Karantin müddətində panik atak halları: öhdəsidən necə gəlmək olar?

Karantin müddətində panik atak halları: öhdəsidən necə gəlmək olar?İndi hamı koronavirus testinin neqativ çıxmasını arzulayaraq əhvali-ruhiyyəsini də neqativə kökləyir. Nəticədə insanların psixoloji durumu gərginləşir, stress, depressiya ilə üzləşir, əsəbi olur.

Sonxeber.az gencaile.az-a istinadən bildirir ki, bəli, koronavirusun sosial həyatımızda yaratdığı dəyişikliklər psixologiyamızdan da izsiz ötüşmür. Nə qədər çalışsaq da, emosional sağlamlığımızı qoruya bilmir, "birdən mən də koronavirusa yoluxaram" qorxusuna əsir düşürük. Normadan artıq psixoloji təsirin depressiya ilə nəticələnəcəyini diqqətdən qaçırırıq. Halbuki psixoloji təzyiq, stress də elə xəstəlik qədər təhlükəlidir. Çünki stress immunitetin aşağı düşməsinə səbəb olaraq viruslara asanlıqla yoluxmağa, xəstəliyi ağır keçirməyə zəmin yaradır. Üstəlik, viruslar bir müddətdən sonra ölür, amma insanın özündə yaratdığı depressiya, adətən uzunömürlü olur və şəxsin xarakterinə, davranışına təsir göstərir.

Bəs psixoloji durumumuzu, əhvalımızı pozitivə necə yükləyək, həyəcanımızı idarə etmək üçün nə edək?

Psixoloq Əfsanə Rüstəmova deyir ki, stress hər kəs üçün zərərlidir. Bunun fonunda yarana biləcək xəstəliklərin isə sayı-hesabı yoxdur:

"Pandemiya dönəmi bizi həmişəkindən fərqli ruh halına salıb. Buna baxmayaraq, həyat keyfiyyətimizin yaxşılaşması üçün pozitiv olmalıyıq. Təəssüf ki, hər kəsin sinir sistemi eyni dərəcədə güclü deyil. Hər kəs yayılan doğru və ya yalnış xəbərlərə adekvat reaksiya verə bilmir. Psixikası daha həssas olanlar pandemiyadan öncəki dönəmlərdə də virus, xəstəlik, ölüm qorxusu ilə çabalayırdılar. Hazırkı dönəm isə onların bu qorxularının alovlanmasına "ideal" şərait yaradıb.

Sosial mediadakı yalan xəbərlər, televiziyalarda ziddiyyətli məlumatkarın verilməsi həssas qrupun qorxularını daha da artırır ki, bu zaman psixoloji problemin yaşanması qaçılmazdır".

Psixoloqun fikrincə, panik atağın qidalandığı stress faktorunun günümüzdə hökm sürdüyünü unutmayıb, ruhən sakitləşmək üçün "çirkli" informasiyalardan maksimum uzaq durmalıyıq:

"Əgər daha əvvəllər də bu vəziyyət yaşanıbsa, onun öhdəsindən gəlməyin üsullarını bilməlisiniz. Amma məhz bu dönəm üçün yaranan qorxu və stress fonundakı atak üçün isə

- sakitləşməyi;

- sizi stressə salan məkan və informasiyalardan uzaqlaşmağı;

- lazım gəldikdə, sosial mediadan istifadəni minimala endirməyi;

- məlumatı ancaq səlahiyyət sahibi qurumların dilindən və sosial mediasından qəbul etməyə çalışın.

Sizə yaxşı təsir göstərən nəfəs texnikası ilə işləyin.

Unutmayın ki, panik atak beynimizin uydurduğu bir xəstəlik ruh halıdır. İnsan isə duyğusal yönləndirmələr edərək həmin an başqa ruh halı yarada və ataka qalib gələ bilər.

Atak zamanı ən böyük qorxu olan boğulma, nəbzin artması və ürək döyüntülərinin imitasiya olduğunu və sizin ona başqa bir imitasiya ilə qalib gələ biləcəyinizi də söyləyərək fikrimi yekunlaşdırmaq istərdim.

Gözünüzü yumaraq ruhunuzu sizə rahatlıq gətirəcək məkana aparın. Gülümsədiyinizi və bədəninizdəki gərginliyin azaldığını hiss edəcəksiniz".

Sonda qeyd edək ki, unutmayın, nə karantin dövrü, nə də koronavirus daimidir. Həyatımızdakı bu dəyişikliklər, sadəcə olaraq qısa müddətlidir və başlıca hədəf hamımızın sağlamlığıdır. Odur ki, fiziki sağlamlığınızla yanaşı, psixoloji sağlamlığınızı da qorumağa çalışın.

Koronavirus testinizin neqativ, əhvalınızın pozitiv olması diləyi ilə...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4001   Tarix: 11 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bişmiş qarğıdalının orqanizmə 12 faydası – Bu xəstəliklərdə effektivdir

Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər. Qarğıdalının faydaları və zərərləri barədə ətraflı məlumat almaq üçün məqaləni oxuyun. Bizdə isə qarğıdalı az xörəkd

23 mart
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24 mart
.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart
.

Ağciyər xərçənginə qarşı peyvənd hazırlanır

Britaniya alimləri ağciyər xərçənginə qarşı dünyada ilk peyvənd hazırlayırlar ki, bu da xəstəliyin 90%-ə qədərinin qarşısını ala bilir. Bir neçə xeyriyyə təşkilatının "LungVax" peyvəndinin üç min dozasını yaratmaq üçün komandaya 1,7 milyon funt sterlinq vəsait ayırdığı bildirilir. Dərmanı

23 mart
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21 aprel
.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. xəbər verir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadının bətnindəki uşaq daim böyüyür və onu kifayət qədər yerlə təmin etmək üçün qadı

14 aprel
.

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib. O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 7

24 mart
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21 aprel
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31 mart