DİM-dən imtahansız attestat alan məzunlarla bağlı yeni AÇIQLAMA

DİM-dən imtahansız attestat alan məzunlarla bağlı yeni AÇIQLAMAVətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb.

Belə olan halda sual olunur. Kimlər imtahan vermədən attestat ala biləcək?

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, imtahansız attestat almaq hər kəsə şamil olunmur:

"Bu məsələ yalnız xaricdə təhsil almaq istəyən şəxslər üçündür. Kim ki xaricdə yerləşən ali təhsil müəssisəsinə müraciət etmək istəyir, oxuduğu məktəbə müraciət edir və imtahanda iştirak etmədən onlara attestat verilir. Bundan sonra xarici universitetlərə müraciət edə bilərlər".

Xanlar Xanlarzadə məsələnin tezləşdirilməsinin səbəbini də açıqlayıb:

"Çünki bəzi xarici universitetlərdə qeydiyyat tarixi başa çatır. Məhz bu hal üçün imtahan vermədən attestat almaq nəzərdə tutulub".

Qeyd edək ki, dünəndən başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala biləcəklər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1424   Tarix: 08 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Whatsapp"a yeni funksiya gəlir - FOTO

"WhatsApp" tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar. bu barədə xarici mediaya istinadən xəbər verir. Messencerin "Android" 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb. "WhatsApp"da fayl paylaşımı dövrü. "WhatsApp"

22 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birin

22 aprel
.

Bu yay kəskin istilər olacaq? - AÇIQLAMA

Son zamanlar havaların həddindən artıq isti keçməsi insanlar arasında maraq yaradıb. Bəs bu il yay aylarında havanın temperaturu necə olacaq?. Mövzu ilə bağlı meteoroloq Cavidan Əliyev -a açıqlama verib. Meteoroloq məsələyə aydınlıq gətirib:. "Hal hazırda yay aylarında gözlənilən temperaturu demə

22 aprel
.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada

23 aprel
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə -a Medianın İnkişafı Agentliyindən məlumat verilib

22 aprel
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22 aprel
.

Dərmanlar niyə BAHADIR? "Tarif şurası bu işin öhtəsindən gələ bilmir, qiymət və keyfiyyətdə müsbət atdım yoxdur" - TƏNQİD

Vətəndaş dərmanların baha olmasından şikayətlənir. Bəs ölkədə dərman preparatları niyə bu qədər bahadır? Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı bildirib ki, tarif şurası bu işin öhtəsindən gələ bilmir:. "Azərbaycanda dərman qiymətlətinin bahalaşması

22 aprel
.

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələndi - FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda məktəblilərə tütün məmulatları satanlar cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları sata

23 aprel