Vaqif Əsədov: "Postlar ləğv edilməmişdi ki, bərpa da oluna"

Vaqif Əsədov: "Postlar ləğv edilməmişdi ki, bərpa da oluna""Bu günə qədər Bakı şəhərinin inzibati ərazisində yerləşdirilən sərt karantin rejimi ilə əlaqəli nəzarətlə bağlı stasionar postların ləğv edilməsi barədə KİV-də məlumatlar yayılır. Bu da haqlı olaraq hərəkət iştirakçılarının aldığı bu informasiya ilə bağlı hərəkətə narazılığın yaranmasına səbəb olur".

Bu barədə "Report"-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

"Postlar ləğv edilməmişdi ki, bərpa da oluna... Təbii ki, bu postların ləğv edilərək başqa üsulla xidmət etməsi ilə bağlı məlumat vermişik. Təəssüflər olsun ki, bu məlumat başqa formada yayıldığı üçün narahatçılıq yarandı. Buna görə də bir daha bildiririk ki, stasionar postlarda olan xidmət başqa xidmət növü ilə əvəz edilib. Əlbəttə ki, buna səbəb stasionar postlar zamanı suni sıxlığın yaşanması və hərəkətlə bağlı icazələrin ləngiməsində yaranan narazılıq oldu. Hazırda Bakı şəhərinin inzibati ərazisinə düşən bütün küçə və prospektləri tam nəzarətə götürülməklə mobil postların yaradılması və bu postlarda xidmət aparmaqla nəzarət davam etdirilir.

İkincisi isə reydlər təşkil etməklə buna nəzarət edilir. Belə ki, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan polis əməkdaşları vasitəsi ilə nəzarəti gücləndirmək, hərəkətdə olan nəqliyyat vasitəsi və bu avtomobildə gedən sərnişinlərin hərəkəti, icazə sənədləri ilə bağlı sənədlərin yoxlanılması qərara alınıb. Bu günə qədər bu sistem üzrə bizim əməkdaşlar xidmət edir. Təəssüflər olsun ki, yenə də bəzi KİV-də stasionar postların ləğv edilməsi ilə bağlı məlumatlar yayılır. Sanki karantin rejimi də ləğv edilir... Belə informasiyalar təbii ki, çaşqınlığa və narahatlığa səbəb olur. Bir daha vətəndaşların bilməsini istəyirəm ki, stasionar postlarda olan xidmət başqa xidmət növü ilə əvəz edilib. Bu üsulla hərəkətə nəzarət edilir", - V.Əsədov əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1933   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb

Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub? . "Belə yaranıb" rubrikasında bu ifadənin yaranm

18 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başq

18 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Bakıda DƏHŞƏT: Hamamda qızla oğlanın meyiti tapıldı - YENİLƏNİB

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğund

18 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel
.

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onu

18 aprel
.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel