S-400 raketlərinin alınması Türkiyə və ABŞ münasibətlərinə necə təsir edəcək?-RƏY

S-400 raketlərinin alınması Türkiyə və ABŞ münasibətlərinə necə təsir edəcək?-RƏYABŞ-lı senator Con Tun ABŞ Milli Müdafiə Səlahiyyətləri qanununda satınalma ilə bağlı yeni təklif irəli sürüb. Qanunda dəyişiklik qəbul edildiyi təqdirdə ABŞ S-400-ü Türkiyədən satın almaq hüququna malik olacaq.

Bundan əlavə Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riç isə Milli Müdafiə Səlahiyyətləri qanununa baş bir dəyişiklik təklif edib. Təklifdə Türkiyəyə qarşı sərt sanksiyaların tətbiqi nəzərdə tutulur. Mütəxəssislər qanunda bu cür dəyişikliklərin qəbul edilməyəcəyini bildirib ancaq, ABŞ-ın Türkiyənin Rusiyadan satın aldığı S-400-lə bağlı fikirləri hələlik dəyişməyib.

Qeyd edək ki, 2017-ci ildə Rusiya ilə Türkiyə arasında S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınması ilə bağlı 2,5 milyard dollarlıq müqavilə bağlanıb. 2019-cu ilin iyul ayından başlayaraq S-400-ün Türkiyəyə təhvil verilməsi prosesi başlayıb. Bu hadisə həm Avropa dövlətləri, həm də ABŞ-ın etirazlarına səbəb olmuşdu. ABŞ bu günə qədər dəfələrlə S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyədə aktiv hala gətirilməməsi istiqamətində addımlar atıb.

Xatırladaq ki, S-400 hava hücumundan müdafiə sistemləri 400 kilometr məsafədə, 30 kilometr hündürlükdə təyyarə, kruiz, ballistik raketləri o cümlədən quruda istifadə edilən digər silahları vurma qabiliyyətinə malikdir.

Bu barəd Sonxeber.az-a açıqlama verən politoloq Nəzakət Məmmədova bildirib ki, Türkiyənin belə bir addım atması inandırıcı görünmür, əks halda bu, Rusiya ilə münasibətlərə güclü zərbə vura bilər.
S-400 raketlərinin alınması Türkiyə və ABŞ münasibətlərinə necə təsir edəcək?-RƏYPolitoloq qeyd edib ki, Rusiya S-400 sistemlərini Türkiyəyə satanda onun icazə olmadan üçüncü ölkəyə satılması məsələsini də yəqin ki, razılaşdırıb:

"Hərbi müqavilələr bir qayda olaraq gizli olur və onun detalları açıqlanmır, lakin Rusiya dünya silah bazarında monopolist mövqeyə malik olan, geniş təcrübəli bir ölkədir və reeksport məsələsini nəzərə almaması mümkün deyil. Çünki Rusiyanın SSRİ-nin varisi olan ölkə kimi həm də bu sahədə acı təcrübəsi var. Məsələn, SSRİ Soyuq müharibə dövründə Varşava Paktı ölkələrinə "Kalaşnikov" avtomatı və digər silah növləri satırdı və ya güzəştli şərtlərlə verirdi. Lakin onlara həmin silahları müəyyən qadağalarla, məhdudiyyətlərlə verməmişdi. Nəticədə SSRİ dağıldıqdan sonra həmin ölkələr, məsələn, Bolqarıstan, Çexiya patent almadan rus silahları istehsal edərək, başqa ölkələrə satmağa başladılar.

Hətta, bəzi münaqişə bölgələrinə satılan silahlar Rusiyanın özünə qarşı istifadə olunmağa başladı. Yəqin ki, Rusiya S-400 satarkən bunları nəzərə alıb, üstəlik, Türkiyənin NATO üzvü olması və ABŞ-la de-yure müttəfiqliyini qoruyub-saxlaması Moskvanı bu məsələdə ikiqat məsuliyyətli olmağa vadar edir. Türkiyə ABŞ və ya digər ölkəyə S-400 satmaqla Rusiya qarşısındakı öhdəliklərini pozmuş olacaqdır. Bu, məsuliyyət yaradır və hətta Rusiya buna görə Türkiyəyə qarşı sanksiya belə tətbiq edə bilər.

Respublikaçı senator Con Tyunun ABŞ-ın müdafiə büdcəsinə düzəlişlə əlaqədar Vaşinqtonla Ankara arasında S-400 anlaşılmazlığının bu yolla çözülməsi təklifinin Türkiyə tərəfindən dəstəklənməsi inandırıcı görünmür və Ərdoğan belə bir addım atarsa, Putinlə bütün körpüləri yandırar. Suriyada iki ölkənin münasibətləri zaman-zaman gərginlik həddinə çatdığı, Liviyada da qarşıdurma və ya əməkdaşlıq üfüqləri qaranlıq ikən, Türkiyə Rusiya ilə münasibətlərini gərginləşdirən heç bir addım atmayacaqdır. Doğrudur, son dövrlər ABŞ və Türkiyə arasında müəyyən yaxınlaşma müşahidə olunur. Məsələn, fevralın sonlarında İdlib hadisələrindən sonra ABŞ dövlət katibi Pompeo martın 17-də Rusiyanı onlarla türk əsgərini öldürməkdə ittiham edərək, Suriyada Türkiyəyə dəstək verəcəklərini açıqlamışdı.

Digər tərəfdən, Liviyada Rusiyanın Xəlifə Xəftəri dəstəkləməsi və ona canlı qüvvə və silah yardımı göndərməsi Türkiyənin Rusiya ilə münasibətlərinə mənfi təsir göstərir. Koronavirus pandemiyası Türkiyə iqtisadiyyatına mənfi təsir göstərir və Ərdoğanın lirəni inflyasiyadan qorumaq üçün ABŞ-dan maliyyə yardımı istəməsinə dair məlumatlar var. Belə bir şəraitdə, ola bilsin ki, ABŞ Türkiyənin ondan asılılığını artırmaq üçün S-400 məsələsi ilə bağlı bu təklifi edib. Lakin bu, ciddi məsələdir və Türkiyənin Moskvanın, yoxsa Vaşinqtonun xeyrinə addım atması Ankaranın geostrateji seçimini şərtləndirə bilər".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1828   Tarix: 01 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27 mart
.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart
.

Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar

Martın 17-də Heydər Əliyev Mərkəzində "İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət" adlı sərgi açılıb. Axşam.az xəbər verir ki, sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbayca

18 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

Hakan Fidan Azərbaycanı təbrik etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə ölkəmizi təbrik edib. "Qafqazinfo" xəbər verir ki, türkiyəli nazir bu barədə Bakıda keçirilə

15 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart