəqət, əfsuslar olsun ki, vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur. Hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlikə yaratmaqda davam edir. Bu səbəbdən də karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım ilk növbədə məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır.

Bir daha təkrar etmək məcburiyyətindəyəm: belə davam edərsə, mövcud vəziyyət, yəni məsuliyyətsizlik və eqoizm aradan qaldırılmazsa, karantin tədbirlərinin uzadılmasınna zərurət yaranacaq.

Və son olaraq koronavirus pandemiyası ilə bağlı sosial şəbəkələrdə səngimək bilməyən, demaqoq xarakterli "sual"lara cavab verməyə çalışaq. Həmin suallar arasında "Təcili tibbi yardım xidməti gec gəlir və yaxud gəlmir" xüsusi yer tutur.

Ölkənin səhiyyə sistemi çox qısa müddətdə koronavirusla mübarizəyə istiqamətləndirlib. Bu məqsədlə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı, yeni tibb müəssisələri istifadəyə verildi, modul tipli xəstəxanalar açıldı, onların bütün texniki ləvazimat, avadanlıq, dərman preparatları ilə təminatı həyata keçirildi, müasir laboratoriyalar alındı, qorucu vasitələrin istehsalı təşkil edildi. Lakin hər bir ölkənin səhiyyə sistemi müəyyən potensiala malikdir. Koronavirusa mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmamasına səbəb olur. Pandemiyanın pik nöqtəsi zamanı İtaliya, İspaniya, Fransa kimi səhiyyə sistemləri nümunə kimi təqdim olunan ölkələrdə hətta ağır vəziyyətdə olan insanlar təcili tibbi yardım ala bilmirdilər, xəstəxanalarda yer çatışmadığına görə evdə qalır, müalicə almaq imkanından məhrum olurdular.

Digər sual, daha doğrusu iddia belədir: "Xəstəxanalarda müalicə pis aparılır, həkimlər xəstələrə lazımi diqqət göstərmirlər". Heç bir əsası olmayan iddiadır. İlk əvvəl nəzərə alınmalıdır ki, heç bir ölkənin səhiyyəsi pandemiyanın pik nöqtəsi və ya yoluxma hallarının kəskin artdığı dövrdə yüksək səviyyəli xidmət təşkil etməkdə çətinlik çəkir. İstənilən ölkədə ixtisaslı kadrların çatışmazlığı var. Bununla yanaşı, həkimlər aylarla xəstəxanalardan çıxmırlar, ailələrinin üzünü görmürlər, öz həyatlarını riskə atıb gecə-gündüz xəstəliklə mübarizə aparırlar. Məhz onların fədakarlığının nəticəsidir ki, bu gün minlərlə insan müalicə olunaraq sağalıblar, dəhşətli bəladan qurtulub öz ailələrinə qovuşublar. Bəzi xəstələrin subyektiv səbəblərdən gözlədikləri xidməti ala bilməməsinə dair faktlar ola bilər, lakin belə halları ümumiləşdirmək və bütün tibbi xidmətə şamil etmək əsassız və yolverilməzdir.

ABŞ-da koronavirusa yoluxanların sutkalıq sayında yeni rekord qeydə alınıb: nə az, nə çox - düz 45 min nəfər. Almaniyada ət emalı zavodunda koronavirusa total yoluxma səbəbindən 600 min insan karantin rejimindədir. İyuna qədər durumun nisbətən normal olduğu İsraildə ötən həftədən bəri karantin rejimi sərtləşdirlib.

Digər iddia: "Niyə xəstəiyə yoluxmuş bütün şəxslər xəstəxanalara yerləşdirilmir?"

Cavab sadə, hətta çox sadədir: yoluxma hallarında müşahidə olunan yüksək intensivlik yeni protokolun tətbiqini zəruri etdi. Mövcud vəziyyətdə ancaq ağır vəziyyətdə olan şəxslər xəstəxanalara yerləşdirilir. Asimptomatik, yüngül və orta səviyyədə olan xəstələr isə həkim nəzarəti altında evdə müalicə almalıdırlar. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkanlarını artırır. Dünya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunub.

Başqa bir məsələ evdə qalan asimptomatik xəstələrin vəziyyətinə nəzarətlə bağlıdır.

Ev karantini şəraitində olan asomptomatik xəstələrə kənar mühitlə təmas qadağan olunur. Onlara müalicə təyin edilir, müalicənin aparılmasına nəzarət rayon poliklinikalarının həkimləri tərəfindən həyata keçirilir. Xəstənin vəziyyəti diqqətdə saxlanılır, testlər götürülür. Hər bir şəxs ailəsi, yaxınları, ətrafı və ümumilikdə cəmiyyət qarşısında məsuliyyət daşıyır. Koronavirusa yoluxaraq ev karantini şəraitində müalicəsi məqsədəuyğun hesab edilmiş şəxslər mövcud qaydaları və tələbləri pazaraq digər şəxslərin həyatını təhlükəyə atmalarının məsuliyyətini dərk etməlidirlər. Digər tərəfdən, hazırkı SMS icazə rejimində analiz nəticələri pozitiv çımış şəxslərə bu və ya digər səbəbdən yaşadıqları ünvanı tərk etməyə icazə verilmir. Onların karantin rejiminə riayət edib etməməsinə sahə həkimləri tərəfindən nəzarət olunur.

Və ən nəhayət, "Dərmanlar tapılmır!" iddiası.

Koronavirus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlətin hesabına həyata keçirilir. Bunun üçün kifayət qədər dərman ehtiyatı var. Bununla yanaşı, bəzi hallarda vətəndaşlar müstəqil şəkildə, ayrı-ayrı şəxslərin tövsiyyələri əsasında müalicə olunmağa üstünlük verirlər ki, bunun da hansı ağır fəsadlara yol aça biləcəyi barədə dəfələrə TƏBİB tərəfindən xəbərdarlıq olunub. Bəzi şəxslərin apteklərdən külli miqdarda vəsait sərf edərək çoxlu sayda dərman preparatları alıb yığması halları da müşahidə olunur. Türkiyədə pandemiya başlayandan sonra vətəndaşların kütləvi şəkildə Hydroxychloroquine tərkibli preparatların alması halı müşahidə olundu. Buna görə də bütün əczaxanalardan həmin preparat geri alındı və mərkəzləşdirilmiş qaydada virusa yoluxmuş xəstələrə verilməyə başlandı. Vətəndaşlar bilməlidirlər ki, koronavirus xəstələrinin müalicəsi müvafiq protukola əsasən, xəstənin xüsusiyyətləri, yanaşı xəstəliyinin olub-olmaması, immun sisteminin vəziyyəti, hazırkı durumu nəzərə alınmaqla ixtisaslı həkimlər tərəfindən təyin olunur. Mövcud tələblərin nəzərə alınmaması hər bir fərd üçün ciddi fəsadlara səbəb ola bilər.

Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2511   Tarix: 30 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi - TƏFƏRRÜAT

Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirib. Hadisə ötən ilin sentyabrın 1-də, saat 07 radələrində Neftçala rayonunun Ramazanlı kəndində baş verib. Hüseyn Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idar

28 mart
.

Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi

"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqç

29 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünəcək?

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart