"Cərimə elə həddə olmalıdır ki, onu ödəməmək üçün qaydalara riayət edilsin"-Həkim

"Cərimə elə həddə olmalıdır ki, onu ödəməmək üçün qaydalara riayət edilsin"-HəkimHazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır. Karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanmış və gündəlik orta rəqəm 520-550 arasında müəyyənləşib. Əvvəlki təcrübəyə əsasən demək olar ki, karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı çox böyükdür.

Maraqlıdır, karantin rejiminin dinamikaya müsbət təsiri, yeri gələrsə onun uzadılmasının və əlavə tədbirlərin görülməsinin zəruriliyi nə dərəcədə olacaq? Əhalinin karantin qaydalarına riayət etməsi, qoruyucu vasitələrdən istifadəsinin zəruriliyi effektini göstərəcəkmi?

Bununla bağlı Sonxeber.az-a ATU - nun dosenti, cərrah həkimi Ədalət Rüstəm danışıb:

"Karantin rejimi sərtləşdirildi, cərimələr dünəndən 2 dəfə artırılsa da sərtləşdirmə əlamətləri yenə də görünmür. Küçələrdə insanlar yenə çoxdur və ən acınacaqlısı odur ki, onların böyük əksəriyyəti maskasızdır. Maskalıların da yarısı çənə-boğazını örtür. Marketlərdə maskasız insanlar yenə çoxdur. Bankların qarşısında insanların böyük əksəriyyəti artıq maska taxsa da ara məsafəsi gözləmirlər. 520-550 rəqəmi COVİD-19 xəstəxanalarina gündəlik qəbul olunan, yoluxma təsdiq olunmuş xəstələrin sayıdır. Yoluxma faktı təsdiq olunmuş, evdə müalicə olunan (NK-nin məlum qərarına gorə TƏBİB-in tövsiyələri əsasında) və olunmayan yüngül, asimptomatik xəstələr, onlar bütün xəstələrin 70-80%-ni təşkil edir, statistikaya daxil edilmirlər. Faiz nisbəti ilə onların gündəlik sayı 3500-4500 arasındadır. Bu rəqəmlərə qrupu, zökəm, digər yaxın xəstəliklər keçirən, lakin diaqnostik test aparılmayan xəstələri də əlavə etsək günlük yoluxma sayının 5000-5500 həddlərində olması düşüncəsindəyəm. İstənilən cərimə insanların cərimələnməsi, cərimələrin ödənilməsi məqsədi yox, insanların mümkün qədər az sayda cərimələnməsinə xidmət etməlidir. Cərimələrin miqdarı elə hədlərdə olmalıdır ki, insanlar həmin cərimələri ödəməmək üçün müvafiq qayda pozuntuları etməsinlər. Gürcüstan DİN-in məlumatlarına görə mart ayının sonlarından bu günə qədər bu ölkədə 13 nəfər maska istifadə etmədiyinə görə 3000 lari (1000 dollar) cərimələnib. O da mart ayının sonlarında, cərimələrin tətbiq etdiyi ilk günlərdə. Azərbaycanda da belə təcrübə var. Yekun olaraq, düşüncələrimə görə sərtləşdirilmiş karantin rejimi xəstə sayının cüzi azalmasına səbəb olacaqdır. Çünki səlahiyyətli qurumlar tərəfindən rejimin sərtləşdirilməsi yetərincə təmin edilmir".

Ədalət Rustəm bildirib ki, 2 nəfər (3-5 yox) sosial məsafə gözləmədən qarşı-qarşıya söhbət edirsə (UST-ün məlumatlarına görə) və onlardan biri yoluxmuşsa, digərinin yoluxma ehtimalı 50%-dir. Yoluxmuş asqırdıqda və ya yüksəkdən öskürdükdə digərinin yoluxma ehtimalı 80%, öpüşərlərsə 95-100%-dir: "Həmin 2 nəfərdən biri maskalıdırsa yoluxma ehtimalı 2 dəfə azalır, hər ikisi maskalıdırsa bu ehtimal 10%-ə qədər, bəzi elmi mənbələrə görə isə sosial məsafə (2 metr) gözlənilərsə, 1,5%-ə qədər azalır. Maskanın əhəmiyyəti bu qədər böyük olduğundan onun üzərində bütün dünyada bu qədər çox dayanırlar".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1531   Tarix: 30 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir" - DEPUTAT

"Cənab prezident lham Əliyevin Moskvaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açacaq". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkd

23 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

23 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel