"Pasiyentlərin bizi yoluxdurma riski çoxdur" - Pandemiya dövründə stomatoloqların işi

"Pasiyentlərin bizi yoluxdurma riski çoxdur" - Pandemiya dövründə stomatoloqların işiMəlumdur ki, koronavirus səbəbindən həyatını itirən və risk altında olan peşə sahiblərindən biri həkimlərdir. Pandemiyanın özü ilə gətirdiyi təhlükədə bəzən nə qədər yardımçı olmaq istəsələr də, virusun qurbanı həm də özləri ola bilirlər. Bir nəçə gün öncə həyatını itirən 37 yaşlı stomatoloq Tərlan Hüseynli də məhz bu həkimlər sırasındadır. O, qızdırma və təngənəfəslik səbəbi ilə yerləşdirildiyi xəstəxanada koronavirusdan dünyasını dəyişib. Bəli, pandemiyada stomatologiya uzrə ixtisaslaşmış həkimlər təhlükə ilə üz- üzədir. Maraqlıdır, stomatoloqlar özlərini virusa yoluxmuş pasiyentlərdən necə qoruya bilirlər? Nəzərə alsaq ki, virusa az miqdarda yoluxan və bunu gizlədən xəstələr var. Həmin insanlar müayinədə iştirak edə bilərmi?

Bununla bağlı Sonxeber.az-a stomatoloq Dr Oruc Hüseynli danışıb:

"Pandemiya ilə əlaqəli bütün həkimlər risk altındadır. Stomatoloqlar daha çox risk altındadır. Çünki onlar pasiyentlərlə olduqca yaxın təmasda işləyirlər. Aparatla isləyəndə ağızdakı tüpürcək, su damlaları toz və xırda damlalar şəklində insan nəfəsinə kəçə bilir ki, bu da istər-istəməz yoluxmanı tezləşdirir. Stomatoloqlar nə qədər qoruyucu maska, eynək və digər vasitələr taxsalar da, yenə də ən böyük risk altında olan həkimlərdəndir. Həkimlərə N95 maskalarından istifadə etməyi məsləhət görürəm. Bu maskalar virusdan nisbətən daha yaxşı qoruyur".

Stomatoloq Oruc Hüseynli pandemiya dövründə xəstələrin təcili hallarda stomatoloqlara müraciət etməli olduğunu məsləhət edib:

"Yaxşı olar ki, pandemiya dövründə insanlar təcili hallar, gözləyə bilməyən proseduralar olan zaman həkimə müraciət etsinlər. Buna baxmayaraq, xəstə əgər özündə narahatlıq hiss edirsə həkimə bunu deməli və həmin gün müayinə vaxtını dəyişdirməlidir. Bizə müraciət edənləri maarifləndirmək üçün qapıya, liftə "özünüzu narahat hiss edirsinizsə müayinə vaxtını dəyişin, maskasız klinikaya daxil olmayın" kimi xəbərdarlıqlar yazmışıq. Çünki gözləyən pasiyentlər də ola bilər. Stomatoloqlar, eləcə də mən, assistentim maskadayıq və pasiyenti yoluxdurmaq riskimiz demək olarkı yoxdur, pasiyentin bizi yoluxdurmaq riski isə çoxdur. Xəstə insanların maska taxması nəticəsində sağlam insanlar daha çox qoruna bilir. İşimizi davam etdirə bilmək üçün pasiyentlərlə görüşləri seyrək təyin edirik, demək olar ki bir pasiyent digərini növbəyə görə gözləmir. Otağın havası dəyişilir, bütün aparat steril olunur, birdəfəlik istifadə olunan hər şey yenilənir. Bunun ardından pasiyent müayinə üçün otağa dəvət edilir. Bu virusun yoluxdurucu qabiliyyəti çox yüksəkdir. Ona görə düşünürəm ki, pandemiya dövründə pasiyentlər məsuliyyətli olmalıdırlar ki, həkimləri və başqa insanları yoluxdurmasınlar. Bizə müraciət edən pasiyentlər onlara necə həssaslıqla yanaşdığımızı təsdiqləyə bilər. Virusa az miqdarda yoluxan və bunu gizlədən insanlar da təbii ki var. Bu biz və virusdan qorunan sağlam insanlar üçün böyük təhlükədir. İnanıram ki, insanlar öz vicdanları ilə davranarlar. Xəstələr əgər özlərində narahatlıq, hərarət, halsızlıq, boğazda qıcıqlanma, burun tutulması, təngənəfəslik və öskürək hiss edərlərsə, klinikaya gəlmədən müayinə vaxtlarını dəyişdirməlidirlər. Bəzən qorxub, utanıb gizlədirlər və elə bilirlər ki, biz onları qəbul etməyəcəyik. Maksimum bu xəstəlikdən 3 həftəyə sağalma olursa, nəyə görə də biz həmin pasiyentləri qəbul etməyək? Sağalandan sonra insanlar həkimə müraciət etsələr daha yaxşı olar".

Şəlalə Babayeva
"Pasiyentlərin bizi yoluxdurma riski çoxdur" - Pandemiya dövründə stomatoloqların işi"Pasiyentlərin bizi yoluxdurma riski çoxdur" - Pandemiya dövründə stomatoloqların işi"Pasiyentlərin bizi yoluxdurma riski çoxdur" - Pandemiya dövründə stomatoloqların işi


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4645   Tarix: 04 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

29 mart
.

NK qərarından sonra kütləvi satış başladı: Minlərlə "Prius"un aqibəti necə olacaq?

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti il

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparılıb - VİDEO

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan ordusunun ehtiyatda olan polkovniki Volodya Avetisyanın evində axtarış aparıblar. V.Avetisyan axtarış zamanı yaşanan hadisələri telefonuna çəkərək öz "Facebook" səhifəsində paylaşıb. V.Avetisyan baş verənlərə görə, Ermənistanı

29 mart
.

Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

Terrorla bağlı ölkədəki durumla əlaqədar Milli Məclisin xüsusi iclası çağrılsın. xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bununla bağlı ya Milli Məclisin qapalı iclası keçirilsin, ya da komitələrdə ba

29 mart
.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir. APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-c

29 mart
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

29 mart