Koronavirusdan sağalan Şəhla Novruzova: "Boğulurdum və ayaq üstə dayana bilmirdim"

Koronavirusdan sağalan Şəhla Novruzova: "Boğulurdum və ayaq üstə dayana bilmirdim"Şəhla Novruzova koronavirusdan sağalan şəxslərdən biridir. Onun ev şəraitində COVID-19-dan sağalmaq cəhdi uğursuz olub və qadın ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalına çatdırılıb. Həkimlərin səyləri sayəsində hazırda Ş.Novruzova özünü yaxşı hiss edir və evə buraxılıb.

Media.Az-a verdiyi müsahibədə Şəhla Novruzova xəstəliyi necə keçirdiyindən danışıb.

- Sizi nə vaxt xəstəxanaya apardılar?

- Bu, iyun ayının 18-də baş verib. İyunun 26-da isə test nəticələrim mənfi çıxdı və məni evə buraxdılar. Xəstəxanaya necə ağır vəziyyətdə aparıldığımı təsəvvür edə bilməzsiniz. Dəhşətli dərəcədə nəfəs çatışmazlığı vardı, ayaq üstə dayana bilmirdim, danışmaq iqtidarında deyildim. Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin həkimləri mənə yardım etdilər, üç gün süni tənəffüs dəstəyi alandan sonra vəziyyətim yaxşılaşmağa başladı. Sərbəst nəfəs almağıma, gəzməyimə inana bilmirdim.

- Xəstəliyin ilk əlamətlərini xatırlaya bilərsiniz?..

- Məndə ilk əlamət qoxu hissinin itməsi oldu. Hazırda Türkiyədə təhsil alan həkim qızıma zəng etdim. O, mənə müəyyən dərmanlar qəbul etməyi məsləhət gördü. Eyni zamanda, koronavirus testi verdim və kompüter tomoqrafiyası müayinəsindən keçdim. Nəticədə, ağciyərlərimdə "buzlu şüşə" sindromu müəyyən edildi. Bir həftə evdə müalicə aldım, lakin sonra vəziyyətim pisləşməyə başladı, tənəffüs çatışmazlığı ortaya çıxdı. Məhz bundan sonra təcili tibbi yardım çağırdıq və mən Mərkəzi Gömrük Hospitalına yerləşdirildim. Bu zaman artıq mənim əllimdə testimin müsbət olduğunu təsdiq edən nəticələr vardı.

- Evdə hansı dərmanlarla müalicə olunurdunuz?

- Virus əleyhinə həblər və antibiotiklərlə. Ancaq ev müalicəsi nəticə vermədi, vəziyyətim pisləşdi.
- Siz qeyd etdiniz ki, xəstəliyi çətin keçirdiniz. Digər yanaşı xəstəlikləriniz var idimi?

- Xeyr, xroniki xəstəliklərim yoxdur, sağlam həyat tərzi keçirirəm və pandemiya zamanı bütün qaydalara əməl etmişəm. Buna görə də, yoluxduğumu biləndə çox təəccübləndim. Həyat yoldaşım evdə xəstədir, daim ona baxıram, demək olar ki, çölə çıxmıram. Düşünürəm ki, mən evimizə gələn şəxslərdən virusa yoluxmuşam. Allaha şükür ki, infeksiya məndən ərimə keçmədi.

- Pandemiya xəstələrinin müalicə olunduğu xəstəxanalarda vəziyyət necədir?

- Bilirsiniz, mən müsbət mənada təəccübləndim. Tibbi personalın diqqəti və dəstəyi xəstələr üçün çox önəmlidir. Həkimlər xəstələrin vəziyyətini daim nəzarətdə saxlayır, temperatur ölçülür, qan analizi götürülür, xəstələri lazımi dərmanlarla zamanında təmin edirlər. Gəcə və ya gündüz fərq etmir, nəzarət hər zaman var. Yaxşı yadımdadır, həkimlər gecə saat üçdə, yaxud sübhə yaxın saat beşdə mənə yaxınlaşıb, vəziyyətimi nəzarət altında saxlayırdılar. Xəstəxanada çalışan tibb bacıları xüsusi diqqətə layiqdirlər. Palatada həmişə səliqə-sahman hökm sürür, gündə üç dəfə yemək verilir, həmişə vaxtında gətirilirdi və dadlı olurdu.

Həyatımı xilas edən həkim Tofiq Bayramova xüsusi təşəkkürümü bildirirəm.

Eləcə də, tibb bacıları Olqa Xasayevaya, Fəxriyyə Səmədovaya, həkimlərdən Elvin Əzizova, Səidə Kərimovaya, Namiq Novruzova və Təranə Göyüşovaya minnətdaram. Ola bilsin, hamının adlarını xatırlamıram, amma Mərkəzi Gömrük Hospitalının işçilərini ağ xalatlı mələklərlə müqayisə edərdim.

Gözlərimin önündə çox insanın həyatını qurtardılar, yorğun olsalar da, hər zaman hər cür kömək və dəstək verməyə hazır idilər. Koronavirus xəstələri üçün yaradılan şəraitə görə Prezidentimizə və Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə xüsusi təşəkkür edirəm.

- Koronavirusa inanmayanlara və karantin qaydalarına əməl etməyənlərə nə demək istərdiniz?

- COVID-19 - gözəgörünməz öldürücü düşməndir. O, bədəni sürətlə sıradan çıxaran dəhşətli xəstəlikdir. Vəziyyətimi xatırlayıram və qorxuya düşürəm! Hər kəs özü və sevdikləri üçün məsuliyyət daşımalıdır. Maska ​​taxmaq və sosial məsafəni saxlamaq çətin deyil, bununla nə qədər insanın həyatını xilas etmək olar! Bunu yadınızda saxlayın və unutmayın!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1756   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021