İnfeksionist qaydalara əməl etməyənlərə çağırış etdi: "Səhiyyə sistemi çökə bilər"

İnfeksionist qaydalara əməl etməyənlərə çağırış etdi: "Səhiyyə sistemi çökə bilər"İnanların daha çox toplaşdığı avtobuslarda və ictimai nəqliyyatda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi yoluxmanın qarşısını alan ən vacib məqamlardan biridir. Elə buna görə də, ictimai nəqliyyatda karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunur.

Bakı Nəqliyyat Agentliyi də öznövbəsində 34 məntəqədə sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət etdiyini açıqlayıb.

Lakin yenə də, avtobuslarda və ictimai nəqliyyatda qoruyucu maskadan istifadə etməyən və ya ümumiyyətlə, tibbi maskadan düzgün istifadə etməyən şəxslərə rast gəlmək olur. Bəzi hallarda isə insanların polis postlarını keçdikdən sonra maskanı çıxardığının şahidi oluruq. İnfeksionistlər isə virusdan qorunmaq üçün ən yaxşı yolun tibbi maskadan istifadə etmək olduğunu qeyd edir.

Məsələ ilə bağlı BiG.AZ saytına açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev bildirdi ki, koronavirus hava-damcı yolu ilə yoluxan infeksiya olduğu üçün ictimai nəqliyyatda sosial məsafə qorunmalıdır:

"Bir xətsə insanın tənəffüs yollarında damcı daxilində olan milyonlarla virus digər sağlam şəxsin tənəffüs yollarına daxil olub, onu yoluxdura bilər. Təbii ki, ictimai nəqliyyatda sosial məsafə qaydalarına riəyət etmək çətin olur. Buna görə də, yoluxmanın qarşısını almaq üçün ən yaxşı yol qoruyucu tibbi maskadan istifadə etməkdir. Bəzən qeyd olunur ki, sağlam insanların tibbi maskadan istifadə etməsinə ehtiyac yoxdur. Lakin bu, belə deyil. Biz çox zaman xəstə və sağlam insanın kim olduğunu bilmirik. Bəzən insan özü də yoluxduğunu bilməyə bilir və onda xəstəlik özünü asimptomatik şəkildə büruzə verir. Buna görə də, mütləq şəkildə tibbi maskadan istifadə olunmalıdır. Hesablamalara əsasən, əgər xəstə insanlar tibbi maskadan istifadə edərsə, virusun digər şəxslərə yoluxma ehtimalı 5%-ə düşür. Lakin həm sağlam, həmdə xəstə insanlar tibbi maskadan istifadə edərsə, bu zaman yoluxma ehtimalı cəmi 1,5% olur".

İnfesksionistin sözlərinə görə, Azərbaycanda yoluxma hələ ki artmaqda davam edir və artımın hansı müddətə qədər davam edəcəyi bilinmir: "Çünki yoluxmanın pik nöqtəyə nə zaman çatacağı və azalmağa doğru gedəcəyi məlum deyil. Ola bilər ki, yoluxma hələ uzun müddət davam edəcək. Hazırda ölkəmizdə virusa yoluxan və dünyasını dəyişən insanlar çoxdur. Yoluxma riskini minimuma endirmək üçün zəruri tələblərə əməl etmək, məsuliyyətli davranmaq vacibdir. Karantin dönəmində isə mümkün qədər evdə qalmaq, ictimai nəqliyyatdan az istifadə etməyə diqqət etmək lazımdır. Bu virus qripdən fərqli olaraq ağciyərə enərək kəskin iltihab törədir və pnevmaniya yaradır. Bu zaman ağciyərdə "buzlu şüşə" simptomu meydana çıxır ki, bu da tənəffüs çatışmazlığına səbəb olur və bəzi insanlar boğulmadan dünyasını dəyişir".
M. Əliyev yoluxma sayının artması ilə ölkədə yarana biləcək təhlükələrə də toxunub: "Kütləvi yoluxma halları olduqda səhiyyə sistemi bunu qaldırmaya bilir. Belə hal ilə bir sıra ölkələrdə, eləcə də Avropa ölkələrində müşahidə edildi. Ümumilikdə, hər bir xəsəxananın xəstə qəbulu üzrə müəyyən bir limiti və çarpayı sayı var. İnsanların qaydalara əməl etmədiyi halda yoluxma kəskin şəkildə arta bilər ki, bu da səhiyyə sisteminin çökməsinə gətirib çıxara bilər. Buna görə də, insanlar sosial məsuliyyətlərini dərk etməli, ictimai nəqliyyatda və insanların kütləvi yığışdığı yerlərdə qoruyucu tibbi maskadan istifadə etməli, sosial məsafə saxlamalı, gigiyena və dezinfeksiya qaydalarına əməl etməlidirlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1981   Tarix: 01 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO

Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. -ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya

19 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel