"Çin qonşularına əzələ nümayişini göstərməkdə davam edir"-RƏY

"Çin qonşularına əzələ nümayişini göstərməkdə davam edir"-RƏYÇin - Hindistan sərhədində iyunun 16-da hərbçilərin ölümüylə müşahidə olunan son insidentdən sonra Pekinlə Dehli arasında danışıqlar oldu. Məqsəd vəziyyəti sabitləşdirmək idi.
Buna baxmayaraq, sərhəd bölgəsində vəziyyət gərgin olaraq qalır. Əldə olunan razılaşmaya baxmayaraq, tərəflər hərbi qüvvələrini sərhəd boyu geri çəkməyiblər. Ekspertlərin fikrincə, hər iki ölkənin sərhədçiləri qış aylarına qədər sərhəddin dağlıq hissələrini tərk etməyəcəklər. Əksinə, Çin sərhəd boyu hərbi qüvvələrinin sayını artırır. Buna cavab olaraq Hindistan sərhəd bölgəsinə əlavə 3 hərbi diviziya yerləşdirib. Hindistan ayrıca, sərhəddə nəzarəti gücləndirmək məqsədilə ABŞ-dan "Predator" pilotsuz uçuş aparatları almağa hazırlaşır.

Bu barədə politololq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlam verib.

Politoloq bildirib ki, Hindistanın baş naziri Narendra Modi sərhəddə insidentin baş verdiyi Ladakx bölgəsini ziyarət edib, hərbçilərlə görüşüb:

"Onu baş qərargahın rəisi Bipina Ravata və quru qoşunların komandanı Manodja Mukunda Naravane müşayiət ediblər. Narendra Modi hərbçilər görüşdə bunları deyib: "Siz dünyanın ən ağır şərtləri şəraitində xidmət edirsiniz. Buna baxmayaraq, siz hər dəfə sübut edirsiniz ki, Hindistan silahlı qüvvələri güclüdür". Modi bu açıqlamasıyla Çinə güzəştə getməyəcəyinə eyham vurub.

Rəsmi Dehli Çinlə iqtisadi əməkdaşlığa yenidən baxır. Misal üçün Dehli Çinin "Huawei" şirkətinin Hindistan ərazisində 5G mobil sistemini qurması layihəsindən imtina edib. Bununla
"Huawei" şirkəti əhalisi 1 milyarddan çox olan Hindistanda gəlir əldə etmək imkanından məhrum oldu. Hindistan Çindən 2.8 milyard dolar həcmində enerji avanadlıqları almalı idi. Dehli sərhəddəki insidentdən sonra bu razılaşmadan da imtina edib. Halbuki, Narendra Modi hakimiyyətə gəldiyi gündən Çinlə yaxınlaşmağa meyl edirdi. O ötən ilin payızında Çinin lideri Tsi

Tsinpini Hindistanda böyük təmtəraqla qarşılayaraq müxtəli anlaşmalar imza atmışdı. Çinin yanlışlığı ona baha başa gəldi".
Politoloq bildirib ki, Çin digər qonşusu Yaponiya ilə də əlaqələri gərginləşdirir:

"Çinin hərbi gəmiləri Yaponiya sahillərinə daxil olaraq həmin ərazidə uzun müddət qalırlar. Çinin hərbi gəmiləri bu təhlükəli manevrləri hər həftə davam etdirirlər. Sonunca dəfə Çin hərbi gəmiləri Yaponiya sularında 70 saat üzüblər. Bu Çin-Yaponiya münasibətləri tarixində antirekord sayılır. Təsadüfi deyil ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Esixide Suqa Pekinin bu hərəkətlərinə etiraz edib. Çin isə iddia edir ki, Yaponiya yaxınlığında ona aid adalar var.

Beləliklə, Çin qonşularının əksəriyyətli ilə sərhəd pozuculuğunu genişləndirir. Çinin Hindistan və Yaponiya ilə yanaşı Vyetnam, Tayvan, Malayziya, Filippin və Bruneylə də sərhəd ixtilafı var. Başqa sözlə Çin qonşularına əzələ nümayişini göstərməkdə davam edir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1553   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021