Deputatdan ictimai nəqliyyatın yükünün azaldılması ilə bağlı təklif

Deputatdan ictimai nəqliyyatın yükünün azaldılması ilə bağlı təklifÖlkə ərazisində karantin rejiminin sərtləşdirilməsi ilə metropolitenin fəaliyyəti dayandırıldı və bütün sərnişin axını avtobuslara yönəldi. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən marşrut xətlərindəki avtobus sayının artırılmasına, eləcə də metro stansiyaları arasında fəaliyyət göstərən ekspress marşrut xətlərinin buraxılmasına baxmayaraq, pik saatlarda avtobus salonlarında müəyyən sıxlıqlar müşahidə olunur.

Məsələ ilə bağlı "Report"a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, bunun qarşısını almaq üçün həm birbaşa marşrutların sayı artmalıdır, həm də hər bir təşkilatın özünəməxsus nəqliyyat vasitələrindən istifadə olunmalıdır:

"Məhdudiyyətlərin tətbiqində ən mühüm məsələlərdən biri də nəqliyyatdır. Son zamanlar Bakı Nəqliyyat Agentliyi gücü nəyə çatırsa, bu proseslərdə iştirak edir. Əsas məsələ ondan ibarətdir ki, metronun bağlanması nəqliyyatın yükünü daha da artırıb. Buraya insanların eyni saatlarda işə getməsi və iş vaxtının bitməsini daxil etdikdə nəqliyyatdan istifadə edənlərin sayının kəskin artdığını görə bilərik. Bu da yoluxmalar üçün şərait yarada bilər. Bunun qarşısını almaq üçün həm birbaşa marşrutların sayı artmalıdır, həm də hər bir təşkilatın özünəməxsus nəqliyyat vasitələrindən istifadə olunmalıdır. Əks halda, BNA nə qədər yüksək səviyyədə işləsə də, bu proseslərdə yoluxmaya mane ola bilməyəcək. Metropolitenin işləməməsi, iş vaxtlarının eyni saatlarda olması ən böyük problemlərdən biridir. Bu gün artıq BNA tam gücü ilə işləyir. Lakin elə məsələlər var ki, bu onlardan asılı deyil və bu məsələlər yoluxma sayına təsir göstərə bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1787   Tarix: 11 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021