"Ordumuz sarsıdıcı zərbələr vurmaqla və düşmən mövqelərini darmadağın etməklə gücünü bir daha göstərdi"-Deputat

"Ordumuz sarsıdıcı zərbələr vurmaqla və düşmən mövqelərini darmadağın etməklə gücünü bir daha göstərdi"-DeputatErmənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Qeyd edilib ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Ermənistan tərəfinin törətdiyi təxribat nətıcəsındə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4 əsgər isə yaralanıb.

Paşinyan daxili gərginliyi azaltmaq üçün belə addım atır. Əlbəttə, ordumuz kifayət qədər güclüdür və düşmən qüvvələri qətiyyətlə geri otuzdurulub.

Bu barədə deputat Azər Badamov Sonxeber.az-a açıqlama verib.

Deputat bildirib ki, Ordumuz dünyanın ən güclü orduları sırasındadır və bu gün qarşısına qoyduğu hər bir tapşırığı icra etmək iqtidarındadır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı ordumuzun gücünü əməldə sübut edib:

"İyulu 12-də ermənilərin Tovuzda təxribat törətmək istəklərinin qarşısını da rəşadətli ordumuz qətiyyətlə aldı. Təəssüf ki, şəhidlərimiz də oldu. Amma ordumuz sarsıdıcı zərbələr vurmaqla və düşmən mövqelərini darmadağın etməklə bir daha gücünü göstərdi.
Düşmən tərəfdən ölənlərin sayı dəfələrlə çox oldu. Bu gün Azərbaycan ordusu hədəfi dəqiq vuran müasir silahlarla təchiz olunub. Son vaxtlar Azərbaycan Ordusunda mütəmadi keçirilən hərbi təlimlər, şəxsi heyətin müasir texnikalara sahib olması və peşəkarlığı düşmənin hər bir təxribatının qarşısını almağa və torpaqlarımızı işğaldan azad etməyə qadir etmişdir.

Ən əsası da xalqımız orduya dəstək verməyə hazırdır və hamı silaha sarılaraq döyüşə getmək üçün Ali Baş Komandanın əmrini gözləyir. O cümlədən bu işdə ölkəmiz xaricdən dəstəklənir, qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu bildirir. Burda bir sual yaranır. Paşinyan Azərbaycanın hərbi və iqtisadi gücünü bilə-bilə niyə təxribata əl atır?

Düşünürəm burda bir neçə səbəb var. Birincisi, ermənilər koronavirusun içində boğulur, ölkədə işsizlik, səfalət günü-gündən artmaqdadır. Paşinyan hakimiyyətə gələndə çoxlu vədlər vermişdi. Amma heç birinə əməl edə bilmədiyindən, ölkəsində yaranmış narazılıqları sakitləşdirmək üçün Dağlıq Qarabağa etdiyi səfərlərin heç bir nəticəsi olmadığından sərhəddə təxribatlar törətməklə daxili auditoriyanını sakitləşdirmək istəyir.

Niyə görə sərhəddə? Ona görə ki, Paşinyan yaxşı bilir ki, işğal altındakı torpaqlarda təxribata əl atarsa Azərbaycan ordusunu dayandıra bilməyəcək. Çünki Azərbaycan ordusu düşmənin Dağlıq Qarabağda belə bir addımını gözləyir ki, geniş hərbi əməlliyatlara başlasın. Paşinyan yaxşı bilir ki, Dağlıq Qarabağda hərbi əməlliyatlar başlansa, bu, işğalın sonu deməkdir və dünya da Azərbaycanın tərəfindədir. Ona görə də təxribata sərhəddə cəhd etdi ki, Ermənistan KTM-in üzvü olduğundan Azərbaycan Ermənistan torpaqlarına daxil olarsa KTM-ə yalvara bilsin.

İkincisi , Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dünyanın ən böyük benəlxalq təşkilatı olan BMT-nin xüsusi sesiyası çağırılır. Ermənistan əvvəl bu sesiyanın çağırılmasına etirazını bildirməklə özünü biabır etdi. İndi də hərbi təxribatlar törətməklə BMT-nin xüsusi sesiyasının təşəbbüskarı olan Azərbaycanın imicinə xələl gətirmək istəyir. Amma hərbi əməliyyatların gedişatı Paşinyanı yenə pis duruma salmış oldu.

Üçüncüsü, bu günlərdə BMT-nin "Davamlı inkişaf hesabatı-2020" də Azərbaycan 100 baldan 72,6 balı yığaraq 54-cü yerə layiq görülməklə regional liderə çevrilmişdir. Azərbaycanın belə yüksək bir uğura imza atmasına düşmənin sərhəddə təxribata əl atmaqla gözü götürməməzliyin, qısqanclığın və paxıllığın ifadəsi kimi başa düşürəm. Azərbaycanın uğurları düşmən ölkədə də xalqının hökumətə etirazını və narazılığını artırır.

Düşünürəm biz bu məsələyə səbrlə yanaşaraq düzgün gediş etməliyik. Şahmat taxtası arxasında oturan oyunçulardan daha səbrli olanı qalib gəlir. Biz, bu illər ərzində səbrli olmuşuq və düşmənin təxribatına aldanaraq səhv gediş etməməliyik. Biz, münaqişənin həllində beynəlxalq müstəvidə uğur qazanmışıq. Dünya bizi dəstəkləyir, münaqişənin ölkəmizin sərhədləri çərçivəsində həll olunmasını dəstəklədiyini ifadə edir. Düşmənə qarşı elə bir gediş etməliyik ki, o gediş işğalın sonu olsun. Təbii ki, bu gedişin qəhrəmanı rəşadətli Azərbaycan Ordusu olacaqdır".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3859   Tarix: 13 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Lənkəranda faciə: Ata və oğul öldü - FOTOLAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürüc

28 mart