Zəbt olunmuş ərazidə tikilmiş ev neft borusundakı qəzanın aradan qaldırılmasına mane oldu

Zəbt olunmuş ərazidə tikilmiş ev neft borusundakı qəzanın aradan qaldırılmasına mane olduBu gün Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları 700 mm-lik Böyükşor-Sumqayıt neft boru kəmərinin Sumqayıt şəhəri, Yeni Yaşayış Massivi, BTZ bağlarından keçən 31,8-ci kilometrliyində sızma aşkar edib.

Əraziyə dərhal şirkətin Neft Kəmərləri İdarəsinin "Abşeron" İstehsalat Bölümünün qəza-bərpa briqadası cəlb edilib. Əraziyə baxış keçirilən zaman boru kəmərinin sızma baş verən hissəsinin vətəndaş Nəsibov Ehtiram Qənimət oğlu tərəfindən zəbt olunduğu müəyyənləşdirilib. Boru kəmərinə cəmi 1-2 metr məsafə tikilən ev qəzanın aradan qaldırıması zamanı xüsusi texnikaların işləməsini xeyli çətinləşdirib. Bununla belə həyatyanı sahəyə axan neft sızıntısının toplanması üçün çuxur qazılıb, xüsusi vakumlu avtomobil vasitəsilə neft bu çuxurdan götürülüb. Daha sonra borunun qəza baş verən hissəsi müəyyənləşdirilərək təmir olunub.

Ev sahibi (1993-cü ildə Laçın rayonundan məcburi köçkün düşmüş) Nəsibov Ehtiram Qənimət oğlu açıqlamasında bildirib ki, evi 1994-cü ildə tikib və ərazidən neft kəmərinin keçməsindən xəbərsiz olub: "Bu ərazini mənə kimsə satmayıb, özüm qaçqın kimi yerləşmişəm".

Məsələ ilə bağlı "Report" açıqlama verən Azərbaycan Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin "Abşeron" İstehsalat Bölməsinin rəisi Nizami Qafarov bildirib ki, sözügedən kəmər Bakının Dübəndi qəsəbəsinə qədər uzanır, bir çox yerlərdə, o cümlədən Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində fərdi yaşayış evləri ilə əhatə olunub. Nəticədə təhlükəsizlik işçiləri kəmərin vəziyyətinə vaxtlı-vaxtında yoxlaya bilmirlər.

SOCAR-ın Təhlükəsizlik İdarəsi rəisinin müşaviri Səbuhi Şəldiyev isə "Report"a deyib ki, qəzanın baş verdiyi ərazi Böyükşor-Sumqayıt neft boru kəmərinin 38-ci km-liyidir və hazırda qəzanın səbəbi araşdırılır: "İlkin ehtimallara görə, kəmər uzun müddət istismarda olduğuna və onun mühafizə zolağının zəbt edilməsi ilə əlaqədar nəzarət tədbirlərindən kənarda qaldığına görə qəza olub: "Bu isə vətəndaşlar üçün çox böyük təhlükə yaradır. Nəzərə almaq lazımdır ki, boru xəttində baş verən qəza yanğına, partlayışa səbəb ola bilər. Bu isə vətəndaşların özlərinə və ailə üzvlərinə xəsarət yetirə bilər".

Məsələni şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, mühafizə zonası düşən ərazilərdə yaşayış məskənlərinin salınması yolverilməzdir.

Onun sözlərinə görə, "SOCAR"ın vətəndaşlara, bu cür ərazilərdə yaşayış evlərinin tikintisini biznesə çevirən işbazlara müraciətlərinə baxmayaraq, bu cür hallar hələ də yaşanmaqdadır: "Boru kəmərlərinin mühafizə zonalarına düşən ərazilərdə fərdi ev tikənlər bilməlidilər ki, bu, tamamilə qanunsuz əməldir. Belə zonalarda tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir. Hər hansı tikintinin aparılmasına kəmərin hər tərəfindən 50 metr məsafə saxlanılmaqla icazə verilir. İndiki halda isə söhbət kəmərin 1-2 metrlityindəki tikilidən gedir. Onlar ilk növbədə öz həyatlarını çox böyük təhlükəyə atmış olurlar. Digər tərəfdən, sabah həmin kəmərdə hər hansı səbəbdən partlama və müvafiq olaraq yanğın baş verərsə, həmin əraziyə xüsusi texnikanın daxil olması mümkünsüz olacaq. Belə olan halda bu cür tikililərin sahibləri həm də onların həyatını qurtaran və öz peşə borcunu yerinə yetirən onlarla insanın həyatı ilə oynayırlar".

Qeyd edək ki, boru kəmərlərinin mühafizə zonasının müəyyən edilməsinə dair Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Bu qərara əsasən, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə mühafizə zonası 25 metr götürülür. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir. Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır. Bundan başqa, neft-qaz sızması nəticəsində partlayışlar baş verə bilər ki, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün təhlükə yaradır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2129   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Azərbaycanda Araz Ağalarova məxsus olduğu bildirilən şirkət cərimələnir

"Crocus trading" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, müvafiq qurum tərəfindən yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 239-cu (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"

28 mart
.

"Crocus"da insanları xilas edən təşkilatın rəhbəri də ölübmüş...

Moskva yaxınlığındakı "Crocus City Hall"da baş verən terror aktı zamanı yüzlərlə insanın qaçmasına kömək edən tələbə təşkilatının rəhbəri həlak olub. xəbər verir ki, onun adı Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında dərc olunan qurbanlar siyahısındadır. Faciə günü təşkilatın iki üzvü ziyarətçilər

27 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart