DTX tərəfindən həbs olunan XİN-in vəzifəlilərindən XƏBƏR VAR

DTX tərəfindən həbs olunan XİN-in vəzifəlilərindən XƏBƏR VARBakı Apelyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri - Fərhad Molla-zadə və Nurupaşa Abdullayevin barəsində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb.

Sonxeber.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onların şikayəti təmin edilməyib.

Xatırladaq ki, DTX tərəfindən tutulan Səlim Əlizadə barəsində seçilən həbs-qətimkan tədbirindən şikayət verməyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.

Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DTX tərəfindən həbs olunan XİN-in vəzifəlilərindən XƏBƏR VARDTX tərəfindən həbs olunan XİN-in vəzifəlilərindən XƏBƏR VAR


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 1929   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyirsiniz?

MƏHSUL HAQDA ƏTRAFLI. . Diqqət BLACK LATEE - Arıqladıcı kofelər artıq Bakıda. Yetərincə tanınmiş məhsul.. hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artı

15 avqust

Bu üç ölkədə virus ŞİDDƏTLƏ YAYILIR: Bir gündə 2492 nəfər öldü

Son 24 saatda Braziliyada 1223, Meksikada 782, Hindistanda isə 487 nəfər ölüb.. . Dünyada virusa yoluxan və ölənlərin sayına görə ikinci olan Braziliyada ümumilikdə ölənlərin sayı 67 mini keçib, yoluxanların sayı isə son 24 saatda 44 min 571 nəfər artaraq 1 milyon 713 minə çatıb. Dünən edilən açıqlamay

9 iyul

15 yaşında itirdiyi pul qabını 73 yaşında tapdı

ABŞ-da Kaliforniya ştatının Loday şəhərinin sakini Donna Braun 15 yaşında itirdiyi pul qabını 58 il sonra tapıb.. . Sonxeber.az trend-ə istinadən xəbər verir ki, 1962-ci ildə baş verib. O, kinoteatrda olarkən pul qabını itirib.. . Bir müddət axtarışlar nəticə vermədikdən sonra həmin əşya unudulub. D.Braunu

9 iyul

Koronavirus özündən sonra bədəndə hansı izləri qoyur?

"Koronavirus olan bəzi xəstələrdə infeksiya əlamətləri sağalandan bir neçə ay sonra da getmir və bu, risklidir".. . Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Berlin Tibb Kompleksinin Şarite Universitetinin və Harvard Universitetinin professoru Tobias Kurt qeyd edib.. . Epidemiolo

9 iyul

Məşhur aktrisadan maraqlı AÇIQLAMA — ''Balığın başını qoparıb, çiy yeyərəm''

Türkiyəli tanınmış aktrisa İlay Erkök özü barədə maraqlı açıqlamalar verib.. . ''Ölkə.Az'' xəbər verir ki, Türk televiziyasında yayımlanan ''Hercai'' serialında Yaren obrazı ilə tanınan aktrisanın son müsahibəsi pərəstişkarlarının marağına səbəb olub. O muxbiri

9 iyul

"Müxalifət partiyaları ilə baş tutan dialoq yeni siyasi mədəniyyətin yaranmasına kömək edəcək"- RƏY

İyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiya rəsmiləri ilə parlament sədri və Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdirinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib.. . Konfransda bildirilib ki, VI çağırış Mill

9 iyul

ÜST-ün Avropa üzrə regional direktoru Türkiyəyə səfər edəcək

Yeni növ koronavirus epidemiyasında apardığı uğurlu işlərdə ön sıralara çıxan Türkiyə bu gün Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) əhəmiyyətli bir qonaq qəbul edəcək.. . Sonxeber.az "Haber Global"a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktor

9 iyul

Bəhram Bağırzadənin son durumu AÇIQLANDI

"Bəhram Bağırzadənin vəziyyəti əvvəlki günlərə baxanda daha yaxşıdır, lakin hələ də aparata qoşuludur". . . Sonxeber.az xəbər verir ki, bunu Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.. . Ş. Bağırzadə bildirib ki, aktyorun huşu üstündədir, dünən həkimlərin köməy

9 iyul

"Hamı məndən danışacaq" deyib 40 metrdən dənizə tullandı

İddiaya girərək 40 metr uçurumdan dənizə atılan rusiyalı gənc həyatını itirib.. . Sonxeber.az xəbər verir ki, Antalyada yoldaşları ilə mərcləşib 40 metr uçurumdan tullanan rusiyalı gənc həyatını itirib. Rus gənc dənizə atıldığı vaxtda suda hərəkətsiz qalıb. Gəncin atlamadan əvvəl "Burada bir şou

9 iyul