Baş prokurordan yeni TƏYİNATLAR
Baş Prokurorluğun strukturuna uyğunlaşdırılmasını təmin etmək məqsədilə Baş prokuror tərəfindən Hərbi Prokurorluğun yeni strukturu təsdiq edilmiş və buna uyğun təyinatlar həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Hərbi Prokurorluğun strukturu mahiyyətcə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarə və şöbələr yaradılmış, idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilib, bəzi idarələr və şöbələr ləğv edilərək, onların bazasında Kriminalistika və informasiya texnologiyaları, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarələri, Təşkilat və icraya nəzarət, Hüquqi təminat və insan hüquqları məsələləri, Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələri yaradılıb.
Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Bəhruz Əhmədov İstintaq idarəsinin, Emil Kərimov Kriminalistika və informasiya texnologiyaları idarəsinin, Natiq Həsənov Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin, Emil Tağıyev Xüsusi istintaq, Mehdi Hüseynzadə İstintaqa nəzarət, Səfər Əhmədov Dövlət ittihamının müdafiəsi, Rövşən Əfəndiyev Təşkilat və icraya nəzarət, Səməd Əliyev Hüquqi təminat və insan hüquqları məsələləri, Nahid Şıxəliyev Sənədlərlə və müraciətlərlə işin təşkili, Emil Xankişiyev Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Elmir Süleymanlı Kadrlar şöbəsinin rəisi vəzifələrinə, Ağakişi Acalov isə İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Samir Əzimzadə Bakı hərbi prokurorunun müavini, Camal Məmmədov Tərtər hərbi prokurorunun müavini, Elçin Quliyev isə Şəmkir hərbi prokurorunun müavini vəzifələrinə təyin edilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2510 Tarix: 08 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır
29 martYaşayış binalarında da parklanma yerləri BAHALAŞDI
Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl
28 martDostunun ad günündə dava saldı, həbs olundu
Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind
29 martBakıda restoran yanır - FOTO/VİDEO
Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel
28 martTəlabat artıb, Azərbaycanda dollar BAHALAŞIR? -AÇIQLAMA
Son zamanlar ölkə ərazisində dollara tələbatın yüksək olması müşahidə olunur. Ölkə ərazisində dollara olan təlabatın bu dərəcədə artması nə ilə bağlıdır? Tələb bu qədər çox olarsa,dollar bahalaşa bilər?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, hazırda ölkədə dolları
28 martAzərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna
28 mart"Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub"
Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin həbs edilməsi ilə nəticələnən cinayət işi haqda bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançının həmin əməlləri tək törətmədiyi iddia edilir. Belə ki
29 mart