Ekspert: SOCAR-ın Gürcüstan və Türkiyədə gəlirlərinin artması sevindirici haldır

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatlarını açıqlayıb.

Ekspert: SOCAR-ın Gürcüstan və Türkiyədə gəlirlərinin artması sevindirici haldırŞirkətdən Trend-ə bildirilib ki, hesabata nüfuzlu beynəlxalq audit şirkəti "Ernst & Young Holdings (CIS) B.V." tərəfindən müsbət rəy verilib.

Hesabata əsasən, SOCAR 2019-cu ili mənfəətlə başa vurub. Audit olunmuş maliyyə hesabatlarına görə, şirkətin cəmi mənfəəti 5,8 mlrd manat, xalis mənfəəti 651 mln manat, cari aktivləri 19,2 mlrd manat, cari öhdəlikləri isə 17,3 mlrd manat təşkil edib.

Ötən il üçün şirkətin uzunmüddətli aktivləri 46,2 mlrd manat, uzunmüddətli öhdəlikləri isə 23,8 mlrd manat olub.Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 mlrd manatdan çox olub, nağd pul vəsaitləri isə 7,1 mlrd manata yüksəlib.
Eyni zamanda, 2019-cu maliyyə ilində SOCAR-ın ümumi dövriyyəsi (gəlirləri) 83,8 mlrd manat təşkil edib.

Bildirilib ki, bu göstəricinin mühüm hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Ötən il üçüncü tərəflərdən alınıb-satılan xam neft və neft məhsullarının ümumi dövriyyəsinin məhdudlaşdırılmasına baxmayaraq, ticarət əməliyyatlarının effektivliyi və onların mənfəət nisbəti artırılıb.

Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınıb, bunun da 63,7 mlrd manatı İsveçrədəki "SOCAR Trading" və "SOCAR Energy Holding" şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb.

Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam edib, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil edib.

SOCAR-ın maliyyə hesabatını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji səhəsi üzrə ekspert İlham Şaban xatırladıb ki, 2019-cu ili SOCAR mənfəətlə başa vurub.
"Xalis mənfəət 2018-ci illə müqayisədə 573 mln manat azalıb.Bu da ondan irəli gəlir ki, SOCAR-ın konsolidə edilmiş gəlirləri 2019-da əvvəlki illə müqayisədə 111,2 mlrd manatdan 83,75 mlrd manatadək azalıb. Azalmaya iki faktor səbəb olub: neft qiymətlərinin dünya bazarında azalması və şirkətin kapital xərclərinin artması".

Ekspert deyir ki, SOCAR-ın gəlirləri ötən il qonşu Gürcüstan və Türkiyə bazarında artım nümayiş etdirib ki, bu da sevindirici haldır: "Türkiyədə artımın səviyyəsi iki dəfəyə yaxın olub ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə qaz satışı həcmlərinin artması və STAR neft emalı zavodunun layihə gücünə yaxınlaşması ilə əlaqədardır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 750   Tarix: 30 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel