"Bu xəstəliyə təkcə orqanizmi zəif insanları deyil, hər kəs yoluxa bilər"-Həkim RƏYİ

"Bu xəstəliyə təkcə orqanizmi zəif insanları deyil, hər kəs yoluxa bilər"-Həkim RƏYİBütün dünyada sürətlə yayılan koronavirus xəstəliyi əksər insanlarda yüngül formada keçsə də, orqanizmi zəif və xəstəlikləri olan insanlarda ağır nəticələr doğurur, ölümə səbəb olur. Hazırda ölkəmizdə sərt karantin rejimi tətbiq olunsa da, virusa yoluxma riski hələ də yüksəkdir. İctimai nəlqiyyat, dükanlar, əsasən qapalı məkanlar virusa yoluxma riskinin yüksək olduğu yerlərdir. Lakin eyni zamanda mütəxəssislər müvafiq qorunma tədbiri olmadğı halda açıq havada da yoluxma riskinin yüksək olduğunu bildirir.
Bəs yoluxma riskini azaltmaq üçün daha hansı addımlar atıla bilər? Koronavirus xəstələrini kənardan müşahidə ilə müəyyən etmək mümkündürmü? İnsanlar bu xəstəliyə yoluxmuş şəxsi kənardan necə müəyyən edə bilər?

Bu barədə tanınmış həkim Vasif İsmayıl Sonxeber.az-a açıqlama verib

Həkim bildirib ki, pandemiya dövrü sübut etdi ki, bu xəstəlik təkcə orqanizmi zəif insanları deyil, ümumən hər kəsi yaxalaya bilər. Yəni orqanizmi zəif və xəstəlikləri olan insanlarda ağır nəticələr doğurur, ölümə səbəb olur iddiaları doğru deyil:

"Bir sözlə pandemiya dövrü sübut etdi ki, bu belə deyil. Xəstəliyin ağırlığı insana keçən virusun miqdarı ilə əlaqədardır. Ona görə də insan bədəninə keçəcək virus miqdarını azaldan tədbirlər görmək və immuniteti gücləndirmək lazımdır.

Yoluxma sayını azaltmaq və görülən tədbirlərin effektivliyini artırmaq üçün daha başqa heç nəyə ehtiyac yoxdur. Yəni, bu gün bütün dünya bu məsələdə nələrin lazım olduğunu dəfələrlə yoxlayıb və başa düşblər ki, sosial məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına əməl etmək bu virusdan qorunmaq üçün ən yaxşı yoldur. Xüsusilə başqa bir yol axtarmaq, sehirli bir çubuğa güvənmək və sairə belə şeylər lazım deyil. Bir daha vurğulayıram ki, sosial məsafə, gigiyena qaydalarına əməl etmək kifayətdir. Yəni bu qədər asan".

Həkim bildirib ki, kənardan koronaviruslu xəstələri müəyyən etmək mümkün deyil:

"Düzdür, xəstənin davamlı şəkildə öskürməsi, qızdırmanın 37 dərəcədən yuxarı çıxması insanları şübhələndirə bilər. Amma bunlar çox spesifik olmayan, yəni təkcə bu xəstəliyə xas olan məsələlər deyil. Bu bir çox vəziyyətdə, hətta adi günəşin altında çox qalmaqdan belə ortaya çıxa biləcək bir məsələlərdir. Ona görə də elə şeylərə etibar etməsinlər. Hər kəsi potensial yoluxmuş kimi qəbul etsinlər və ona görə davransınılar".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4667   Tarix: 08 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Əməkdar məşqçi vəfat etdi

Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel