Ekspert: "SOCAR mütləq optimallaşdırmaya getməlidir"

Ekspert: "SOCAR mütləq optimallaşdırmaya getməlidir"Dünya iqtisadiyyatında yaranan böhran, neftin qiymətinin aşağı düşməsi neft şirkətlərinin maliyyə-iqtisadi vəziyyətinə mənfi təsir göstərib. Artıq qlobal olaraq bir çox enerji şirkətləri xərclərini azaldacağını, işçilərini ixtisar edəcəklərini elan edib. Məsələn, BP şirkəti ilin sonuna qədər 10 min işçisini ixtisar etməyi planlaşdırdığını açıqlamışdı. Bu, şirkətin ümumi personalının təxminən 15%-ni təşkil edir. ABŞ-ın nəhəng neft-serviş şirkəti "Halliburton" Hyuston şəhərindəki mənzil-qərargahında min nəfər əməkdaşını ixtisar edib.

Bəs hazırkı vəziyyəti nəzərə alsaq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işçilərinin sayını azaltmalıdırmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov "APA-Economics"ə bildirib ki, iqtisadi nöqteyi-nəzərdən yanaşılarsa, SOCAR öz fəaliyyətində əmək qüvvəsinə olan tələbi optimallaşdırmalıdır. "Çünki faktiki olaraq dövriyyə, gəlir azalırsa, fəaliyyət məhdudlaşırsa, bunu nəzərə almaq lazımdır. Həm də təkcə iqtisadi böhrandan qaynaqlı deyil, "OPEC+" formatı çərçivəsində götürülmüş öhdəliklərlə bağlı da hasilatın təbii azaldılması istiqamətində addımlar atılır. Bu təbii ki, işçilərin sayının azaldılması zərurəti yaradır. Amma digər məsələ odur ki, indiki halda Azərbaycan hökuməti müəyyən qədər dövlət sektorunda işdən çıxarma hallarının məhdudlaşdırılması, yaxud onun qarşısının alınmasına çalışır, yəni bu cür mövqe ortaya qoyub", - deyə ekspert qeyd edib.

O bildirib ki, SOCAR dövlət şirkətidir və böyük ehtimalla, Azərbaycandakı işçilərin ixtisarı hələlik müvəqqəti dayandırılacaq.

"Ən azından pandemiya ilə bağlı karantn tədbirləri tam aradan qalxana, iqtisadiyyat açılana qədər bu proses dayandırılacaq. Amma Azərbaycandan kənardakı fəaliyyətində mütləq və mütləq optimallaşmaya getməlidir. İndiki şərtlər daxilində, yəni fəaliyyət göstərdiyi ölkənin ortaya qoyduğu dəstək proqramlarının imkanlarından, və yaxud qanunvericiliyin tələblərindən asılı olaraq yenə də vəziyyəti dəyərləndirməlidir və həmin seqmentlərdə çalışan işçilərin sayının optimallaşdırılması ilə bağlı mütləq tədbirlər qəbul etməlidir", - o əlavə edib.

Ekspert qeyd edib ki, indiki halda əsas məsələ xərclərin optimallaşdırılmasıdır, gəlirlər artıq demək olar ki, nəzarətdən çıxıb, ona təsir imkanı yoxdur. Onun sözlərinə görə, hazırkı vəziyyətdə şirkətlərin görə biləcəyi iş ancaq xərclərin optimallaşdırılması istiqamətində adekvat mövqe ortaya qoymaqdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2638   Tarix: 04 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyirsiniz?

MƏHSUL HAQDA ƏTRAFLI. . Diqqət BLACK LATEE - Arıqladıcı kofelər artıq Bakıda. Yetərincə tanınmiş məhsul.. hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artı

27 yanvar

Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz

"Ölkədə sərt karantin elan olunan ərazilərdə fəaliyyətinə icazə verilən şəxslər də şəxsi avtomobillərindən qeyri-iş saatlarında istifadə etmədiyi halda məsuliyyətə cəlb oluna bilər".. . Sonxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələ

4 iyul 2020

Bu gün Azərbaycanda bəzi ərazilərə yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu günün hava proqnozunu açıqlayıb.. . Sonxeber.az xəbər verir ki, iyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gec

4 iyul 2020

Türkiyədə məktəblər bu tarixdə AÇILACAQ

Türkiyədə 2020-2021 tədris ili avqustun 31-dən başlayacaq.. . Sonxeber.az xəbər verir ki, bu barədə Türkiyə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cengiz Mete bildirib.. . O qeyd edib ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdində koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyə

4 iyul 2020

Bakıda sərt karantin rejimində ad günü keçirdilər - VİDEO

Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq, "ad günü" keçirən şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.. . Bakı Şəhər Baş Polis İdarəsindən verilə

4 iyul 2020

Şaxtalı hava hansı xəstəliklərdən QORUYUR?

Bir çoxları elə düşünür ki, hava soyuq və şaxtalı olduqda evdə qalmaq və çölə çıxmamaq ən yaxşı yoldur. Düzdür, bəzi xəstəliklər zamanı soyuq havada çox gəzmək olmaz, amma şaxtalı havanın da yaxşı təsir göstərdiyi xəstəliklər mövcuddur.. . Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, həkimlər şaxtal

4 iyul 2020

İki əsas faktor COVID-19 xəstəliyinə SƏBƏB OLUR

SARS-CoV-2 koronavirusunun yaratdığı COVID-19 xəstəliyinə səbəb olan iki əsas amil var.. . Sonxeber.az xəbər verir ki, bu barədə Bonn Universitetinin Tibb Fakültəsinin Virusologiya və İİV Tədqiqatlar İnstitutunun direktoru, aparıcı almaniyalı virusoloqlardan biri, professor Hendrik Ştrik (Hendrik Streeck

4 iyul 2020

ÜST-dən koronavirusun peyvəndi və dərmanı ilə bağlı VACİB AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus və təşkilatın Təcili yardım şöbəsinin müdiri Mayk Rayan Cenevrədə keçirdikləri mətbuat konfransında yeni növ koronavirusa (Kovid-19) qarşı hazırlanan dərmanlar və peyvəndlər haqqında dəyərləndirmələr ediblər.. . Sonxeber.a

4 iyul 2020

TƏBİB sədri özəl xəstəxanalara səsləndi

"Bəzən özəl xəstəxanalarda kompüter tomoqrafiyasından (KT) keçən şəxslərlə bağlı məlumatlar TƏBİB-ə gec daxil olur".. . Sonxeber.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB

4 iyul 2020