Yas mərasimlərinin keçirilməsi qaydası AÇIQLANDI - RƏSMİ
İslam dininə əsasən insan vəfat etdikdən sonra onun lazımi qaydada dəfni həyata keçirilməlidir. Bunu etdikdən sonra başqa heç nəyə ehtiyac qalmır.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, vəfat edən insan dəfn edilir, mərasim də məzarlıqda həyata keçirilir:
"Dində insanın dəfnində çox və ya az adamın iştirakı məsələsi yoxdur. Dində insan vəfat edərkən vacib olan işlərin yerinə yetirilməsi şərtdir. Hər bir dinin bununla bağlı qaydaları var. Bu qaydalar demir ki, sən kütləvi şəkildə toplaşmalısan. İndi koronavirus pandemiyası dövrüdür. Bu virusun aradan qalxması üçün insanların təmasının azaldılması, ara məsafə saxlaması zəruridir.
İndi nə etməliyik, yığışmalıyıq ki, daha çox insan yoluxsun? Ona görə də yas mərasimləri dəfn mərasimi səviyyəsində həyata keçirilib yekunlaşmalıdır. Yəni əvvəlki kimi dəfindən sonra vəfat edən insanın həyətinə, evinə yığışmaq, orada ehsan vermək lazım deyil. Çünki bu, virusun yayılması üçün münbit şərait yaradır".
M.Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin də bununla bağlı fətvası var:
"Nazirlər Kabineti yanında Operativ Qərargahın da bu barədə aydın təlimatı var. Bütün din xadimlərinə tapşırıq verilib. Bu gün məscidlər, ziyarətgahlar, senaqoqlar, kilsələr bağlıdır. Tək Azərbaycanda deyil, dünyanın hər yerində belədir. İnsanlarımız bu qaydalara əməl etməlidir, biz koronavirusa qarşı birgə mübarizə aparmalıyıq". (trend)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 11452 Tarix: 08 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşKirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA
Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib
19 aprelÖldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR
Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat
19 aprelİki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA
Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı
19 aprelGəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi
"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə
19 aprelGələn ay şuşalılar yurdlarına qayıdırlar - Video
"May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəye
20 aprelQətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...
Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla
19 aprelAta-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər
19 aprel