Keçmiş döyüşçüdən Sürət Hüseynova şok ittihamlar: "Ağdərəni o verib"

Keçmiş döyüşçüdən Sürət Hüseynova şok ittihamlar: "Ağdərəni o verib""Əminliklə deyirəm ki, Ağdərə əməliyyatındakı uğursuzluğun səbəbkarı Sürət Hüseynovdur. Nəcməddin Sadıkov briqada komandiri olsa da həmin əməliyyatlarda əsgər kimi, əsgərlərlə çiyin-çiyinə döyüşüb".

Bunu Hit.Az-a açıqlamasında ehtiyatda olan zabit Şahin Əliyev bildirib.

O deyib ki, N.Sadıkovun Ağdərə əməliyyatındakı fəaliyyəti haqqında yalan danışanlar xarici dövlətlərdən maliyyələşən və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığına malik olmasını istəməyən insanlardır.

Ş.Əliyevin sözlərinə görə, Ağdərə əməliyyatına hazırda Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov rəhbərlik edib: "Yadımdadır, biz o vaxt Talış kəndindən başlayaraq irəlilədik və Ağdərə rayonunu tamamilə azad etdik. Nəcməddin Sadıkov bütün əməliyyatları peşəkar səviyyədə uğurla aparıb. Hazırda orduda xidmət etmirəm, ehtiyata buraxılmışam. Yəni fikirləşməyin ki, kiminsə mövqeyini qorumağa çalışıram. Mən gördüklərimə əsasən əminliklə deyirəm ki, Nəcməddin Sadıkov bu Vətənə, dövlətə - dövlətçiliyə sadiq generaldır. Bu gün sosial şəbəkələrdə general haqqında yalan danışanlar "beşinci kolonun" adamlarıdır və belə işlərə görə xaricdən qrant alırlar. Elə insanların dediklərinə əhəmiyyət vermək lazım deyil".

Ehtiyatda olan hərbçi vurğulayıb ki, Azərbaycanda birinci motoatıcı briqadanı N.Sadıkov yaradıb: "O, 703 saylı briqadanın təsisçisi və komandiri olub. Həmin vaxt Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyev də bizimlə döyüşürdü. Biz 1992-ci ildə əməliyyat planı hazırlayaraq Ağdərəni düşməndən azad etdik. Ağdərə alınandan sonra rayonu 709 saylı briqadaya təhvil verib Vəngə qədər irəlilədik. O vaxtı Ağdərəni yenidən düşmənə vermək istəyəndə biz geri qayıdıb bunun qarşısını aldıq. Təsəvvür edin, Ağdərə 3 dəfə verilib, alınıb. Dəqiqliklə deyirəm, 1994-cü il aprelin 25-dən sonra Ağdərəni Sürət Hüseynov verdi. Bundan sonra isə erməni işğalçıları Talışa qədər irəlilədi. Aprelin 25-dən mayın 10-a kimi Tapqaraqoyunlu döyüşlərinə mən rəhbərlik eləmişəm. Tabor komandiri idim, ermənilərin birinci alayını darmadağın etdik. Hadisələr gözümün qabağında olub, bütün uğursuzluqların səbəbkarı Sürət Hüseynovdur. Bunu onsuz da hamı bilir, Ağdamı da 1993-cü ildə o, verib. Bu haqda efirdə də çoxsaylı süjetlər gedib. Həmin dövrdə Tərtərin icra başçısı Sərdar Həmidov və Sürət Hüseynov Nəcməddin Sadıkova hücum elədilər ki, "imkan vermirsən ki, biz öz bildiyimizi edək". N.Sadıkov isə israrla "siz bildiyiniz kimi etsək, sonu uçuruma gedəcək. Ağdərəni bir dəfə verdiniz, qaytardıq. İndi yenə vermək istəyirsiniz?" deyirdi. Bu mübahisəni demək olar ki, şəxsi heyətin yarısı görüb. Vətənini, dövlətini sevən bir adam gördüyünü hökmən deməyə borcludur. Bütün bu hadisələr Ağdərədə olub. Sürət Hüseynovun dəstəsi düşmənə qarşı hazırlanan əməliyyat planlarını pozmaqdan, azad etdiyimiz əraziləri yenidən ermənilərə verməkdən başqa heç bir iş görməyib".

Ş.Əliyev ehtiyatda olan zabit Abil Babaoğlunu Ağdərə döyüşləri barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham edib: "Bu gün bir-birimizlə düşmənçilik edirik. Ehtiyatda olan zabit Abil Babaoğlu sosial şəbəkələrə çıxıb deyir ki, "Sarısu"da Bakı taborunun komandiri olmuşam. Yalan deyir, Ağdərənin azad olunması ilə bağlı bütün əməliyyatları Nəcməddin Sadıkov hazırlayıb.

Ağdərə əməliyyatında rayona Xanlar rayonu istiqamətindən Saleh, Sarısudan goranboylu Milli Qəhrəman Mamed Həsənov, Qaraçinardan biz girdik. Tarixi sənədlər var, kim istəsə baxa bilər.
O vaxt bizim komandir Rasim Əkbərov idi. Əvvəl keçmiş Şaumyan rayonu işğaldan azad olundu, sonra Gülüstan, Talış kəndləri və Ağdərə rayonu. Hamısının əməliyyat xəritələri var, kim istəsə baxa bilər. Onda görəcəksiniz ki, əməliyyat planı, xəritə kimin qolu ilə təsdiq olunub. İndi hamı özündən bir yalan uydurub deyir ki, bunu Nəcməddin Sadıkov elədi, onu Nəcməddin Sadıkov elədi. Hamısı yalandır. Onlar istəmirlər ki, bizim ordumuz güclənsin. Bunların hamısı Azərbaycan Ordusuna qarşı təxribatdır".

Ş.Əliyev Ağdərə döyüşlərində iştirak edən keçmiş hərbçilərə də müraciət edib: "O vaxtın döyüşçüləri, hadisə şahidləri bu məsələlər haqqında doğru məlumat verməyə borcludurlar. Onlarsa sosial şəbəkələrə çıxıb yalan fikirlər səsləndirirlər, insanlarda çaşqınlıq yaradırlar. Necə ola bilər ki, torpaqlarımızın işğalında ömürlük həbs cəzası alan, sonra əfv olunan bir qiyamçı yox, Nəcməddin Sadıkovu təqsirkar olur? Gözümlə görmüşəm ki, Sadıkov etiraz edəndə onu təkləyirdilər ki, sən bizim işimizə qarışma.

Bu gün böyükdən kiçiyə hər kəs bilir ki, qan tökərək aldığımız torpaqlarımızı düşmənə verən Sürət Hüseynovdur. Dövlət çevrilişə cəhd edən şəxsin silahlı dəstələri haqqında necə xoş danışmaq olar ki?! Abil Babaoğlu deyir ki, Nəcməddin Sadıkov filan işləri görüb. Axı Abil Babaoğlu 1994-cü ilin oktyabrını necə unuda bilər?".

Ş.Əliyev bəzi insanların sosial şəbəkələrdə qarayaxma kampaniyası apardıqlarını söyləyib: "Onlar düşünürlər ki, 90-cı illərdir və nə istəyirlərsə edə biləcəklər. Bunlar Əli Kərimlinin adamlarıdır, ölkədən qaçıb xaricdə gizlənənlərdir. Bir il hakimiyyətdə olanda Azərbaycan üçün nə etdilər? Ölkədə qardaş qırğınının səbəbkarı oldular. Gəncə əməliyyatına da mən rəhbərlik etmişəm. Ona görə o vaxt ölkədə olan bütün hərbi-siyasi prosesləri ətraflı və dəqiq danışa bilirəm.

Sürət Hüseynovun qanunsuz yaratdığı silahlı dəstələr Gəncədə yerləşirdi. Onun göstərişi ilə Gəncə şəhər İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarına, dövlət əhəmiyyətli obyektlərə silahlı basqın elədilər. Bunu da Nəcmədin Sadıkov edib?! Sürət Hüseynov başqa rayonlarda qırğın törətmək istəyirdi, lakin alınmadı. Bütün bu proseslər bizim gözümüzün qarşısında olub, hamı bilir".

Qeyd edək ki, sosial şəbəkənin birində Ağdərə əməliyyatı haqqında özünü o vaxtı 2-ci Bakı batalyonun komandiri vəzifəsində xidmət etmiş kimi təqdim edən Abil Babaoğlunun videoçarxı yayılıb. O, əməliyyatların uğursuz olmasını Azərbaycan Ordusunda zirehli texnikanın və ümumi komandanlığın olmaması ilə əlaqələndirib. Eyni zamanda, hazırda Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun fəaliyyəti haqqında tənqidi fikirlər səsləndirib. Keçmiş hərbçi çıxışında, "Nəcməddin Sadıkov haradansa zirehli texnikanı gətirə bilərdi..." kimi ifadələr işlədib.

A.Babaoğlunun zəhmətini yerə vurmamaq şərti ilə ona xatırladırıq ki, hərbi sistemdə hər bir vəzifə üzrə səlahiyyət nizamnamə ilə tənzimlənir və "haradansa gətirə bilərdi" kimi ifadələr daha çox onun subyektiv yanaşmasına oxşayır. Eyni zamanda, yüksək vəzifəli istənilən dövlət məmurunun fəaliyyətini müvafiq dövlət orqanları, Silahlı Qüvvələrlə əlaqəli isə Prezident, Ali Baş Komandan özü qiymətləndirir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7661   Tarix: 11 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi

"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm

23 aprel
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel