Meyvə-tərəvəzin qiymətləri niyə "əl yandırır"?

Meyvə-tərəvəzin qiymətləri niyə "əl yandırır"?Bu il Bakı bazarlarında satılan meyvə-tərəvəzin qiymətləri yüksək olması ilə diqqəti cəlb edir, necə deyərlər, "əl yandırır". Bu isə ilk baxışdan ölkədə istehsal olanan aqrar məhsulların həcminin əvvəlki illərlə müqayisədə az olması təsəvvürü yaradır.

"Report"un araşdırması nəticəsində isə məlum olub ki, bahalıq məhsul qıtlığı ilə bağlı deyil, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi - hərəkət məhdudiyyəti regionlardan paytaxta meyvə-tərəvəz çatdırılmasında çətinlik yaradıb.

"Karantin müddəti uzadıldı və ..."

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli deyir ki, karantin rejiminin tətbiqi edildiyi ilk dövrlərdə, yəni martın əvvəlində əkin-səpin işləri artıq həyata keçirilmişdi: "Odur ki, əkin-səpin prosesinə pandemiya təsir göstərmədi. Lakin karantin müddəti uzadıldı və pandemiya aqrar məhsulların daşınması, ixracı və digər bu kimi vacib proseslərə təsir göstərdi. Pandemiyadan əvvəlki dövrdə hər bir kəs öz sahəsində əldə etdiyi kiçikhəcmli məhsulu istədiyi bazarlara çıxara bilirdi. Bu isə bazarlarda rəqabət mühiti yaradırdı, məhsulun satış qiymətinin artmasına imkan vermirdi.
Meyvə-tərəvəzin qiymətləri niyə "əl yandırır"?Karantin rejiminin tətbiqi ilə əlaqədar böyük şəhərlərin giriş-çıxışında karantin keçid postları yerləşdirildi. Yalnız böyük həcmli yüklərin şəhərlərə daşınmasına icazə verildi və kiçikhəcmli yükdaşıyanlara isə məsləhət görüldü ki, onlar birləşərək bir avtomobildə yükü şəhərə çatdırsınlar. Bu qərar yükdaşımanın ümumi dövriyyəsinə ciddi təsir göstərdi. Hazırda bəzi aqrar məhsullar mövsümə uyğun olmayan qiymətlərlə satılır. Bu isə birbaşa karantin rejiminin tətbiqi ilə əlaqədardır. Bəzi bazarlarda isə karantin rejimini bəhanə edərək daha çox gəlir əldə etmək istəyənlər var və onlar bazarlarda bəzi məhsulların qiymətini mövsümə uyğun təklif etmirlər. Ölkədə həmişə aprel ayından etibarən aqrar məhsullarda ucuzlaşma başlayır və bu, oktyabra qədər davam edir. Bu il biz bu prosesi müşahidə etmirik".

N.Nəsirli ixracla bağlı məsələyə də münasibət bildirib: "Müasir innovasiyalar əsasında fəaliyyət göstərən aqrar təsərrüfatlar məhsulların yetişdirilməsində elə sortlar tətbiq edirlər ki, rəqabətə və daşınmaya davamlı olur. İxrac prosesində isə sadəcə gömrük-keçid məntəqələrində cüzi lənginmələr, itkilər oldu".
Meyvə-tərəvəzin qiymətləri niyə "əl yandırır"?"Koronavirusa kütləvi yoluxma ola bilər"

Bundan başqa, onun sözlərinə görə, aqrar sahədə insanların aktivliyi yüksək səviyyədədir: "Ciddi problem kənd təsərrüfatında insanların kütləviliyidir, son nəticədə koronavirusa kütləvi yoluxma ola bilər. Üzüm bağlarının bir hektarında orta hesabla 150-160 nəfər çalışmalıdır. Pambıq sahələrində 200 adam işləməlidir. Kütləvilik tələb edən sahələrdə yığım prosesi hələ başlamayıb. Proses avqustda başlayır. Həmin məqamda bağlarda işləyənlər pandemiyadan qorunmaq üçün gigiyenik qaydalara əməl etməlidirlər. Eyni zamanda məhsullar yığılır və emal müəssisələrinə göndərilir. Həmin müəssisələrdə də təhlükəsizlik qaydaları təmin edilməlidir. Bu günə kimi aqrar sahədə pandemiyaya ilə əlaqədar fəsadlı məqam yaşanmayıb. Ümumilikdə, insanların əkin yerlərinə getmələri üçün şərait yaradılır. Yəni pandemiya əkin prosesinə ciddi təsir göstərməyib. Ancaq məhsulların daxili və xarici bazarda dövriyyəsinə həcm baxımdan ciddi təsir göstərir".

Su problemi də var

Bu il Azərbaycan fermeri həm də su qıtlığından əziyyət çəkir. Nicat Nəsirli deyir ki, əslində ölkədə su problemi 10 ildir ki, mövcuddur, sadəcə indi diqqəti daha çox çəkir: "Bu da Kür çayında suyun səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi ilə bağlıdır. Adətən hər ilin iyul ayında suyun səviyyəsi azalır. Avqust ayının ikinci ongünlüyüdə isə yağıntılar başayan zaman Kürdə suyun səviyyəsində müəyyən artımlar əldə edilir. Kür çayının ölkə ərazisindən keçdiyi sağ və sol istiqaməti əkinçilik bölgələridir. Kürdən həmin ərazilərin suvarılması üçün nasosla su qaldırılır" .
Meyvə-tərəvəzin qiymətləri niyə "əl yandırır"?Onun sözlərinə görə, Azərbaycan su ehtiyatlarının formalaşmasından Kür və Araz çayları həlledici rol oynayır, bu çaylar isə digər ölkələrdən keçərək Azərbaycana daxil olur: "Kür başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Araz çayı isə mənbəyini Türkiyə ərazisindəki Ərzurum dağlarından götürür, Ermənistandan da keçərək ölkə ərazisinə daxil olur. Bu isə o deməkdir ki, həmin ölkələr də bu çaylardan istifadə edir. Çayların ən zəif axını məhz Azərbaycanın payına düşür. Hər iki çay əsasən ölkənin aqrar sahəsi ilə məşğul olan regionlarından keçir. Həmin regionların əkinçilik sistemi bu iki çaya əsaslanır və orda su kanalları böyük hektarlarla ərazilərin suvarılmasını təmin edir. Son vaxtlar dövlət başçısı tərəfindən bu problemin həlli istiqamətində ciddi addımlar atılır. Ümid edirik ki, su resurslarının həm qorunması, həm də yeni su resurslarının tapılması sahəsində addımlar atılacaq. Suyla bağlı problemimiz yalnız suyun azlığı ilə bağlı deyil, həm də suyun düzgün idarə edilməməsi ilə əlaqəlidir. Burda bizim kifayət qədər itkilərimiz var, aqrar sahədə ərazilərin suvarılması üçün ənənəvi suvarma sistemləri tətbiq edilir. Bu isə su itkisi ilə müşahidə edilir və sudan səmərəli istifadə edilmir".

Nəticə etibarı ilə bir tərəfdən koronavirusa görə tətbiq olunan karantin rejimi, digər tərəfdən su qıtlığı meyvə-tərəvəzin qiymətini kəlləçarxa çatdırıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 5292   Tarix: 09 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Toylar necə keçiriləcək? - AÇIQLAMA

Artıq bir ilə yaxındır ki, koronavirus infeksiyası səbəbindən ölkədə toyların keçirilməsinə qadağa qoyulub. Karantin qaydalarının növbəti yumşaldılmasından sonra toyların da keçirilməsinə icazə ilə bağlı sual hər kəsi düşündürür. Bəs toylar hansı qaydalar əsasında təşkil oluna bilər?. Mövzu ilə bağl

26 may 2021