XİN-dən Azərbaycan - Ermənistan sərhədindəki təxribatla bağlı RƏSMİ AÇIQLAMA

XİN-dən Azərbaycan - Ermənistan sərhədindəki təxribatla bağlı RƏSMİ AÇIQLAMA"Bu ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər. Düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu həlak olub, beş nəfər isə yaralanıb".

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a daxil olan məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir:

"Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət eydiyini açıq şəkildə nümayiş etdirir.

Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya aydındır.

Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq.

Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Allah şəhidlərimizə rəhmət eləsin".


Sonxeber.az Telegramda izləyin
Siyasət   Baxılıb: 9016   Tarix: 12 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Prezidentin köməkçisi: "Ermənistan tərəfi hər hansı ərazi əldə etməyib"

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirlər

12 iyul

Müdafiə Nazirliyi: "Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır"

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatla bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama edib. . . O bildirib ki, Ermənistan silahlı qüvvələr

12 iyul

Azərbaycan ordusu düşməni geri çəkilməyə məcbur etdi: İki nəfər şəhid oldu, beş yaralı var - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.. . Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.. . Qeyd edilib ki, görülə

12 iyul

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var

Ìyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.. . Müdafiə Nazirliyindən Sonxeber.az-

12 iyul

Atəşkəs rejimi 43 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 43 dəfə pozub.. . Müdafiə Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Ağdam rayonunun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağ

12 iyul

Milli Məclisin fövqəladə sessiyası çağırılacaq – Nə baş verir?

Milli Məclisin fövqəladə sessiyasının çağırıla biləcəyi ilə bağlı xəbərləri, güman ki, oxumusunuz. Doğrudan da, belə bir söhbət var, amma onun nə günü bilinir, nə gündəliyi. Jurnalistlərin və dost-tanışların çoxsaylı suallarına, bir qayda olaraq, "bilmirəm" cavabını verirəm, çünki bu, doğruda

11 iyul

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

Arif Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.. . Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

11 iyul

Ermənilər atəşkəs rejimini 49 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.. . Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.. . Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayon

11 iyul

Baş Prokurorluq əsgərin ölümü ilə bağlı məlumat yaydı

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində hərbi xidmətdə olarkən Alazan çayında suda batması nəticəsində vəfat etmiş Quba rayonu Üçgün kənd sakini Fərdi Yarəliyevin meyiti üzərində guya zorakılıq əlamətlərinin aşkar olunması barədə yalan məlumatlar yayılıb.". . Bu barəd

10 iyul