"Müxalifət partiyaları ilə baş tutan dialoq yeni siyasi mədəniyyətin yaranmasına kömək edəcək"- RƏY

"Müxalifət partiyaları ilə baş tutan dialoq yeni siyasi mədəniyyətin yaranmasına kömək edəcək"- RƏYİyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiya rəsmiləri ilə parlament sədri və Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdirinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

Konfransda bildirilib ki, VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirilib, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilib, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq edir.

Bundan başqa qeyd olunub ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Həmçinin qeyd olunub ki, bu günə qədər bir neçə dəfə PA şöbə müdirinin iştirakı ilə siyasi partiyalarla görüş və danışıqlar aparılıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, İyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiya rəsmiləri ilə parlament sədri və Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdirinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib: "Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin Sədri Sahibə Qafarova iştirak etdi. Azərbaycanda aparılan islahatlar çərçivəsində parlamentdə çoxpartiyalı sistemin daha da möhkələndirilməsi, qurulmuş sistemin daha da gücləndirilməsi, siyasi partiyalar arasında sağlam dialoqun formalaşdırılması ilə bağlı atılan addımlar bilavasitə ölkə başçısı İlham Əliyevin şəxsi təşəbüsü və iradəsi əsasında mümkün olub. Məhz bu istiqamətdə atılan addımların müsbət nəticəsidir ki, qanunvericilik orqanları ilə siyasi partiyalar arasında işi inteqrasiya edən şöbə yardıldı. Hörmətli Ədalət Vəliyevin təşəbüsü ilə bu günə kimi bir neçə dəfə Azərbaycanın inkişafı istiqamətdə daim fəaliyyət göstərən və müxalifətdə olan partiya rəhbərləri ilə görüşlər keçirib. Görüşlərin hər biri qeyri-şərtsiz keçirilib. Təəssüf ki, 5-ci kalonun nümayəndələri, Azərbaycan dövlətinə, xalqına müxalifət olan, havadarlarının tapşırığı ilə hərəkət edən şəxslər digər proseslərdə olduğu kimi dövlətin dialoq çağırışına neqativ cavab verərək müxtəlif şərtlər irəli sürərək danışıqlardan boyun qaçırıblar.

İyulun 7-də baş tutan müxalifət partiyalarının parlamentdə təmsil olunan nümayəndələri ilə görüş də bu dialoqun pandemiya dövründə mövcud çətinliklərə baxmayaraq yeni mərhələsinə qədəm qoyduğunu bir daha sübut etdi. Bu gün parlamentdə cənab prezidentin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının nümayəndələrinin çoxluq təşkil etməsi ilə yanaşı digər müxalifət partiyaları da təmsil olunurlar. Hörmətli sədrimiz Sahibə Qafarovanın da qeyd etdiyi kimi, Milli Məclisin rəhbər orqanlarının tam dəyişməsi, ilk dəfə müxalifət nümayəndələrinin sədr müavini vəzifəsinə seçilməsi, eyni zamanda komitələrə sədrlik etməsi də Azərbaycanda yeni sistemə yol açmaqla yanaşı eyni zamanda parlamentin işinə çox müsbət təsirləri oacaq. Ədalət müəllimin də qeyd etdiyi kimi ilk dəfədir ki, Prezidentin Administrasiyasında belə bir struktur, bölmə yaradılıb. Bu bölmənin yaradılmasında əsas məqsəd sağlam əməkdaşlığın qurulması, parlamentdə daha nizamlı əlaqələrin yaradılmasına dəstək verilməsidir. Azərbaycanın müvafiq qanunlarına və konistustsiyasına baxdığımız zaman dövlətimiz əsasən prezident üsulu ilə idarə olunur. Amma parlamentin Azərbaycanın müvafiq qanunlarına təyin olunan hüquq və səlahiyyətləri mövcuddur. Bu baxımdan düşünürəm ki, Prezidentin Administrasiyasında bu bölmənin yaradılması aparılan islahatların ən mühüm tərkib hissəsidir. Bilirsiniz ki, islahatalar təkcə iqtisadiyyatda, mədəniyyətdə, turizmdə getmir. İslahatların əsas qolu qanunvericilikdir. Qanunvericilik bazasının təkminləşdirilməsi, modernləşdirilməsi üçün Milli Məclisdə islahatların aparılması vacib idi. Hörmətli Ədalət Vəliyevin başçılığı ilə Prezidentin Administrasiyasında yaradılan bu şöbə müxalifət partiyaları ilə dialoqun uğurlu qurulmasında körpü rolunu oynayacaq. Bu da əlbəttə hər birimizi sevindirir. İnanırıq ki, müxalifət partiyaları ilə baş tutan dialoq görüşü də Azərbaycanda yeni siyasi mədəniyyətin yaranmasına və sağlam əməkdaşlığın güclənməsinə kömək edəcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1557   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Əməkdar məşqçi vəfat etdi

Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel