Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədi

Yüzlərlə maşın postlardan icazəsiz keçmək istədiKoronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 2 iyul 2020-ci il saat 00:00-dan 3 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 564 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 55 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə üç nəfər olmaqla, ümumilikdə 629 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 35-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 40-ı rayon, 70-i paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 390-ı rayon, 120-i paytaxt istiqamətinə olmaqla 510 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 720 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1717   Tarix: 04 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel