Partiya sədri: "Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var"

Partiya sədri: "Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var"Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı parlamentdə təmsil olunan partiya nümayəndələrinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə keçirilən videokonfrans barədə fikirlərini bildirib.

Partiya sədri "Report"a açıqlamasında 9 siyasi partiya təmsilçisinin iştirakı ilə videokonfransın keçirilməsini yüksək qiymətləndirib.

O qeyd edib ki, görüşdə belə dialoqların keçirilməsinin davamlı xarakter daşıması təklif olunub:

"Ədalət Vəliyevin buna reaksiyası isə çox müsbət oldu. O bildirdi ki, həm parlamentdə olan, həm də parlamentdən kənar siyasi partiyalarla dialoq aparılmasında iqtidar maraqlıdır, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var, hər zaman buna hazırdırlar".

F.Ağamalı qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti bu dialoqun içərisində yer alıb:

"Yalnız AXCP və onun sədri bu prosesdə istisna təşkil edir. Bu, onun mövqeyi ilə bağlıdır. Bu mövqe çox avantürist mövqedir, ölkədə xaosun yaradılmasına xidmət edən davranışdır. Sözsüz ki, onlar nə qədər belə mövqedədirsə, Azərbaycanın ictimai-siyasi mühitində onlara yer yoxdur. Çünki xalqımız onların bu mövqeyini müdafiə etmir".

Partiya sədri xatırladıb ki, görüşün sonunda bəyanat qəbul edilib:

"Həmin bəyanat isə dərc edilib. Hər bir şəxs həmin bəyanatla tanış ola bilər. Biz belə dialoqun olmasında və davam etdirilməsində, hakimiyyət-müxalifət arasında sivil münasibətlərin formalaşmasında maraqlıyıq".

Partiya sədri: "Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1248   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xocalı qatilinin qızı HƏBS OLUNDU

Ermənistanın İstintaq Komitəsi Armavir vilayətinin hakim köməkçisi Naira Qriqoryanın həbs olunduğunu təsdiqləyib. Ermənistan KİV-nə istinadən xəbər verir ki, Naira Qriqoryan xüsusilə külli miqdarda dələduzluğa kömək etməkdə ittiham olunub. N.Qriqoryan barəsində həbs qətiimkan tədbiri seçilib. Naira Qriqorya

27 mart
.

Sürücülər illər əvvəl pozduğu qaydaya görə indi cərimələnə bilərmi? - AÇIQLAMA

Qayda pozan sürücünün videosu sosial şəbəkələrdə yayılır. Sürücü polis bölməsinə dəvət edilir. Avtomobili duracağa yerləşdirilir və cərimə tətbiq edilir. Amma məlum olur ki, yayılan görüntülər əslində illər öncə çəkilib. Oxşar hadisə Şəkidə yaşanıb. Qayda pozuntusu edən sürücü 3 il sonra polis bölməsin

27 mart
.

41 ilə nəhəng obrazlar sığdıran aktyor: Səhnəyə çıxmazdan əvvəl içib, rolunu oynayıb və...

Nağıllarda, rəvayət və əfsanələrdə, dastanlarda rast gəldiyimiz əfsanəvi Səməndər quşu. "Məlikməmməd" nağılında Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya gətirən Səməndər quşunun dayanmadan 40 gün, 40 gecə uçduğu deyilir. Digər rəvayətə görə Səməndər quşu odun içində yaşayır. Oddan da alışı

28 mart
.

İranlı aktyor nişanlısını vəhşicəsinə döydü - FOTOLAR

İranlı aktyor Mayk Şouhedinin keçmiş nişanlısına qarşı zorakılıq görüntüləri ortaya çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, əldə edilən materiallarda məşhur aktyorun keçmiş sevgilisini vəhşicəsinə döydüyü görülür. Şiddətə məruz qalan nişanlısı məruz qaldığı şiddətdən sonra məhkəməyə müraciə

28 mart
.

Sumqayıtda ağac aşdı, binanın həyətinə giriş bağlandı - VİDEO

Sumqayıtda irigövdəli ağac aşıb. Bu barədə görüntülər Baku TV-də yayımlanıb. Kadrlarda qurumuş ağacın aşaraq binanın həyətinə girişi bağlaması əks olunub. Ətraflı videonu təqdim edirik:

25 mart
.

"Eldar Quliyevdən soruşdum ki, necə ölüm? Dedi ki, bura məktəb deyil, çəkiliş meydançasıdır, birdən-ikiyə ölməmişəm"-FOTO

"Hazırda Teatr Xadimləri İttifaqında aktyor labaratoriyasının rəhbəriyəm. Gənc aktyorlarla birgə tamaşa hazırlayıram. Həm də "Bir qadın" serialında çəkilirəm. Gündəlik 20-30 epizod çəkirik. Oynadığım Muxtar obrazı təsadüfən həbsxana həyatı yaşayan insandır. 15 il həbsxanada olub. Bu illə

26 mart
.

Xankəndi və Xocalıda "sürpriz minalar" aşkarlanıb - VİDEO

Xankəndi və Xocalıda "sürpriz minalar" aşkarlanıb. Bu barədə görüntülər "İTV Xəbər"də yayımlanıb. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları ermənilər tərəfindən hərbi obyektlərin olmadığı ərazidə yerləşdirilən partlayıcı qurğuları zərərsizləşdiriblər. Həmin görüntülər

26 mart
.

3 yaşlı qız nadir sindromdan əziyyət çəkir: Şüşə, gips yeyir

Britaniyalı ana Steysi Agirne inanılmaz problemlə üzləşir. Belə ki, Vinter adlı 3 yaşlı qızı nadir sindromla yaşayır. O, əlinə keçən hər şeyi, hətta divarda şüşə və ya gips də olsa yeyir. xarici KİV-ə istinadən xəbər verir ki, Steysi körpəsinin müxtəlif teksturalara və hisslərə necə cəlb olunduğunda

27 mart
.

Küçədə satılan ət məhsulları hansı FƏSADLAR YARADIR? - AÇIQLAMA

Yayın gəlişi və havanın temperaturunun yüksəlməsi ilə açıq havada qidalar, o cümlədən ət məhsulları insan orqanizmində müəyyən fəsadlar yaradır. Bəzi mikroorqanizmlər məhsulun tərkibində və görünüşündə heç bir fərq yaratmadan sadəcə saxlama şəraiti, satış şərtləri və düzgün olmayan gigiyena şərtlər

27 mart