İyulun 20-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək? - Baş infeksionistdən AÇIQLAMA

İyulun 20-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə veriləcək? - Baş infeksionistdən AÇIQLAMAXəbər verdiyimiz kimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilir. İyulun 20-dən sonra karantin rejiminin mərhələli şəkildə yumşaldılması gözlənilir. İyulun 20-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bilirdirib ki, gənclərimiz ömürlərində bir dəfə toy edirlər:

"Mən inanmıram ki, onlar toylarında 50 nəfərin iştirak etməsinə razı olsunlar. Ən önəmlisi isə tələb olunan sosial məsafə qorunsun. Türkiyədə toylarda 1 metr ağac tutub ara məsafəsi qoyaraq yallı gedirlər. Əlbəttə buna heç kim razı olmaz. Məcbur olan kiçik məclis düzəldə bilər. Əlbəttə orada təhlükə var. Onda da gərək tələb olunan qaydalar gözlənilsin. İnanmıram ki, iyulun 20-dən sonra toyların keçirilməsinə icazə verlsin. Gənclər səbrli olub bir az da gözləsinlər. Vəziyyət stabilləşəndən sonra toylarını etsinlər. Çünki koronavirusun daha çox yayıldığı yerlər toy və yas mərasimləridir. Kütləvi şəkildə insanlar bir yerə toplaşır. İnsanlar toyda maskadan istifadə etməyi yaddan çıxararlar. Bu gün çoxusu elə yasda yoluxurlar. Ona görə də tezliklə toyların keçirilməsinə icazə veriləcəyini güman etmirəm".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 25523   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart