Baş Prokurorluq əsgərin ölümü ilə bağlı məlumat yaydı
"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində hərbi xidmətdə olarkən Alazan çayında suda batması nəticəsində vəfat etmiş Quba rayonu Üçgün kənd sakini Fərdi Yarəliyevin meyiti üzərində guya zorakılıq əlamətlərinin aşkar olunması barədə yalan məlumatlar yayılıb."
Bu barədə Sonxeber.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, Dövlət Sərhəd xidmətinin N saylı hərbi hissəsindən Zaqatala hərbi prokurorluğuna əsgər Yarəliyev Fərdi Namik oğlunun Alazan çayında suda bataraq ölməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, müvafiq ekspertizalar təyin edilmiş, şahidlər dindirilmiş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Zaqatala hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluğa səhlənkar yanaşma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq peşəkar prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmış və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.
Mərhum Fərdi Yarəliyevin meyitinin xarici və daxili mayinəsi zamanı bədən səthində hər-hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməyib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələrini həqiqətə uyğun olmayan məlumatları və dəqiqləşdirilməmiş informasiyaların yayılmaması barədə xəbərdarlıq edir", - Mətbuat Xidmətindən bildirilb.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Siyasət Baxılıb: 3805 Tarix: 10 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Baş nazir vacib qərar imzaladı - VİDEO
Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib.. . Sonxeber.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
10 iyul 2020"Cəbhədəki təxribat hallarının səbəbləri və bunun mümkün nəticələri"-RƏY
Ermənistan-Azərbaycan döyüş xəttində gərginlik yenidən yüksəlib. Son günlər atəşkəsin gündəlik pozulması halları kəskin şəkildə artıb. Əgər yazda gündəlik 20-25 atəşkəs pozulması halları olurdusa, son həftələrdə bu rəqəm 60-70-ə yüksəlib.. . Atəşkəsin pozulması hallarının artması ermənilərin Azərbaycan
9 iyul 2020"Çin qonşularına əzələ nümayişini göstərməkdə davam edir"-RƏY
Çin - Hindistan sərhədində iyunun 16-da hərbçilərin ölümüylə müşahidə olunan son insidentdən sonra Pekinlə Dehli arasında danışıqlar oldu. Məqsəd vəziyyəti sabitləşdirmək idi. . Buna baxmayaraq, sərhəd bölgəsində vəziyyət gərgin olaraq qalır. Əldə olunan razılaşmaya baxmayaraq, tərəflər hərbi qüvvələrin
9 iyul 2020İlham Əliyev Bakıda açılışda - FOTO
Prezident İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan 110/35/10 kilovatlıq "8-ci km" yarımstansiyasının açılışında iştirak edib.. . Bununla bağlı AZƏRTAC məlumat yayıb.. . .
9 iyul 2020İlham Əliyevdən 8,5 milyonluq SƏRƏNCAM
Prezident İlham Əliyev "Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.. . Sonxeber.az xəbər verir ki, sərəncamla "Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqları
8 iyul 2020İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib.. . "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.. . Telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasın
8 iyul 2020