"Qafqazda ikinci erməni dövlətinin yaradılmasına heç bir ehtiyac yoxdur"-RƏY

"Qafqazda ikinci erməni dövlətinin yaradılmasına heç bir ehtiyac yoxdur"-RƏY1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Bu qərarla Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu təsbit olunsa da, perspektivdə muxtar vilayətdə erməni separatizminin yenidən baş qaldırmasının əsası qoyuldu. Bu qərar həmçinin tarixi ədalətsizliyin təsdiqi idi, çünki Dağlıq Qarabağda ermənilərə müxtariyyətin verilməsi müqabilində Ermənistan SSR-in ərazisində yaşayan yerli, azərbaycanlı əhali üçün analoji muxtar qurum yaradılmadı.

1980-ci illərin sonunda Azərbaycana qarşı erməni təcavüzünün yeni mərhələsi başlayandan sonra DQMV-də erməni separatizminin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Ali Soveti 1991-ci il noyabrın 26-da DQMV inzibati ərazi vahidini ləğv etdi. Hal-hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, ərazilərimizin erməni işğalı nəticəsində formalaşan status-kvonun dəyişilməsinə yönələn sülh danışıqları prosesi davam etməkdədir. Azərbaycanın sülh prosesindəki səyləri işğal edilmiş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması, qaçqınlar və məcburi köçkünlərin doğma yerlərinə qayıtması, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək özünüidarə statusunun verilməsinə yönəlib.

Mövzu ilə bağlı Sonxeber.az- a politoloq Nəzakət Məmmədova danışıb:

"Dağlıq Qarabağ Muxtar Vilayəti keçmiş SSRİ tərkibində etnik əsaslarla yaradılmış respublika idi. Bu SSRİ rəhbərliyinin yol verdiyi səhv idi. Çünki etnik əsaslarla yaradılan inzibati ərazi vahidləri hər zaman münaqişə üçün əsas olur, problem yaranır. Məhz buna görə də SSRİ- nin bu addımı səhv hesab edilməlidir. SSRİ- nin parçalanması prosesi həmin etnik muxtar vilayətlərdə baş qaldıran münaqişələrlə bağlı idi. Azərbaycanın ərazisində də təəssüf ki, belə hal baş verdi. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı və bunun özü çox böyük səhv idi. Azərbaycan unitar dövlətdir, onun tərkibində belə muxtar vilayətin olması arzu olunan deyildi. Gördüyümüz kimi hələ də münaqişə həll yolunu tapmayıb. Rusiya prezidenti Putin bu yaxınlarda keçmiş SSRİ respublikalarına qarşı ərazi, torpaq iddiası ilə çıxış etdi. O bildirdi ki, həmin dovlətlər SSRİ- dən ayrılarkən Rusiya torpaqlarının bir hissəsi ilə ayrılıblar. Təbii ki, burada ilk növbədə Krım, Ukrayna nəzərdə tutulurdu. Artıq Rusiyanın həmin torpaqları özunə birləşdirmək istiqamətində addımlar atdığını görürük".

Politoloq Nəzakət Məmmədova Putinin mövqeyindən, yanaşmasından çıxış edərək Azərbaycanın da Daglıq Qarabağı qaytarmasında haqlı tələbinin olduğunu bildirib. Politoloq torpaqlarımızın erməni tapdağından xilas edilməsi üçün vaxtilə müzakirə edilən modellərdən də danışıb:

"Bir zamanlar Finlandiyada Aland adaları modeli müzakirə edilirdi. İndi Madrid prinsipləri modeli ortaya çıxdı. Hər halda Azərbaycanın bir məqsədi var ki, o da Dağlıq Qarabağı qaytarmaq, tarixi torpaqlarınin itirilməsinə yol verməmək.
Haqlı olan tələbimizi 30 ildən çoxdur ki, həyata keçirə bilmirik. Həmin ərazilər çoxdan qaytarılmalı idi. Burada böyuk dovlətlərin maraqları var. Azərbaycan təkdir, bütün dünya gücləri Ermənistan tərəfindədir. Bu problemin yaxın zamanlarda həll olunması inandırıcı deyil və yəqin ki, vəziyyət hələ davam edəcək. Ermənilər beynəlxalq hüquqda "Xalqların öz müqəddaratını təyin etmə" prinsipinə, Azərbaycan isə "Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin suverenliyi" prinsipinə istinad edir. Erməni xalqı dünyada öz müqəddaratını təyin edib, dövlət yaradıb. Ərazicə kiçik olan Qafqazda ikinci erməni dövlətinin yaradılmasına heç bir ehtiyac yoxdur. Öz müqəddaratını təyin etmək prinsipi dünyada qəbul olunmur. Çünki bu separatizmə gətirib çıxarır. Artıq dünya dövlətlərinin sərhədləri tanınır, dünya ictimaiyyəti dövlətləri bu sərhədlərlə tanıyır və yenidən hansısa xalqın, etnik qrupun öz müqəddəratını təyin etməyə çalışması yalnız separatizmə və silahlı münaqışələrə gətirib çıxarır. Avropa etnik separatizminin nə qədər təhlükəli hal olduğunu bilir. Azərbaycanın mövqeyini Avropa Birliyi tərəfindən dəstəkləyən bir sıra bəyanatlar olub. Burada da əsas prinsip olaraq dövlətlərin ərazi bütovlüyü, suverenliyi və beynəlxalq sərhədlərə hörmət prinsipi əksini tapır. Ermənistanın istinad etdiyi prinsip isə 60- cı illərdə Afrika azadlıgı ilə bağlıdır. Onlar İngiltərə müstəmləkəsindən azad olmağa çalışırdılar və Afrika, Asiya ölkələrində bununla bağlı azadlıq hərəkatı başlamışdır. Həmin vaxtda öz müqəddəratını təyin etmə prinsipi ortaya atılmışdır. Buna baxmayaraq deyə bilərik ki, bu gün o prinsip ancaq münaqişə və muharibələrə səbəb ola bilər. Bizim tək bir yolumuz var o da güclu olmaqdır. Düşünurəm ordumuz və diplomatiyamiz güclü olmalı, heç bir dövlətdən asılı olmamalı, mustəqil qərarlar qəbul olunmalıdır".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5303   Tarix: 04 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021