Bu ərəfədə buzlu qidalardan uzaq durun! - HƏKİM MƏSLƏHƏTİ

Bu ərəfədə buzlu qidalardan uzaq durun! - HƏKİM MƏSLƏHƏTİ"Hər boğaz ağrısı və yüksək hərarət koronavirus deyil, soyuqdəymədir, narahat olmayın!"

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb. Onun sözlərinə əsasən, yay mövsümü ilə üst-üstə düşən pandemiya dövründə hər gün və davamlı dondurma yemək tövsiyə olunmur:

"Bu gün dondurma yedikdə, sabah hərarət və boğaz qıcıqlanması olan kimi elə anlaşılır ki, KORONAVİRUS əlamətidir. Əsla elə deyil. Ömür boyu dondurma yeyib bu əlamətlərlə rastlaşa bilərsiniz".

Həkim qeyd edib ki, bir çoxlarının sevdiyi dondurma həm çox soyuq, həm də şəkərlidir. Hər iki vəziyyət orqanizmdə immun sistemə təsir göstərir. Dondurma bədən temperaturunu kəskin salır, boğazda iltihabi ocaq yaradır, səsi tutur, angina, laringit, digər xəstəliklər yaradır. Bu zaman insan koronavirus infeksiyasına daha həssas olur, immuniteti düşür.

Dr. Eldaroğlu vurğulayır ki, belə olduğu təqdirdə, xəstəlik simptomlarının bir-birinə bənzədiyi üçün həm insanın özü, həm də həkim koronavirusdan şübhələnir:

"Bu zaman test götürmək lazım gəlir. Testin də cavabı, bilirsiniz də, sanki lotereya kimidir: pozitivmi, neqativmi. Ona görə lazımsız problemlərlə üz-üzə gəlməmək üçün, bu ərəfədə buzlu qidalardan uzaq durun, bədən temperaturunu normal saxlayın, bədənin və ayrı-ayrı orqanların soyumasına imkan verməyin. Əgər ürəyiniz çox istəsə belə, dondurucudan çıxaran kimi yeməyin, bir az gözləyin və çox yeməyin".
Qeyd edək ki, Elnur Eldaroğlu Azərbaycan Tibb Universitetinin məzunudur. Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada alternativ tibb bölümünə aid fitoterapiya kursları keçib.

2009-2010-cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində çalışıb.

2010-2012-ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olub.

"Dekorativ bitkilər xalq təbabətində" kitabının həmmüəllifi 2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlayıb.

"Dr. Eldaroğlu" markası ilə kompleks təsirə malik bir neçə bitki tərkibli dərmanların (Diabennur, Calcinur, Hepanur) tərkibinin müəllifidir.

Apifitoterapiya Mərkəzinin rəhbəri, həmçinin, Avropa Təbiət elmləri Akademiyasının və Türkiyə Apiterapiya cəmiyyətinin fəxri üzvüdür.
Bu ərəfədə buzlu qidalardan uzaq durun! - HƏKİM MƏSLƏHƏTİBu ərəfədə buzlu qidalardan uzaq durun! - HƏKİM MƏSLƏHƏTİ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2731   Tarix: 12 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qan təzyiqini tez aşağı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. Hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıran xüsus

7 aprel
.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart
.

Ağciyər xərçənginə qarşı peyvənd hazırlanır

Britaniya alimləri ağciyər xərçənginə qarşı dünyada ilk peyvənd hazırlayırlar ki, bu da xəstəliyin 90%-ə qədərinin qarşısını ala bilir. Bir neçə xeyriyyə təşkilatının "LungVax" peyvəndinin üç min dozasını yaratmaq üçün komandaya 1,7 milyon funt sterlinq vəsait ayırdığı bildirilir. Dərmanı

23 mart
.

Bişmiş qarğıdalının orqanizmə 12 faydası – Bu xəstəliklərdə effektivdir

Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər. Qarğıdalının faydaları və zərərləri barədə ətraflı məlumat almaq üçün məqaləni oxuyun. Bizdə isə qarğıdalı az xörəkd

23 mart
.

Xərçəngə qalib gələn pəhriz kəşf edildi

Avstraliyanın Deakin Universitetinin alimləri müəyyən ediblər ki, bitki mənşəli qidalar, süd məhsulları, balıq və qoz-fındıq əsasında pəhriz təkcə xərçəngin inkişaf riskini azaltmır, həm də xərçəng xəstəliklərində orqanizmdəki iltihabı azaldır. Tədqiqatın nəticələri "European Journal of Clinica

17 mart
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14 aprel
.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. xəbər verir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadının bətnindəki uşaq daim böyüyür və onu kifayət qədər yerlə təmin etmək üçün qadı

14 aprel
.

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır. -a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib. "Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərlər

10 mart
.

Keratinin qorxunc fəsadından danışan dermotoloq: "Demək olar ki, zəhərdir" - VİDEO

Son vaxtlar saçlarını keratin etdirən xanımların sayı artıb. Tez-tez müraciət edilən saç düzləşdirmə prosedurunun orqanizmə bir çox zərərləri var. Keratinin tərkibində müəyyən kimyəvi maddələr olur ki, bu da orqanizmdə fəsadlara yol açır. xəbər verir ki, mövzu ilə bağlı "Günə doğru" verilişin

17 aprel