"Pirallahı Sənaye Parkında əczaçılıq məhsullarının istehsalı ölkəmiz üçün yeni bir sahədir"- RƏY

"Pirallahı Sənaye Parkında əczaçılıq məhsullarının istehsalı ölkəmiz üçün yeni bir sahədir"- RƏYBakı və Kiyev Pirallahı Sənaye Parkında ortaq əczaçılıq müəssisəsinin yaradılması üzrə əməkdaşlıq prosesini intensivləşdirmək niyyətindədirlər. Müvafiq müqavilə cari ilin payızında planlaşdırılan Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclasında imzalanacaqdır. Üç il əvvəl Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Ukraynanın "insulin" və digər dərmanların istehsalında ixtisaslaşmış şirkəti "İndar" artıq niyyətləri ilə bağlı memorandum imzalamışdılar.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, Azərbaycanda tikilmiş sənaye parkları sənaye potensialımızın sıçrayışlı artımını təmin edəcəkdir: "Cari ilin 5 ayında ölkəmizin ümumi iqtisadi artımında 1.7% gerilənmə olsa da qeyri-neft sənayemizin 16% artması məhz yeni tikilmiş sənaye parklarının sayəsində nail olunubdur. Bu sənaye parkları ən son texnologiyalarla təchiz olunaraq istehsal proseslərinə qoşulur və istehsal olunan məhsulların dünya bazarlarında rəqabət qabiliyyətliliyi yüksəkdir. Həm də sənaye parklarının ixtisaslaşması müxtəlif olduğundan istehsal olunan məhsulların geniş ceşidinə gətirib çıxardır. Pirallah Sənaye Parkında əczaçılıq məhsullarının istehsalı ölkəmiz üçün yeni bir sahədir. Bu, həm yeni iş yerlərinin yaradılmasıdır, həm də bu gün gündəlik təlabatı artan dərman və tibbi məmulatların istehsalı deməkdir. Bu parkda istehsal olunan əczaçılıq məhsulları həm ölkəmizin təlabatını ödəyəcək, həm də ixrac olunacaqdır. Pirallahı Sənaye parkının fəaliyyətinin genişləndirilməsi məqsədilə müxtəlif ölkələrin aparıcı əczaçı şirkətləri ilə müqavilələr imzalanır və yeni istehsal proseslərinin fəaliyyətə başlanması üçün işlər görülür. Sənaye parklarına 7 il ərzində xüsusi güzəştlər tətbiq olunur və bu parklarda yeni rezidentlərin fəaliyyət göstərməsi üçün bütün infrastrukturla təmin olunmuşdur. Düşünürəm ki, Pirallah Sənaye Parkına gələcəkdə də maraq artacaq, ölkəmizdə vətəndaşlarımız üçün lazımı müxtəlif çeşidli dərman preparatları istehsal olunacaqdır və bu gün üçün vacib hesab edirəm".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1045   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

"Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir". Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu "Sözümüz imzamızdır" verilişində deyib. Nazir bildirib ki, bölgələrimizi

16 aprel
.

Qeyri-etik paşlaşımlar edən "Semka" ləqəbli tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirlərlə 1994-cü il təvəllüdlü

16 aprel
.

Banklar bağlanan zaman əmanətlərin sonrakı aqibəti NECƏ OLUR? - AÇIQLAMA

Azərbaycanda bankların bağlanmasına əsas səbəbi bağlanmasının səbəbi həmin qanunvericiliyin tələblərinə, Mərkəzi Bankın təlimatlarına və reqlamentlərinə, müəyyən edilmiş standartlara zidd olaraq fəaliyyəti ilə bağlıdır. Bir sıra bankların bağlanmasına vətəndaşlar arasında təşvişin yaranmasına səbəb oldu

16 aprel
.

Dilənçinin yığdığı pulların miqdarı şoka saldı: Təəccübləndirən kadrlar - VİDEO

Türkiyənin Diyarbəkir vilayətində dilənçiliklə yığdığı pulunu bütövləşdirmək istəyən kişinin görüntüləri hər kəsi təəccübləndirib. Kadrlar bu hadisəni görən sakinlərdən biri tərəfindən çəkilib. Görüntülər Sur rayonunun turistik məkanında qeydə alınıb. Kişi hər gün burada dilənir və sonra pulu kafeləri

16 aprel
.

Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıb

Baş Nazir Əli Əsədov "Qarabağ Universitetinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin "Stepanakert şəhərind

16 aprel
.

Kişilərə pis xəbər - Nişan üzüklərində görün nə yerləşdirirlər

Xiaomi şirkəti Black Shark da ağıllı üzük hazırlayıb. Əvvəllər oyun cihazlarının hazırlanmasına önəm verən şirkət bu mövzuda da rəqabət aparacaq. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hələ tam təfərrüatları açıqlanmayan "Black Shark" ağıllı üzük çox yaxında satışa çıxarılacaq və şirkəti

16 aprel
.

Bakıda özünə xəsarət yetirərək uşaq evindən qaçan qız tapıldı

Bakıda uşaq evində intihara cəhd olub. "Qafqazinfo" xəbər verir ki, Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində yaşayan 16 yaşlı M.Ağayeva (şərti) qollarına kəsici alətlə xəsarətlər yetirib. O, daha sonra müəssisəni tərk edib. DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimo

16 aprel
.

Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı

Bakıda uşaq evində intihara cəhd olub. -ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb. Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb. Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həki

16 aprel
.

Məleykə Abbaszadə: "Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir"

"Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinli

16 aprel