"Peyvənd tapılana qədər tibbi maskadan istifadə etmək zəruridir"-Deputat

"Peyvənd tapılana qədər tibbi maskadan istifadə etmək zəruridir"-DeputatHazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır. Karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanmış və gündəlik orta rəqəm 520-550 arasında müəyyənləşmişdir. Əvvəlki təcrübəyə əsasən demək olar ki, karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı çox böyükdür.

Karantinin uzadılmasının xeyiri, əhalinin karantin qaydalarına riayət etməsi, qoruyucu vasitələrdən istifadəsinin zəruriliyi barədə deputat Azər Badamov Sonxeber.az-a açıqlama verib.

Deputat bildirib ki, tətbiq olunmuş sərt karantin rejimi koronavirus infeksiyasına yoluxma süətinin qarşısının alınması baxımından çox əhəmiyyətlidir:

"Koronavirus qlobal pandemiya elan olunduqdan sonra tətbiq olunan birinci sərt karantin rejimində müsbət nəticələri əldə etmişdik. İndi də yoluxma dinamikasının stabilləşməsi ilə 3-4 gündən sonra yoluxanların sayında azalma olacağını düşünrəm. Sərt karantin rejimi insanların gündəlik həyatında müəyyən çətinliklər yaratsa da, sağlamlıqlarının qorunması üçün vacibdir. Ona görə də hamı tərəfindən tibbi maskanın taxılması, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyenik qaydalara mütləq şəkildə əməl olunması vacibdir.

Əgər bu tələblərə hamılıqla əməll etsək sərt karantin rejiminin yenidən uzadılmasına ehtiyac yaranmayacaqdır. Biz Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsində nəzərdə tutulmuş inzibati cərimələrin iki dəfə artırılması ilə əlaqədar qərar qəbul etdik. Hesab edirəm ki, həm də karantin rejiminin tələblərinin icrasına nəzarət gücləndirilməli, məsuliyyətsiz insanlar ciddi şəkildə cəzalandırılmalıdır. Biz müstəqil şəkildə dərk edib qaydalara riayət etməyə yox, gözümüzdə qorxu ilə yaşamağa öyrəşmişik.

Mütləq şəkildə təsir üsulları tətbiq olunmalıdır ki, koronavirusa qarşı mübarizədə insanlar məsuliyyətlə yanaşsın. Kimsə cəzalanmaq istəmirsə, dəyəri çox da yüksək olmayan 30 qəpiklik tibbi maskadan istifadə etsin. Biz koronavirusa qarşı peyvənd icad olunana qədər tibbi maska ilə həyatımızın davamına öyrəşməliyik. Başqa yolumuz yoxdur. Ən azından özümüzün və doğmalarımızın sağlamlığını istəyiriksə tibbi maska ilə yaşamalıyıq. Biz birlikdə güclüyük"!

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1327   Tarix: 30 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel