Professor Azərbaycanda koronavirusun pik həddinin vaxtını AÇIQLADI

Professor Azərbaycanda koronavirusun pik həddinin vaxtını AÇIQLADIXəbər verdiyimiz kimi Operativ Qərargahın ötən gün verdiyi yeni qərarına əsasan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır. Gündəlik yoluxma rəqəmlərini nəzərə alsaq pandemiyanın ümumi gedişi gələn həftələrdə pik həddə çata bilərmi? Azərbaycanda koronavirusun pik həddi nə vaxta proqnoz edilə bilər?

Bununla bağlı Sonxeber.az-a azərbaycanlı professor, tibb eksperti Adil Qeybulla danışıb:

"Karantin rejimi ona görə aparılır ki, burada insanların fəaliyyəti, davranışları konkret olaraq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq məhdudlaşdırılsın. Yəni yoluxmanın digər amilləri nəzərə alınmaqla qaydalar müəyyənləşdirilsin. Bu yoluxmanın qarşısının alınması və hadisənin lokallaşdırılması üçündür. Karantin tədbiri sərt aparıldıqda adətən buna nail olmaq olur. Çin təcrübəsi bunu göstərdi. Hətta bildirim ki, normal karantin tədbirlərinə, qaydalarina insanlar şüurlu sürətdə əməl etdikdə nailliyyət olur. Almaniya təcrübəsini buna misal çəkmək olar. Karantin tədbirləri sərt adı altında olub, qaydalar pozulursa, karantindən xüsusi effekt gözləməyə dəyməz. İnsanlar muxtəlif yollarla rayonlara gediblər. Belə hallara gorə Azərbaycandakı karantini normal karantin hesab etmək olmaz. Xətsəlik pik dövrünə doğru gedir. Yoluxma hallarının çoxalması təxminən karantin qaydaları yumşaldıqdan sonra olan sıx təmaslarla bağlıdır. Bu bir müddət davam edəcək. Hesab edirəm ki, iyul ayının ortalarına qədər artım olacaq. Daha sonrakı mərhələdə epidemioloji vəziyyət asılı olacaq rayonlarla Abşeron yarımadası arasındakı karantin tədbirlərinin müəyyən edilməsinə, yəni yolların açılmasına. İnsanlar rayona üz tutduqdan sonra seyrəlmə baş verə bilər. Bununla yanaşı epidemioloji coğrafiya genişlənə bilər. Düşünürəm kollektiv immunitetə doğru gedirik və əhalinin böyük əksəriyyəti virusa yoluxacaq. Kollektiv immunitetin yaranmasıyla virus da tədricən yoxa çıxacaq. Bu proses ilin sonunadək davam edəcək".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 14227   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021