Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək - RƏSMİ
Koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və test nümunəsinin götürülməsi üçün tibbi briqadalar evlərə gələcək.
Sonxeber.az Trend-ə istinadən bildirir ki, bunu COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan tövsiyələrə uyğun olaraq, vətəndaşlar COVİD-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikarla əlaqə saxlayacaq. Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək və COVİD-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər faktorlar (məs., təmas) dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər ediləcək və testlər üçün nümunələr məhz orada götürüləcək.
Qeyd edək ki, bəzi şəxslər COVİD-19-a görə test nümunəsinin götürülməsi üçün poliklinikalara çağırılmasından narazılıq edirdi.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 2114 Tarix: 30 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMəktəbə getmək üçün evdən çıxan 15 yaşlı qız iki gün sonra TAPILDI
İki gündür xəbər alınmayan 15 yaşlı qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə 2 gündür axtarılan 15 yaşlı qız polis tərəfindən parkda tapılıb. Əldə edilən məlumata görə, Kırıkkaledə yaşayan 9-cu sinif şagirdi cümə axşamı səhər saatlarında bir müddətdir qaldığı bacısının evində
23 aprelİtkin düşən uşağın meyiti çayda tapıldı
Başqırdıstanda itkin düşən uşağın meyiti tapılıb. Rusiya mediasına istinadla bildirir ki, hadisə Xaybullinski rayonunun Yantışevo kəndində qeydə alınıb. Xilasedicilər bir gün əvvəl yoxa çıxan bir yaşlı uşağın cəsədini aşkar ediblər. Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahından verilən məlumat
24 aprelTiktok bu türk ölkəsində də əngəllənə bilər
Tiktok sosial şəbəkəsi Qazaxıstanda da əngəllənə bilər. xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, sosial şəbəkələrdə dələduzluq və yalan məlumatların yayılması halları artıb:. "Bura narkotik maddələrin, pornoqrafi
24 aprelDili qatlanan müştərisini xilas edib, işinə davam etdi - VİDEO
Saç ustası dili qatlanan müştərisini xilas edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib . Bursada bərbər müştərisini təraş edərkən dili qatlanıb. Bərbər dərhal həmin şəxsi xilas edib. Təhlükəsizlik kamerasına əks olunan anları izah edən bərbər müştərisinin dilini çıxarara
24 aprelVergi dairəsində işləyən məmur rüşvət alarkən yaxalandı - VİDEO
Türkiyədə məmur rüşvət alarkən yaxalanıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbul'da vergi dairəsində işləyən icra məmur, vergi borcu olan kişiyi təhdit edərək rüşvət tələb edib. Məmur rüşvət alarkən polis tərəfindən cinayət başında saxlanılıb. Hadisə ilə bağlı 2 nəfər məhkəmə qərarı il
24 aprelEv sahibi mənzildən çıxarmaq istədiyi kirayəçinin kanalizasiyasını bağladı
Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, kirayəçisinin evini tərk etməsini istəyən ev sahibi mənzilin kanalizasiyasını bağlayıb. Baş verənlərə üsyan edən və 20 gün tualetdən istifadə edə bilmədiklərini bildirən kirayə qalan ailə evdəki pis qoxuy
24 aprel