"Cəbhədəki təxribat hallarının səbəbləri və bunun mümkün nəticələri"-RƏY

"Cəbhədəki təxribat hallarının səbəbləri və bunun mümkün nəticələri"-RƏYErmənistan-Azərbaycan döyüş xəttində gərginlik yenidən yüksəlib. Son günlər atəşkəsin gündəlik pozulması halları kəskin şəkildə artıb. Əgər yazda gündəlik 20-25 atəşkəs pozulması halları olurdusa, son həftələrdə bu rəqəm 60-70-ə yüksəlib.

Atəşkəsin pozulması hallarının artması ermənilərin Azərbaycanı təxribata çəkmək, cəbhə xəttində gərginlik və yeni toqquşmalara cəlb etmək istədiyini göstərir. Daha əvvəl də bu cür taktikadan istifadə olunub. Ardıcıl olaraq atəşkəsin pozulması halları Azərbaycanın cavab atəşindən sonra hərbi əməliyyatlara çevrilib.
Görünən odur ki, Ermənistan tərəfi ölkə daxilində siyasi vəziyyətin gərginləşməsi, sosial-iqtisadi sahədə artan narazılığı ört-basdır etmək, onu xaricə yönəltmək üçün ənənəvi taktikasından istifadə etməyə çalışır.

Cəbhədəki təxribat hallarının səbəbləri və bunun mümkün nəticələri ilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, cəbhədəki təxribat hallarının artmasının bir sıra səbəbləri var:

"Ermənistan tərəfi üçün Qarabağ məsələsi çox geniş məqsədli bir planın əsasını təşkil edir. Bura yalançı "tarixi ərazilərin geri qaytarılması" tezisindən tutmuş Ermənistan daxilindəki siyasi vəziyyətin təzahürlərinə qədər bir çox məsələləri əhatə edir. Hazırkı situasiyadan baxdıqda vəziyyətin son dərəcə gərgin olduğunu müşahidə edirik. Ermənistan böyük güclərin poliqonuna çevrilib. Demokratiya - avtoritarizm, Qarabağ klanı - Soros qruplaşması, Diaspora - Erməni kilsəsi kimi əks qüvvələr arasında qarşıdurma ölkəni çətin vəziyyətə salıb. Bunu Ermənistanda demokratiya mübarizəsi kimi də qəbul edənlər var, çünki Paşinyan bu xətti əsas götürdüyünü iddia edir. Fakt isə ondan ibarətdir ki, Ermənistan ABŞ - Rusiya - İngiltərə - AB - İran və digər böyük güclər arasında sıxışıb-qalmışdır.

Orada da AB ilə Assosiasiya sazişi imzalanma məsələsi, Rusiya ilə münasibətlər və s. qarışıq məsələlər həllini gözləməkdədir. Ermənistan ordusunun təxribatçı hərəkəti həm ordu üzərində Paşinyanın nəzarət imkanlarının olmaması, eyni zamanda ordunun Rusiyaya bağlı olması, daxili siyasi mübarizədə silahlı qüvvələrdən alət kimi istifadə edilməsi ilə bağlıdır. Ordu həm ölkə daxilində iqtidar savaşı uğrunda mübarizədə çevriliş məqsədilə istifadə oluna, eyni zamanda cəbhə xəttində - istər işğal olunmuş ərazilərdə qoşunların təmas xəttində, istərsə də Ermənistan - Azərbaycan dövlət sərhəddində təxribat törədə bilər və törətməkdədir.

İstər Azərbaycan Milli ordusunun, istərsə də, Dövlət Sərhəd xidmətinin çoxlu sayda hərbi qulluqçularının, istərsə də dinc mülki əhalimizin öldürülməsi bunu sübut edir. Əslində, istər dövlət sərhəddində, istər işğal olunmuş ərazilərdə təmas xəttində hər bir ölüm faktı ciddi hadisədir və araşdırılmalıdır. Lakin Prezident İlham Əliyev də qeyd etdi ki, ATƏT-in Fakt Araşdırıcı missiyası 10 il əvvəl bölgədə olub. Ondan sonrakı illərdə Ermənistan ordusu tərəfindən çoxsaylı cinayətlər baş verib. Bunların hamısının haqq-hesabı sorğulanmalıdır. Faktiki olaraq kiçik bir dövlətəbənzər qurum başqa bir dövlətin ərazisini işğal edib, onu silahla, müharibə ilə şantaj edir, əhalisini qorxu altında saxlamağa çalışır, yeni ərazi iddiaları ilə çıxış edir. Ermənistan çoxdan durdurulmalı və cəzalandırılmalı idi, lakin bu, baş vermir.

O zaman dünya Cənubi Qafqazda yeni müharibəyə hazır olmalıdır. Bu müharibə gec-tez növbəti dəfə alovlanacaq, bunu ya işğalçı Ermənistan ordusu başlayaraq növbəti dəfə dünyanı fakt qarşısında qoymağa çalışacaq, ya da öz ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycan. Amma bu savaş qaçılmazdır və bunun qarşısını almağın tək yolu məsələni sülh yolu ilə ədalətli həll etməkdən keçir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4031   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021