Koronavirus Azərbaycanda televiziya kanallarının fəaliyyətinə necə təsir edir? - SORĞU

Koronavirus Azərbaycanda televiziya kanallarının fəaliyyətinə necə təsir edir? - SORĞUCOVİD-19 pandemiyası dünyada bir çox sahələrə olduğu kimi televiziyaların da fəaliyyətinə təsirsiz ötüşməyib. Azərbaycanda mediada yayılan xəbərlərdə əməkdaşları koronavirusa yoluxan kanalların adlarını eşidirik.

Trend koronavirusun Azərbaycanda televiziya sahəsinə təsiri ilə bağlı bir neçə telekanal arasında sorğu keçirib.

AzTv-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib ki, yay mövsümü olduğuna görə, əməkdaşların işə gəlməməsi kanalın fəaliyyətinə birbaşa təsir etməyib: "Amma sözsüz ki, əməkdaşlarımızın koronavirusa yoluxması bizi də narahat edir".

N.Rəfiyeva vurğulayıb ki, pandemiya ilə mübarizə çərçivəsində kanal olaraq ciddi şəkildə göstərişlərə əməl edirlər:

"Əməkdaşlar arasında sosial məsafə qurulub. Karantin rejiminin ilk tətbiq olunduğu vaxtdan etibarən işçi sayını azaltmışıq, hazırda demək olar ki, AzTv-də ümumi əməkdaşların 25-30 faizi işə gəlir və işə gələn əməkdaşlar növbəlilik əsasında fəaliyyət göstərirlər. Şirkətin hər yerində dezinfeksiya qurğuları quraşdırılıb, əməkdaşlar iş prosesində maskadan istifadə edir. Şirkətə gələn bütün əməkdaşların ilkin olaraq hərarətləri ölçülür. Şirkət binası və ərazisi xüsusi dezinfeksiya briqadaları tərəfindən dezinfeksiya olunur. Bu proses də davamlı olaraq icra edilir".

"ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli isə qeyd edib ki, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar iki qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, "ARB24" telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayımlanan verilişlərin sayı azaldılıb:

"Əməkdaşlar birmənalı olaraq şirkət daxilində və çəkilişlərdə qoruyucu maskalardan istifadə edirlər, otaqlarda sosial məsafənin qorunması ciddi nəzarətdə saxlanılır. Virusa yoluxma ilə bağlı ilk fakt aşkarlandıqdan sonra telekanalın binasında bir neçə dəfə dezinfeksiya işləri aparılıb".

O.İbrahimli bildirib ki, hərarəti yüksək olanlar şirkət binasına buraxılmır, evə göndərilir. Qızdırma davamlı olduğu halda COVID-19 testi verməsi tələb olunur. Binanın girişində, eləcə də bütün mərtəbələrdə əllərin spirtlə dezinfeksiya edilməsi üçün xüsusi qablar qoyulub. Telekanal binasındakı bütün otaqlar hər gecə ultrabənövşəyi şüa vasitəsilə dezinfeksiya edilir.

"Xəzər" Televiziyasından bildirilib ki, kanalda koronavirusa yoluxan əməkdaş yoxdur. Telekanal əməkdaşları gündəlik olaraq müəyyən edilmiş göstərişlər əsasında fəaliyyət göstərir, maskadan istifadə və gigyenik qaydalara tam əməl olunur.

Milli Televiziya və Radio Şurasından (MTRŞ) isə Trend-ə bildirilib ki, televiziyalarda pandemiya ilə mübarizə tədbirlərinin icrasına birbaşa nəzarət onlara aid deyil. Lakin yayım prosesində pandemiya ilə mübarizə üçün zəruri tədbirlərin gözlənilməsi üçün kanallara tövsiyələr verilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3437   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart
.

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo

28 mart
.

"ABŞ və Aİ-nın məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 5-də Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Bununla bağlı -a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, aprel ayının 5-ə təyin olunmuş Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfrans, Fransa başda olmaqla, kollektiv Qərbin 44 günlük müharibədə

28 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

İtən telefonu necə tapmaq olar? - VİDEO

Vətəndaşlar arasında telefonu itən və ya oğurlananlara tez-tez rast gəlinir. Belə hallar baş verərsə teleonu tapmaq üçün bəlli addımlar atılmalıdır. İlk olaraq telefonun identifikasiya kodu müəyyən olunur. Bu kod telefon qutusunun üzərində və ya akkumulyator batareyasının alt hissəsində olur. Bunda

27 mart
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27 mart
.

yolu qırmızı işıqda keçmək istəyən avtomobili tank vurdu - VİDEO

Martın 26-da Rusiyanın Nijni Tagil şəhərində yolu qırmızı işıqda keçmək istəyən avtomobili tank vurub. Qeyri-adi qəza magistralın ehtiyat yolla kəsişməsində baş verib. Toqquşma nəticəsində avtomobil ciddi şəkildə əzilib. Avtomobilin sürücüsünün xəsarət alıb-almadığı məlum deyil. Qeyd edək ki, yaxınlıqd

27 mart