"Yaxın günlərdə sahibkarlara güzəştli kreditlərin verilməsinə başlanılacaq"-RƏY

"Yaxın günlərdə sahibkarlara güzəştli kreditlərin verilməsinə başlanılacaq"-RƏYKoronavirus pandemiyası, digərləri ilə yanaşı, Azərbaycanın maliyyə sektoruna, xüsusən bankçılığa ciddi zərbə vurdu. Kredit götürənlərin sayı kəskin azalıb və tələb olunan kreditlər isə müvafiq sığorta tələb edirlər.

Bu, Azərbaycanda yerli biznesə dəstək tədbirləri arasında nəyə görə bank kreditlərinin həcminin bir hissəsinin sığortalanmasının olduğunu da izah edir. Bununla birlikdə bir sıra MDB ölkələrində tətbiq olunan nümunə də diqqətəlayiqdir. Beləliklə, bəzi banklar dünyanın aparıcı investisiya strukturları ilə verdikləri kreditlərin sığortalanmasına dair müvafiq zəmanət müqavilələri imzalamağa başlayıblar.

Bu barədə bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, kreditlərin sığortalanması dedikdə verilən kreditin təminatı deyilirsə, Azərbaycanda prinsipcə kreditlərin sığortalanması yoxdur. Yəni kreditin sığortalanması əslində odur ki, mən bankdan kredit götürürəm və sığorta şirkəti mənimlə müqavilə bağlayır ki, əgər mən sabah krediti banka ödəməsəm sığorta şirkəti ödəsin. Bu da faktiki olaraq bankın qarşısında mənim borc öhtəliyimin sığortasıdır:

"Bizdə bu sığorta növü demək olar ki, yoxdur. Eyni zamanda xaricdə də hər yerdə yoxdur. Azərbaycanda kredit öhdəliyinin təminatı qismində əsasən zamin və girov, yəni bunlardan istifadə olunur. Mən kredit götürürəmsə hər hansı əşyanı mən və ya başqa adam mənim kredit öhdəliyimə görə torpaq, mənzil və sairə girov qoyur. Sabah mən onu qaytara bilməyəndə bank həmin girov əmlaka tutma yönəldir.

Aydın məsələdir ki, bu məsələdə bank özünü qoruyur. Bu həmişə olub amma indi banklar bu məsələdə daha sərt tələblər irəli sürürlər. Beş aydan çoxdur ki, Azərbayacan bankları problemli kreditlərin içində üzürlər. Kimsə gedir krediti götürür ya qaytarmır, ya da qaytara bilmir. Buna görə də banklar özlərini qorumaq istəyirlər.
Bu o demək deyil ki, təminatsız kreditlər heç verilmir. Əlbəttə yalnız iki halda verirlir. Ya bank sahibləri öz firmalarına kredit verirlər, faktiki bankdan o pulları oğurlayırlar, ya da ki həqiqətən çox yaxşı biznesmen, sahibkardır ki, ona tam etibar edirlər. Amma məlum məsələdir ki, daha az şəxsə etibar edilir. Çünki insanların gəliri azalıb. Bir sözlə bu addımla bankalar özlərini qorumaq istəyirlər.

Azərbaycanda da bu barədə problem var. Çox adam girov və ya zamin gətirə bilmir. Bizdə girov kimi əsasən daşınmaz əmlak, yəni torpaq, ev qəbul olunur. Çünki onlar ən dəyərli sayılır. Bu bütün dünyada da belədir. Burada da əsas problem odur ki, daşınmaz əmlakın qiyməti düşür və böyük ehimalla ki, bundan sonra da hələ kəskin düşəcək. Ona görə bank daha çox girov tələb edir. Çünki bilir ki, qiymətlər aşağı düşür. Yəni Azərbaycanda daşınmaz əmlakın qiymətləri hələ düşəcək. Digər tərəfdən də məhkəmə prosesləri əmlaka tutma prosesinin yönəldilməsi, xüsusən də sahibkarların götürdüyü kreditlərdə çox uzun çəkə bilir. Sonra sahibkarlar müxtəlif yollarla o məhkəmə proseslərini adətən uzadırlar. Hətta bu proseslər 5-6 il çəkir. Yəni istiqamətdə bankaları da başa düşmək olur.

Azərbaycanda kredit bazarı yalnız kredit götürənlərə olan etibarsızlıqla bağlı deyil. Çünki istənilən halda elə vətəndaş var ki, gəliri də kifayət qədərdir və ehtimal ki, gəliri də azalmayacaq. Amma yenə də kredit götürmək çətinləşib. Bu da devalivasiya hissi ilə bağlıdır. Bu gün təəssüf ki, kreditlər üzrə faiz də qalxıb. Demək olar ki, milli valyutada sahibkar 20 faizdən aşağı kredit götürə bilmir. Bu da sərf etmir. Çünki, gəlirlilik çox deyil. Mən nə qədər qazanc əldə edəcəm ki, o krediti də qaytarım. Mərkəzi bank və digər banklar da çox aşağı faizlə kredit verməyə meyilli deyillər.

Qorxurlar ki, krediti götürən gedib dollara çevirəcək və devalivasiyanı gözləyəcək. Bu da təəssüf ki, Mərkəzi Bankın illərlə apardığı yanlış valyuta məzənnəsi siyasətidir. Yəni Milli Valyutamızın 2017-ci ilin fevralından məzənnəsi sabitdir deyə. Milli Valyutamız üzmür, ya sabit olur, ya da aşağı gedir. Ona görə də belə böhran anlarında hamı xarici valyuta almağa başlayır ki, sabah devalivasiya olanda o fərqdə qalib gəlsin. Əlbəttə belə vəziyyətdə dövlət təminatlı kreditlərin çox olması lazımıdr. Hətta 4 apreldə Nazirlər Kabineti sahibkarlara güzəştli kreditlərin verilməsi il bağlı qərar da qəbul edib. Bugünlərdə də Nazirlər Kabineti həmin o kreditlərin verilməsi mexanizmini də təsdiq edib".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1235   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,53 ABŞ dolları, yaxud 1,2% azalıb.. . Sonxeber.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 43,62 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF"

10 iyul

Meyvə-tərəvəzin qiymətləri niyə "əl yandırır"?

Bu il Bakı bazarlarında satılan meyvə-tərəvəzin qiymətləri yüksək olması ilə diqqəti cəlb edir, necə deyərlər, "əl yandırır". Bu isə ilk baxışdan ölkədə istehsal olanan aqrar məhsulların həcminin əvvəlki illərlə müqayisədə az olması təsəvvürü yaradır. . . "Report"un araşdırması nəticəsind

9 iyul

Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,10 ABŞ dollar, yaxud 0,23% artıb.. . "Report" xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 44,46 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF"

8 iyul

"Xarici investisiya üçün Azərbaycan hərtərəfli şəkildə cəlbedici bir məkandır"-RƏY

BMT-nin hesablamalarına görə, 2020-2021-ci illərdə dünyada xarici investisiyalar 30-40 faiz azalacaq. Bu yolda iqtisadiyyatın diversifikasiyası üçün Azərbaycana əhəmiyyətli qeyri-neft birbaşa xarici investisiyaların cəlb edilməsi məsələsi aktuallaşır.. . Bu barədə iqtisadçı-ekspert Akif Nəsirli Sonxeber.az-

7 iyul

Azərbaycan neftinin qiyməti yenidən 44 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,51 ABŞ dollar, yaxud 1,16% artıb.. . Sonxeber.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 44,36 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF" neftini

7 iyul

Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,15 ABŞ dollar, yaxud 0,34% azalıb.. . Sonxeber.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 43,85 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF"

4 iyul

Azərbaycan nefti bahalaşır

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,25 ABŞ dollar, yaxud 0,57% artıb.. . Sonxeber.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 44,00 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF" neftini

3 iyul

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,73 ABŞ dollar, yaxud 1,7% artıb.. . Sonxeber.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 43,75 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF" neftini

2 iyul

Azərbaycanda benzininin bahalaşmasının səbəbi açıqlandı

Bu gündən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb.. . "SOCAR Petroleum" şirkətindən APA-ya verilən məlumata görə, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.. . "Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır"

1 iyul