Sahibkarlara və günəmuzd işləyənlərə hansı yardımlar ediləcək?- AÇIQLAMA

Sahibkarlara və günəmuzd işləyənlərə hansı yardımlar ediləcək?- AÇIQLAMAXəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Sərt karantin rejimi tədbiq edilən rayon və şəhərlərdə bir çox iaşə obyeklərinin fəaliyyəti dayandırılıb. Sərt karantin rejimi tədbiq ediləcək rayon və şəhərlərdə fəaliyyət göstərən sahibkarlara, günəmuzd işləyənlərə dövlət tərəfindən hansı yardımların edilməsi gözlənilir?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, sərt karantin rejimi uzadıldıqdan sonra Nazirlər Kabineti vətəndaşlara və sahibkarlara dəymiş ziyan minimalaşdırılması ilə bağlı qərarlar qəbul edib: "Eyni zamanda nəzərə alsaq ki, Azərbaycan prezidenti də pandemiya dövründə koronavirusun iqtisadiyyata ziyanlarını minimallaşdırılması ilə bağlı daimi tapşırıqlar verir. O baxımından karantin rejimin uzadılması fonunda guman olunur ki, xüsusilə sahibkarlara və vətəndaşlara pandemiyanın və sosial təcrid tədbirlərinin təsirlərinin yenidən qiymətləndirilməsi aparılacaq. Nazirlər Kabineti və Operativ Qərargah tərəfindən qiymətləndirmə aparıldıqdan sonra hansı formada yardımların edilməsi ilə bağlı qərar veriləcək. Biz güman edirik ki, vətəndaşlara və sahibkarlara dövlət dəstəyi davam etdiriləcək.

Pandemiyadan əziyyət çəkən sahibkarlar üçün təşviq tədbirləri davam etdirilib. Bu güzəştlər 2021-ci ilin yanvar 1-dək nəzərdə tutulub. Vergi güzəştlərndən əlavə biliriniz ki, bir neçə gün öncə yeni kredit portalı istifadəyə verildi. Xüsusilə də post-pandemiya dövründə zərər çəkmiş sahibkarlara 500 milyon manatlıq güzəştli kredit təklif olunmasına başlanılıb. Kredit faizlərinin yarısı dövlət tərəfindən kompensasiya edilir. Artıq bu prosesə başlanılıb. Kredit və güzəşt müddəti uzadılıb. Karantin qaydalarına uyğun olaraq sahibkarlara təşviq dəstəyi və tədbirləri davam etdirilir. Bununla bağlı olaraq Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi tərəfindən qərarlar verilib. Ümumiyyətlə, pandemiya dövründə dövlətin vətəndaşlara, xüsusilə də sahibkarlara dəstəyinin davam etdiriləcəyi gözlənilir. Güman edilir ki, Nazirlər Kabineti tərəfindən yeni dəstəyin hansı formada keçirləcəyi ilə bağlı qiymətləndirmə aparılır. Təbii ki, bizim gözləntimiz ondan ibarətdir ki, dövlət dəstəyi karantin və pandemiyanın davam etdiyi dövrdə davam etdiriləcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9081   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəl

22 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22 aprel
.

Sabah yağış yağacaq, külək əsəcək

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərind

22 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Vaqif Sadıqov Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Vaqif Əmirxan oğlu Sadıqov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

22 aprel
.

"Azərbaycan-Ermənistan arasında aparılan iktərəfli danışıqlar sülh müqaviləsinin imzalanma prosesini tezləşdirə bilər" - DEPUTAT

"Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması Ermənistanı silahlandırmaqla iki ölkə arasında yenidən müharibə qığılcımlarını yaratmaq istəyən qüvvələrin növbəti xain planını iflasa uğratdı". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, bir güllə belə atmadan Qazaxı

22 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Nazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib. "Azərbaycan müəllimi" xəbər verir ki, bu vəzifəyə İlqar Bayramlı təyinat alıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənm

22 aprel