Paşinyanın Tovuz istiqamətindəki təxribatı ermənilərin biabırçı məğlubiyyətinə səbəb oldu"- Deputat

Paşinyanın Tovuz istiqamətindəki təxribatı ermənilərin biabırçı məğlubiyyətinə səbəb oldu"- DeputatBazar günü Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən erməni təxribatı Azərbaycan ordusunun 4 hərbçisinin şəhid olması ilə nəticələnib. Ermənistanın məhz Tovuz istiqamətində hücum etməsi diqqəti Qarabağdan yayındırmaq cəhdidir. Üstəlik bu təxribat BMT-nin pandemiya dövründə atəşkəs çağırışı etdiyi bir vaxtda və Azərbaycan prezidentinin təşəbbüsü ilə BMT Baş Assosiasiyasının iclasını çağırması ilə əlaqədar müzakirələr başladığı dövrə təsadüf edir. Azərbaycan tərəfi Tovuz provokasiyası ilə bağlı BMT-də məsələ qaldıra və bu zaman bir daha Ermənistanın işğalçı hərəkəti ilə bağlı BMT qətnamələrini gündəmə gətirə bilər.

Bununla bağlı Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə bildirib. ki, ermənilər tarix boyu Azərbaycan torpaqlarında Böyük Ermənistan dövləti qurmağa çalışıb: "Bu gün bütün dünyanın başı koronavirusa qarışdığı bir zamanda belə Ermənistan dövləti özünün işğalçı siyasətindən əl çəkmir. Nikol Paşinyan küçə adamı imicini heç bir zaman dəyişməyib. O, hakimiyyəti güclə ələ keçirən zaman insanların sosial rifahının yaxşılaşdıracağını və ölkədəki böhranı aradan qaldıracağı ilə bağlı sözlər vermişdi. Lakin sözünün üstündə dura bilmədi. O, hakimiyyətə gələndən sonra ölkədə vəziyyət daha da gərginləşdi. Məhz buna görə də Nikol Paşinyan Ermənistan sakinlərinin fikrini cəbhəyə yönəltmək üçün müxtəlif güc şouları göstərməyə çalışır. Amma hər dəfə biabırçı şəkildə məğlub olaraq çoxlu itkilərlə geri çəkilməli olur. Ermənistanın dünən Tovuz istiqamətində törətdiyi təxribatda Nikol Paşinyanın növbəti oyunu idi. Lakin bu oyunda Nikol Paşinyanın növbəti dəfə biabırçı şəkildə məğlub olarq geri çəkilməsi onun ölkədəki zəifləmiş nüfuzunu daha bir zərbə vurdu".

Paşinyanın Tovuz istiqamətindəki təxribatı ermənilərin biabırçı məğlubiyyətinə səbəb oldu"- DeputatDeputat qeyd edib ki, 90-cı illərdən fərqli olaraq bu gün Azərbaycanın yüksək döyüş qabiliyyətinə məxsus güclü və qüdrətli ordusu var: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ordumuz hər zaman düşmənin hər bir təxribatına lazımı cavab verməyə hazırdır. Ordumuz iyulun 12-də Tovuz istiqamətində Ermənistan dövlətinin növbəti təxribatının qarşısını qətiyyətlə alaraq onu çoxlu itki verərək geri çəkilməyə məcbur etdi. Əminəm ki, dünənki döyüş ermənilərə 2016-ci ildəki Aprel döyüşlərində və 2018-ci ildə Günnüt əməliyyatındakı biabırçı məğlubiyyətlərini bir daha xatırlatdı. Bu gün Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmək gücünə malikdir. Ermənilər unutmasınlar ki, Azərbaycan qəhrəmanlar ölkəsidir. Bizim Mübariz, Fərid, Gültəkin kimi vətənpərvər oğullarımız və qızlarımız var. Ordumuz 90-cı illərdəki kimi gücsüz və başsız deyil. Bu gün cənab prezident İlham Əliyev kimi mərd Ali Baş Komandanımız, cənab Zakir Həsənov kimi güclü Müdafiə nazirimiz var. Biz hər an torpaqlarımızı düşmən işğalından azad edə bilərik. Mən dünənki döyüşdə qəhərmancasına döyüşərək şəhid olan oğullarımıza Allahdan rəhmət, ailələrinə isə səbir diləyirəm. Yaralılarımıza isə tezliklə şəfa tapmaqlarını arzulayıram".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5980   Tarix: 13 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel