"Həkimlər oteldə döşəmə xalçası və havasızlıqdan koronavirusa yoluxur"- Dosentdən Şok AÇIQLAMA

"Həkimlər oteldə döşəmə xalçası və havasızlıqdan koronavirusa yoluxur"- Dosentdən Şok AÇIQLAMA"həkimlərin karantin üçün yerləşdirildiyi otellərin sistemi onların yoluxmasına yol açır. Yəni ciddi çatışmayan cəhətləri, havalandırma sisteminin olmaması, bütün otaqlarda pəncərənin olmaması, yalnız bir divarın qapalı şüşədən olması, dəhlizlərdə döşəmə xalçasının olması, keyfiyyətli təmizləmə və dezinfeksiya işlərinin aparılmasının mümkünsüzlüyü oteldə eyni vaxtda yaşayan 300-500 tibb işçisinin, texniki yardım işçilərinin və həkimlərin koronavirus infeksiyası ilə yoluxmasinin əsas sərtləridir".

Bunu Azərbaycan Azərbaycan Tibb Universiteti I cərrahi xəstəliklər kafedrasının, eləcə də Transplantalogiya şöbəsinin dosenti, cərrah Ədalət Rüstəm deyib:

"Həkimlər, tibb işçiləri və texniki yardım işçiləri arasında SARS-COV-2 virusu ilə yoluxma sayı günbəgün artmaqdadır. Onların arasinda 20-yə qədər ölüm baş verib. Xüsusi rejimli koronavirus xəstəxanalarında onlarla həkim, tibb işçisi və texniki işci hazırda müalicə olunur. Bəziləri ev şəraitində müalicə olunurlar. Yoluxmuş və müalicə olunmuş və hazırda müalicəsi davam edən tibb işçilərinin böyük əksəriyyəti peşəkarlardir, özlərini xəstələrinin yolunda fəda edənlərdir. Həkimlər və tibb işçiləri arasında Azərbaycan praktik anesteziologiya və reanimatologiya kimi ən agir, ən mürəkkəb tibb sahəsinin Generalı kimi tanınmış məşhur həkim Cavid Paşayev COVİD-19 xəstəliyinin ağır forması ilə mücadilə edir, ölüm-qalim mübarizəsi aparır. Allahdan ona şəfa diləyir, dualarımızı əsirgəmir, tezliklə ailəsinə, cəmiyyətə və səhiyyəmizə dönüşünü arzulayırıq. İlk aylar (aprel, may) bu təhlükəli infeksiya ilə yoluxmuslar stasionara qədərki mərhələnin, yeni poliklinikalarin, ginekoloji konsultasiyaların, təcili tibb yardımı stansiyalarının, adi, qeyri-koronavirus xəstəxanalarının işçiləri (həkimlər, tibb və texniki işçilər) idi. Bu təbii idi və dünya ölkələrində də eyni vəziyyət idi. Çünki bu mərhələdə fəaliyyət göstərən tibb və texniki işçilər fərdi bioloji mühafizə vasitələri ilə təchiz olunmamışlar, peşə fəaliyyətləri ilə əlaqədar olaraq adı xəstələrlə, insanlarla daha çox ünsiyyətdə olurlar. Son günlərdə Azərbaycanda digər ölkələrdə, xüsusilə Avropa və Amerika ölkələrində təzahür etməyən, azından qabardılmayan ağır situasiya yaranıb. İyun ayinda və iyul ayının ilk dekadasında ölkəmizdə koronavirus infeksiyası ilə yoluxmuş tibb və texniki işçilər arasında bilavasitə xüsusi rejimli koronavirus xəstəxanalarinda işləyən tibb və texniki iscilər, o cümlədən həkimlər çoxluq təşkil edirlər. Bu faktdır. Artıq Tibb Universitetinin reanimasiya şöbəsinin 21 işçisi yoluxma səbəbindən elə həmin xəstəxanada müalicə olunurlar. Bu fakt və onu doğuran səbəb(lər) üzərində NK yanında OQ, Səhiyyə nazirliyi, TƏBİB tərəfindən tutarlı məlumatlar verilmir. OQ-in brifinqlərində jurnalistlər tərəfindən verilən coxsayli, əksəriyyəti real əhəmiyyət daşımayan "дежурный" suallar arasında bu tip arqumentar-faktoloji suallar səsləndirilmir. Səsləndiyilsə də cavablar yayındırılır olur, mahiyyəti əks etdirmir. Sual isə konkretdir: nə ucun xususilə Baki şəhərində xüsusi rejimli xəstəxanalarda işləyən tibb və texniki işçilər, həmçinin həkimlər arasında son 1 ayda yoluxma hadisələri kəskin artmışdır? Səbəb nədir, səbəblər nədir? Lakonik, qısa sual. Cavabı özüm yazıram. Bakı şəhərində mart ayının sonlarından bu günə qədər COVİD-19 xəstələrinin mualicəsi aşağıdakı ən modern, ən möhtəşəm, ən gözəl, ən müasir avadanlıqlarla, dərman preparatları və müalicə vasitələri ilə təchiz edilmis ən yüksək səviyyəli ixtisaslaşmış tibb heyəti olan aşağıdakı xəstəxanalarda və mərkəzlərdə aparılır: Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə və terapevtik klinikaları, Neftçilər xəstəxanası, təzəcə açılmış 575 yerlik, Avropanın ən gözəl mərkəzi - "Yeni klinika", Bakı Sağlamlıq Mərkəzi, son 10 gündə Şəhər 1 saylı klinik xəstəxanası (Semasko adı ilə tanınan). Bu xəstəxanalarda Ölkənin SARS-COV-2 infeksiyasına yoluxmuş xəstələrinin ən azı yarısı müalicə olunmuş, sağalmış və müalicə olunurlar. Mənə görə təxminən 11-13 min. Həmin xəstəxanaların hamısının həkimləri, tibb və texniki işçiləri ötən müddətdə ağ şəhərdə, 5 ulduzlu "Bulvar-otel"də yerləşdirilmişdir. Ara-sıra narazılıqlar olsa da ümumən otel rəhbərliyi və işçiləri tərəfindən tibb və texniki işçilərə, həkimlərə qayğı, qulluq, qida təminatı qənaətbəxşdir, insanların keyfiyətli istirahəti xeyli əlverişlidir. Xüsusi rejimli stasionar xəstəxanada yoluxmuş şəxs infeksiyanı otelə gətirmiş (gətirir), qeyd etdiyim qeyri-munbit şərait oteldaxili yoluxmalara rəvac verib, verməkdədir. Çünki otel karantin rejiminə uyğun deyil və onun uyğunlaşdırılması mümkünsüzdür.

Ədalət Rüstəm qeyd etdiyi məqamlara aydınlıq gətərərək həkimlərin, karantinə alınan və müalicəsi təyin olunanların digər münasib məkanlarda qrup şəkildə yerləşdilirməsini bu virusa yoluxmamaqda yardımçı və çıxış yolu kimi gördüyünü bildirib:

"Nə etməli? Tibb işçilərinin dislokasiyası təcili dəyişdirilməli, onlar 20-30 nəfərlik kiçik qruplara ayrılmalı və yataqxana tipli, havalanma sistemi, pəncərələri və balkonlari olan, dəhlizləri metlax, linoleumla döşənmiş, xalçasız-kovrolitsiz olan (asan yuyulan və dezinfeksiya edilən) otellər və uyğun binalara yerləşdirilməlidirlər. Xüsusi rejimli koronavirus xəstəxanalarında işləyən bütün işçilərin həftədə azı 1 dəfə tibbi müayinəsi aparilmalı, yoluxmuslar təcrid və müalicə edilməlidirlər".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3737   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel