Ekspert: "Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib"

Ekspert: "Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib""Gecə vaxtı döyüş atışlı kimi mürəkkəb təlimlərin keçirilməsi və heç bir xoşagəlməz hadisənin olmaması Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Buna görə də ordumuzun imkanlarını yüksək dəyərləndirirəm".

Bunu "Report"a açıqlamasında Ordu.az saytının hərbi eksperti Ədalət Verdiyev deyib.

Onun fikrincə, döyüş atışlı təlimlərin bütün silah və sursatlardan istifadə edilərək gecə vaxtı keçirilməsi komandirlərdən, ümumiyyətlə, bütün şəxsi heyətdən yüksək döyüş hazırlığı, peşəkarlıq və təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını tələb edir.

"Atışlarda təlim hədəflərinin məhv edilməsi, bölmə və hissələrin qarşılıqlı əlaqəsi, məhdudgörmə şəraitində bütün silah növlərinin tətbiqi ilə döyüş mövqelərinin ələ keçirilməsi, ələ keçirilmiş mövqelərin saxlanmasına xüsusi diqqət yetirilib. İstənilən halda döyüş atışlı təlimlər ordumuzun döyüş hazırlıqlığının ən müasir və ən yüksək zirvəsi hesab olunur. Bu təlimlər fəsildən, iqlimdən, gecə və gündüz olmasından asılı olmayaraq daim və davamlı keçirilməlidir", - ekspert bildirib.

Ə.Verdiyev bu təlimləri ordumuzun torpaqlarımızı işğaldan azad etmək üçün gördüyü hazırlıq prosesində əhəmiyyətli hadisə kimi qiymətləndirib: "Ordumuzun keçirdiyi son təlimləri artıq düşmən də sadəcə təlim kimi deyil, Azərbaycanın müharibəyə hazırlaşması kimi qəbul edir. Bu isə erməni mətbuatında təkcə cəbhənin bir deyil, bir neçə istiqamətində müharibə hazırlığı kimi dezinformasiyaların yayılmasına (sakinlərin kəndi tərk etməsinə və s.) səbəb olur. Ona görə də biz vətəndaşlarımızı yalnız rəsmi məlumatlara inanmağa dəvət edirik".

Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlər çərçivəsində bölmələr gecə vaxtı müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər. Təlimlərə cəlb edilən bölmələr müxtəlif təyinatlı silahlardan atışlar icra edərək şərti düşmən hədəflərini məhv ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3350   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18 aprel
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

Bakıda ev qiymətinə sini satılır - FOTO

Bakıda ev qiymətinə sini satışa çıxarılıb. xəbər verir ki, 50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir. Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib

18 aprel
.

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Şəhərin mərkəzi hissələrində parklanma yerləri salınsa da, ətraf ərazilərdə bu problem hələ də qalmaqdadır. Xüsusən iri bazarların ətrafında yerli-yersiz parklanmalar səbəbindən nə maşınlar keçə bilir, nə də piyadalar. Vəziyyəti qəlizləşdirən məsələ obyektlərin qarşısındakı ərazilərin dolmasıdır. 8 k

18 aprel
.

Marketdən 8 min manatlıq spirtli içki oğurlandı - ANBAAN VİDEO

Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 800 manat dəyərində spirtli içki oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərl

18 aprel
.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel