Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır

Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandırAzərbaycan polis orqanları yarandığından bu günə qədər yetişdirdiyi qəhrəman polislərlə xalqın ürəyində taxt qurub. Bu sahədə xidmətləri əsnasında fədakarlıq və üstün bacarıqları ilə xatırlanan bir çox qəhrəman polislərimiz var. Belə ki, 1941-1945-ci illərdə faşizm ilə mübarizəyə Azərbaycan milisi də qalxaraq, düz 800 nəfərə yaxın əməkdaşı ilə fədakarlıqla vuruşaraq, qəhrəmanlıq və şücaət göstərib. Bir çoxları o zamankı Sovetlər imperiyasının hakim lideri olan İosif Stalin tərəfindən şəxsən mükafatlandırılaraq, yüksək orden və medallara layiq görülüblər. Zaman-zaman baş verən siyasi qarşıdurma və ölkədaxili ixtişaşlarda o zaman milis nəfərləri cəlb olunaraq, azğınlaşmış yağılardan dinc sakinləri qoruyurdu. 1988-1993-cü illər ərzində Milli Ordu yaranışına qədər polislərin, (o zaman milis adlandırılırdılar) şücaəti və əzmkarlığı vəsf ediləcək dərəcədə tariximizə şanlı hərflərlə yazıldı. Azərbaycan polisinin tarixi yaxın keçmişə tasədüf edir. Zamanında Sovet hakimiyyətinə tabe olan milis nəfərlərini yeni quruculuğumuzdan sonra məhz polislər əvəz edir. İlk öncə onu qeyd edim ki, "milis" sözü rus dilindən keçmə - mənası isə qədim Slavyan dilindən "milisioner", yəni fərdi şəxsə müraciət kimi qeyd olunur. Türkiyədə jandarma, karakolçular qismində ifadə olunan vəzifəni dünyanın bir sıra ölkələrində polislər həyata keçirir. Polis (ingilis dilindın tərcümədə "policy") siyasi sözündən əmələ gələn ifadədir ki, rejim, qayda, qanun, ciddiyyət anlamlarına isnad olunaraq, dayanıqlıq, qətiyyət bildirir. Dağlıq Qarabağ adlı ürəkağrıdan siyasi problemimiz təkcə ölkəmizin siyasi sıxıntısı deyil, eləcə də torpaqlarımızın itirilməsi, yağı düşmən tərəfindən etnik təmizləməyə məruz qalması, miyondan çox insanın öz doğma yurd-yuvalarından didərgin düşməsi, gənc soydaşlarımızın qurbana çevrilməsi, Vətənimizin saysız şəhid qazanması deməkdir. Azərbaycan xalq Cümhuriyyəti yaradıldıqdan bir qədər sonra, o zaman ölkədə fəaliyyət göstərən Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Təbii ki, yeni struktur və təzə ab-havaya uyğun yaranan polis sistemi elə fəaliyyətə başladığı ilk andan xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edir, əsayişin və təhlükəsizliyin mühafizəsi ilə yanaşı sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla, layiqincə və peşəkarlıqla həyata keçirir. Bugünkü Azərbaycan polisinin tarixi çox da uzaq hesab edilmir. Belə ki, Azərbaycan polisi öz peşə bayramını yeni adına uyğun məhz Ümumilli Lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanından sonra hər il iyulun 2-si "Azərbaycan Polisi Günu" kimi qeyd edir.

Bu gün hər birimizin dilində əzbərə çevrilən "MƏNİM POLİSİM MƏNİ QORUYUR!" ifadəsi bizim daha əmin yaşamağımız, özümüzü daha rahat hiss etməyimiz, asayişin qorunmasında daim onların yanımızda olmağını duymağımız üçün var. Ölkəm müstəqildir və dövlətimin qoruyucu qulluqçusu birmənalı mənim polisimdir. "Mənim polisim məni qoruyur!" – bu, belə olsa da, olmasa da, biz belə istəyirik. Çünki güvən yerimizdir polis. Ümummilli lider Heydər Əliyev: "Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz."

BƏLİ, "POLİS" AZƏRBAYCAN DÖVLƏTİNİN, XALQIMIZIN KEŞİYİNDƏ DURAN MÜBARİZ BİR ORQANDIR.

Hazırda yaşadığımız, dünyanı lərzəyə gətirən pandemiya dövründə dünya insanlığın birliyini gördü. Biz də bu dünyanın bir parçasıyıq və orda baş verən hər nə varsa, biz də yaşayırıq bütünün parçası kimi. Bu dövrün ən unudulmaz, zəhməti danılmaz, gecəsi-gündüzü olmayan, xalqının yanında olan, yenə də onu qoruyan polis oldu, hətta pandemiyadan da...Polis adı güc, rejim, qayda, qanun, ciddiyyət anlamlarını daşısa da mən deyərdim ki, əslində bu, cəmiyyətin hərtərəfli maarifləndirilməsi sahəsində böyük güc qurumudur. Onlar hər zaman sabitlik, əmin-amanlıq, sakitlik, səbr və təmkin rəmzi olublar. Yaşından asılı olmayaraq bütün insanlara göstərdikləri səbr və təmkin, hörmət və ehtiram sözün əsl mənasında alqışa və təqdirəlayiqdir. Etiraf edək ki, bu dövr ərzində istər Daxili Qoşunların, istərsə də Dövlət Yol Polisinin fəaliyyətidən möhtəşəm və səliqəli xidmət gördük! Dünyanı cənginə alan pandemiya dövrü, ölkə əhəmiyyətli bu hadisə polisin fədakar fəalliyəti, etik davranışları, birmənalı şəkildə Prezidentin fəaliyyətinə ciddi dəstək oldu. Çünki Prezident İlham Əliyevin məmurlara üz tuturaq, vətandaşlarla doğru-düzgün rəftaretmə çağırışına səs verən Daxili İşlər Nazirliyi öz fədakarlığını layiqincə yerinə yetirdi.

BİZ ONLARA "VƏTƏNDAŞ TƏŞƏKKÜRÜ" BORCLUYUQ...

Hər nə olursa olsun, bir vətəndaş kimi əminik ki, bütün çətin və anlaşılmaz vəziyyətdə tək qalmayacaq, arxamızda vüqarlı dağ kimi, yanımızda güclü və ayıq-sayıq olan polisimiz var. Öz formasını adına layiq daşıyan, milli dövlətçilik idealogiyasına sadiq olan, hazırda xalqının daha çox etimadını qazanan, Vətəninə, millətinə ləyaqətlə xidmət edən, təhlükəsizliyimizi təmin edən POLİSİMİZ var... Onun vüqarlı duruşu, ciddi, lakin həssas baxışı, davranışı da xalqımın bir parçası olaraq, mənim də qürurumdur.!

Röya Bənənyarlı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1372   Tarix: 02 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

"Whatsapp"a yeni funksiya gəlir - FOTO

"WhatsApp" tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar. bu barədə xarici mediaya istinadən xəbər verir. Messencerin "Android" 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb. "WhatsApp"da fayl paylaşımı dövrü. "WhatsApp"

22 aprel
.

Bu yay kəskin istilər olacaq? - AÇIQLAMA

Son zamanlar havaların həddindən artıq isti keçməsi insanlar arasında maraq yaradıb. Bəs bu il yay aylarında havanın temperaturu necə olacaq?. Mövzu ilə bağlı meteoroloq Cavidan Əliyev -a açıqlama verib. Meteoroloq məsələyə aydınlıq gətirib:. "Hal hazırda yay aylarında gözlənilən temperaturu demə

22 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə -a Medianın İnkişafı Agentliyindən məlumat verilib

22 aprel
.

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birin

22 aprel