Şaxtalı hava hansı xəstəliklərdən QORUYUR?

Şaxtalı hava hansı xəstəliklərdən QORUYUR?Bir çoxları elə düşünür ki, hava soyuq və şaxtalı olduqda evdə qalmaq və çölə çıxmamaq ən yaxşı yoldur. Düzdür, bəzi xəstəliklər zamanı soyuq havada çox gəzmək olmaz, amma şaxtalı havanın da yaxşı təsir göstərdiyi xəstəliklər mövcuddur.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, həkimlər şaxtalı havanın hansı xəstəliklər üçün faydalı olduğunu açıqlayır:

Piylənmə

Artıq çəkili insanlarda arıqlamaq üçün qışda gəzmək yayda gəzməkdən daha effektlidir. Şaxta arıqlamağa kömək edir. Çünki soyuqda orqanizm özünü qızdırmaq üçün daha çox enerji sərf etməlidir. Bu enerji isə piy qatının parçalanması hesabına yaranır.

Baş ağrısı və miqren

İstənilən mənşəli baş ağrıları zamanı havaya çıxaraq təmiz hava almaq kömək edir. Baş ağrısı başda yerləşən damarların spazmı səbəbindən yaranır. Şaxtalı havada isə dəridə olan kapillyarlar sıxılır, başdakı damarlar isə əksinə genələrək qan axımını qaydaya salır. Həmçinin soyuq hava sinir ucluqlarına da təsir edərək ağrı hissinin azalmasına və ümumi əhval-ruhiyyənin yüksəlməsinə səbəb olacaq.

Hipotoniya

Arterial təzyiqdən əziyyət çəkən insanlar qışda özlərini pis hiss edirlər. Aşağı təzyiqdən əziyyət çəkənlərə isə əksinə şaxtalı havada gəzmək faydalıdır. Bunun səbəbi soyuqda qan damarlarının sıxılaraq təzyiqi yüksəlməsidir. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar isə yaxşı olardı ki, şaxtalı havalarda evdə otursunlar.

Piy vəzilərinin fəaliyyəti

Yağlı dəriyə malik insanlar isti havadansa soyuqda daha tez-tez gəzintiyə çıxmalıdırlar. Şaxtalı hava epidermisi qurudaraq çivzə, akne və sızanaqların yaranmasının qarşısını alır.

Stresslə mübarizə

Qışın gəlişi ilə günlə qısalır və gecələr uzanır. Məhz bu amil də bir çox insanlarda depressiyanın yaranmasına səbəb olur. Amma alimlər şaxtalı havanın orqanizmdə "xoşbəxtlik hormonu" olan serotoninin və endorfinin sintezinin sürətləndirdiyini bildirirlər. Hətta 30 dəqiqəlik gəzinti sinir sistemini gücləndirir, qorxu və həyəcan hissini aradan qaldırır, iştahanı açır, əhvalı yüksəldir.

İmmunitetin möhkəmlənməsi

Bir çoxları elə düşünürlər ki, soyuq hava xəstələnmənin əsas səbəbidir. Lakin bu belə deyil. Əksinə olaraq soyuq hava orqanizmin qoruyucu funksiyalarını daha da gücləndirir. Buna görə də şaxtalı havada ağızı və burunu qapalı bir şəkildə gəzmək və nəfəs almaq sizin xəstəliyə yoluxmağınıza yox, bədəninizin daha da möhkəmlənməsinə səbəb olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1921   Tarix: 04 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin Xocalıda müsahibə aldığı 9 yaşlı Ləfxanımın qızın toyu olub. xəbər verir ki, bu barədə görüntülər "Günə son" verilişində nümayiş olunub. Goranboy rayonunun Ağca kəndinə yollanıb. Ləfxanımın 32 il sonra qayıtdığı doğma yurdund

18 aprel
.

"Gec-tez Fransa Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməlidir" - DEPUTAT

"Fransa Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb". Bunu -a danışan deputat Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, Fransanın məsləhətləşməsi nə ilə bitəcəyi məlum deyil:. "Amma Azərbaycanın xarici siyasəti və diplomatik addımları məlumdur. Azərbaycanı

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Xırdalan-Saray avtomobil yolunda yol nişanı qoyulmadığından avtomobili yarğana düşərək qəza keçirən sürücü "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyini məhkəmədə udub. Qaynarinfo-nun məlumatına görə, Zamin Şabanov (ad-soyad şərti) gecə saat 22:05 radələrində "Lada Vesta" markal

18 aprel
.

Yol qəzalarından necə qorunaq? "Sürət həddi aşağı salınması yarımçıq addımdır" - Açıqlama

Ölkə ərazisində yol qəzalarının sayı artıb. Xüsusi ilə pik saatlarda yol qəzaları baç verir. Təəssüflər olsun ki, qəzalar çox zaman insan ölümü ilə nəticələnir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? . Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev -a açıqlama verib. Eksper

18 aprel
.

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır. xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"

18 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başq

18 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel