" Ermənipərəst konqresmenlərin növbət hədəfi Rusiyadır "-RƏY

" Ermənipərəst konqresmenlərin növbət hədəfi Rusiyadır "-RƏYAmerika Birləşmiş Ştatlarında həm epidemoloji vəziyyət ağırdır, həm də bu ölkədə növbəti siyasi çalxalanmaya start verilib.

ABŞ-ın baş infeksionisti Entoni Fauçi həyəcan təbili çalmaqda davam edir. Məsələ burasındadır ki, ABŞ-da koronavirusa yoluxanların say 50 mini aşır və baş infeksionist bu rəqəmin 100 minə çatacağını bildirir.

"Hamıya çətin olacaq, bunu mən sizə vəd edirəm" deyən Entoni Fauçi ölkənin fəlakətə doğru sürətlə irəlilədiyini vurğulayıb. Digər problem ondadır ki, ABŞ-ın Cənubi Koreya, Sinqapur və ya Yeni Zellandiyadan fərqli olaraq virusa yoluxanların təmaslarını araşdırması mümkün deyil, həm ölkə böyükdür, həm də gündəlik 40 və ya 50 min yoluxanın təmaslarını aydınlaşdırmaq və nəzarətə altına almaq fiziki cəhətdən mümkün deyil".

Bu sözləri Sonxeber.az-a açıqlamsında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Amerikada infeksiya ilə mübarizə aparanları həm də narahat edən odur ki, ölkədə əksəriyyət nə maska taxır, nə də sosial məsafəni qoruyurlar, üstəgəl dövlətin bir nömrəli şəxsi – prezident Donald Tramp da maska taxmır və bununla başqalarına pis nümunəyə çevrilir. Ağ Ev sahibinin isə virusla mübarizə aparmaq əvəzinə hələ də günahkar axtarışında olduğunu onun sosial şəbəkədə yazdığı son status da sübut edir: "Virusun yayılmasına görə Çinə qarşı kinim hər keçən gün artır".
Bu arada, Donald Tramp başqa bir təhlükə ilə də üzləşib. Trampın rəqibləri onu dövlət və milli maraqları diqqətə almamaqda günahladırırlar. Qalqamal "Nyu-York Tayms" qəzetində yayınlanan məqalədən sonra başlayıb. Məqalədə göstərilib ki, Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda daha çox amerikalı hərbçiləri öldürmələrinə görə Taliban üzvlərinə pul ödəyirmişlər. Bunu Əfqanıstanda amerikan hərbçilərinin ələ keçirdikləri Taliban üzvləri etiraf ediblər.

Demokratlar Trampı ona görə tənqid edirlər ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya ilə Taliban arasındaki gizli əlaqələri Ağ Ev sahibinə məruzə edib, ancaq o Rusiyaya qarşı heç bir tədbir görməyib. Demokratlar hesab edirlər ki, Donald Tramp Amerikanın maraqlarını Rusiya ilə yaxınlaşamaya satıb.
Donald Tramp və Respublikaçılar Partiyası qəzet məqaləsindəki məlumatların saxta olduğunu iddia edirlər. Pentaqon generalları da Rusiya kəşfiyyatı ilə Taliban hərəkatının ABŞ hərbçilərinə qarşı gizli sövdələşməsi barədə məlumata malik olmadıqlarını bildiriblər.

Buna baxmayaraq, prezident seçkisində Trampın əsas rəqibi olan demokrat Cozef Bayden əlinə düşən fürsətdən istifadə etməyə çalışır. Baydenin fikrincə, Donald Tramp ona verilən məlumatlara baxmayaraq Moskvaya qarşı sanksiyaları sərtləşdirməyib. Bayden onu da deyib ki, vitse-prezident olduğu illərdə Vladimir Putinlə bir neçə dəfə təkbətək görüşləri olub: "Kreml sahibi ilə açıq danışıqlarım olub, ona görə Putin mənim ABŞ-ın növbəti prezidenti olmağımı istəmir". Bayden hesab edir ki, Tramp Putinlə əlaqələrini zəiflətməmək üçün ona verilən kəşfiyyat məlumatlarını heçə sayıb.

Demokratların nəzarətində olan Konqresin Nümayəndələr Palatası da Trampa qarşı hərəkətə keçib. Nümayəndələr Palatası ötən il çox çalışdı ki, Ukrayna məsələsinə görə Trampa qarşı impiçment proseduruna başlanılsın. Alınmadı. Respublikaçıların nəzarətində olan Senat Nümayəndələr Palatasının qərarını təsdiq etmədi. Nümayəndələr Palatası prezident seçkisi öncəsində Trampa növbəti zərbəni vurmağa hazırlşır və bu işin başında ermənipərəst konqresmenlər dayanırlar. Nümayəndələr Palatasının erməni təəsübkeşi olan Nensi Pelosi vaxt itirmədən Rusiyaya qarşı yeni və sərt sanksiyaların tətbiqinə çağırıb. Ona digər ermənipərəst konqresmen Bob Menendes dəstək verib. Menendesin hərbi büdcəyə qəbul etdirdiyi düzəliş Rusiya prezident Vladimir Putinə qarşı sanksiyaları nəzərdə tutub.

Beləliklə, Pelosi-Menedes ikilisi Ağ Ev sahibi ilə yanaşı Rusiyanı və Vladimir Putini hədəf seçiblər. Bob Menendesin fəallığını Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peksov belə şərh edib ki, hazırda Vaşinqtonda anlaşılmayan çox hadisə baş verib.

Qəribə mənzərədir. Nensi Pelosi və Bob Menendes Ermənistanın Azərbaycan əleyhinə işğalçı siyasətini dəstəkləyirlər. Ermənistan isə Rusiyanın bölgədəki strateji müttəfiqidir. Nensi Pelosi və Bob Menendes eyni zamanda həm Ermənistanın dostu, həm də Rusiyanın düşmənidirlər. Eyni zamanda ermənipərəst konqresmenlərin dəstəyindən faydalanan Ermənistan amerikalı dostlarının Rusiyaya qarşı səlib yürüşünə səssizdir. Görəsən, Kremlin dəhlizlərində araşdıran varmı ki, Moskvanın siyasi, iqtisadi və hərbi dəstək verdiyi Ermənisanın Amerikadakı dostları niyə Rusiya əleyhinə qərarlar qəbul edirlər? Bəlkə buna görə Ermənistandan hesabat istənilməlidir?"

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1681   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel